Efirdən seçmələr
İz
«Sərbəst insanlar ölkəsində»

 Dinlə

 
 
Sorğu
... ... ...
 
Məzənnə
AZN /
USD
0,8093
 
AZN /
EUR
1,0226
 
AZN /
RUB
0,0294
 
 
 

Kontekst

«Bakı ilə Ankaranın münasibətləri soyuya bilər»

«Son hadisələr göstərir ki, Türkiyə əgər onun dövlət maraqlarına zidd olarsa, Azərbaycanın müstəqilliyinin təminatçısı kimi çıxış etməyəcək»

01.09.2008

Ermənistan prezidenti Serj Sərkisyanın Yerevanda birgə futbol izləmək təklifinə Abdulla Gülün cavabı hələlik bəlli deyil. Amma Türkiyənin Xarici İşlər naziri Əli Babacan avqustun 31-də bildirib ki, bir qrup türk diplomatı bugünlərdə Ermənistana gedəcək. Onlar həm prezident Gülün mümkün Ermənistan səfəri barədə danışıqlar aparacaq, həm də Baş nazir Rəcəb Tayyib Ərdoğanın Qafqazda Sülh və Əməkdaşlıq Platforması barədə təklifini müzakirə edəcək. Həmin təklif artıq Azərbaycan və Gürcüstanla da müzakirə edilib.

Türkiyə mətbuatı Ankaranın bu səfər üçün Yerevana beş şərt irəli sürdüyünü yazırlar. «Akşam» qəzetinin yazdığına görə, həmin şərtlər əsasən səfər zamanı hər hansı etiraz aksiyalarının olmaması, təhlükəsizliyin təmin edilməsi ilə bağlıdır. Türkiyədə hesab edirlər ki, səfərin təhlükəsizlik tərəfi son dərəcə önəmli olduğundan Gülün Ermənistana gedib-getməyəcəyi son ana qədər elan edilməyəcək.

Türkiyədəki Avrasiya Strateji Araşdırmalar Mərkəzinin Erməni Araşdırmaları İdarəsinin rəhbəri Ömer Lütem «Azadlıq» radiosuna deyir ki, əslində Ankara bu səfərə rəsmi protokol tətbiq etməmək üçün onun tarixini, proqramını açıqlamır.

Türkiyə qəzetləri isə prezident Gülün hava limanında Sarkisyanla qısa görüşünün, bundan sonra onların birlikdə Yerevanda Razdan stadionunda ölkələrinin futbol komandalarının yarışını izləmələrinin, sonra isə Türkiyə prezidentinin geri dönməsinin nəzərdə tutulduğunu yazırlar.
Türkiyənin Hakim Ədalət və İnkişaf Partiyasından 30 millət vəkili öz partiyasına müraciət edərək bu oyunu izləmək üçün Ermənistana getmələrinə icazə verilməsini istəyiblər.

Türkiyəki Avrasiya Strateji Araşdırmalar Mərkəzindən Ömer Lütem hesab edir ki, A.Gülün Ermənistana ayaq basması ilə Ermənistanla Türkiyə arasında bütün problemlər həll olunmasa da, danışıqlar üçün bir qapı açıla bilər.

Ö.Lütem bildirir ki, Türkiyə ilə Ermənistan arasında əsasən üç istiqamətdə problemlər var. Birincisi, Ermənistan 20-ci əsrin əvvəllərində Türkiyənin ermənilərə qarşı soyqırımı törətdiyini iddia edib, Ankaranın bunu tanımasını istəyir. İkincisi, son on altı ildə müstəqil olan Ermənistan dövləti hələ də Türkiyənin ərazi bütövlüyünü rəsmən tanımır və onun Türkiyəyə qarşı da ərazi iddiaları var. Üçüncüsü də Türkiyə Ermənistandan Qarabağın işğalına son qoymasını istəyir.

«Azadlıq» radiosunun erməni xidmətinin rəhbəri Hrayr Tamrazyan isə bildirir ki, Daşnaksütyun Partiyası artıq oyunun keçiriləcəyi gün – sentyabrın 6-da Yerevanda dinc mitinq keçirəcəyini bəyan edib. Onlar soyqırımı və ərazi mübahisəsinə görə, Türkiyə ilə münasibətlərin qurulmasının əleyhinədirlər. Hrayr Tamrazyan deyir ki, ümumilikdə Ermənistanda bu səfərin ölkələr arasında münasibətlərdə bir irəliləyiş yarada biləcəyini düşününənlər çoxdur:

«Yerevanda böyük gözləntilər yoxdur. Orada əsasən hesab edirlər ki, ən əsas nəticə ilk dəfə türk dövləti rəhbərinin Ermənistana səfəri ola bilər. Bunun özü iki ölkə arasında münasibətlərdə çox güclü bir irəliləyişdir».

Hələlik, Türkiyə prezidentinin Ermənistana mümkün səfərinə Bakının rəsmi reaksiyası yoxdur. «Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov hesab edir ki, Bakı ilə Ankaranın münasibətləri soyuya bilər, amma Türkiyə prezidentinin Ermənistana səfərindən daha çox, Ankaranın Kosovonu müstəqil dövlət kimi tanımaq qərarı və Gürcüstan məsələsindəki mövqeyinə görə:

«Türkiyə Şimali Kiprdəki maraqlarına görə, Kosovunun müstəqilliyini tanıdı. Gürcüstan məsləsində Rusiya ilə münasibətlərini pozmaq istəmədi. Son hadisələr də göstərir ki, Türkiyə əgər onun dövlət maraqlarına zidd olarsa, Azərbaycanın müstəqilliyinin təminatçısı kimi çıxış etməyəcək».

Bir az da Türkiyə ilə Ermənistan futbol yığmalarının qarşılaşması barədə. Bu iki ölkə arasındakı kəskin siyasi problemlər və Ermənistan prezidentinin bu oyuna türkiyəli həmkarını dəvət etməsi az qala futbol qarşılaşmasının özünə diqqəti azaldıb. Bəlkə də nəticələrin az qala indidən bəlli olmasına görə. Azərbaycan futbol yığmasının keçmiş rəhbəri Vaqif Sadıqov hətta üç qol fərqi ilə Türkiyə komandasının qalib gəlməsini gözləyir.

Türkiyə mətbuatının yazdığına görə, yığma sentyabrın 5-də xüsusi təyyar reysi ilə Ermənistana gedəcək. Həmin gün Razdan standionunda məşq edib ertəsi gün - sentyabrın 6-da Ermənistan yığması ilə qarşılaşacaq. Axşam isə İstanbula dönəcək.
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-9 (9)
Kimdən: cavansir Haradan: baki
08.09.2008 15:25

Bele olmasi gozlenirdi, cunki indi Turkiyede hakimiyyetdekiler Fethullah Gulen camatinin uzvleridir.Bunlar deyirler ki, bizim ucun xristiyanlarla dinler arasi dialog xettini inkisaf etdirirk.bizim ucun ermeni ile katolik arasinda hec bir ferg yoxdur.ikiside xristiyandir.
Xulase hemsie Turkiye Azerbaycana qarsi satgin rolunu oynayib.
Meger yadinizdan cixdi ki, Azerbaycanda cevrilsi etmek isteyende mehz Turkler olublar.


Kimdən: Mezahir
07.09.2008 15:46

Türkün tökülen ganları bihude gedermi
Diggetle düşün yoxsa bu gan hepsi hedermi

Gonşuya ümid olan şamsız galar. Bu gonşu gardaş da ola biler. Bir de Xelil kişi demişken dövletler arasıda dostlug olmaz. Buna inanmag sadelovlukdur. Menden bu geder


Kimdən: mahire Haradan: ankara
05.09.2008 02:55

Dostlar biz bir baxag görek Ermenistanla serhedlerin açılmasını isteyenler kimlerdir iş adamları böyük ekonomik gücler. siyasetçiler idare edenler de onlardır. Ticaretinse exlagı yodur veteni de yoxdur onlara para lazim. O ki galdı Bakının bu meseleye münasibetine; şerhe gerek yox. Türk iş adamları neylesin onlar da pul isteyir bizimkiler kimi. Bakı gezetleri aylardır barbar bagırır ki Ermenistan bazarlarında Azeraycanın en meşhur varlı şirket ve holdınglerirnin mehsulları tügyan eleyir. Bunların arasında devlet adamlarının da sahibi oldugu şirketlerin adı keçir. Sizce Bakı Ankaraya ne deye biler.Kant deyib ki tengide başlayacagsan ilk özünden ve yaxın çevrenden başla.... ne deyirsiz indi kimi tengid eleyek


Kimdən: Tural Haradan: Baki
03.09.2008 20:10

Cammat bune ela reaksiya edir ela bil ki Turkiya-Azerbaycan va Ermanistan arasinda olan elaqeler hamisha kimi davam edir. Turkiyanin Ermanistan qarshisinda uch sharti var: 1) (Qondarma)Ermani soyqirim masalasini bashindan atsin va Turkiyani suchlamasin 2)Turkiyanin sharq torpaqlarinin Ermanistanin tarixi torpagi iddiasisni oz konstitusiyasindan silsin 3) Dagliq Qarabaqdaki ishgalina son goysun. Bu uch sharti yerina yetirmamish, Turkiya Ermanistan ila diplomatik elaqe achmamalidir. O uch shartdan yalniz biri Azerbaycana aiddir, gerida qalan iki shart ozlarina aiddir. Asl sual Turkiyanin indiki hokumatina yonalmalidir ki bunlarin oyunlarinin arxasinda ne durur. Men Turkiyanin indiki hokumetini basha dusha bilmirem. Bilmirem ki bunlarin bashinda onca Turkiyanin maraqlari var yoxsa ona buna bash eydikleri dovletlerin. Ozuna va xalqina hormat edacak dovlat bahcisi ozuna tarixan dushmancilik siyaseti toreden dovlete ayaq basmaz. Amma artiq tarix gosterdi ki bu hokumat Turkiyanin ozunu geriya dogru aparir, bunlarin ondan sonra Ermanistana ziyaret etmasina naya gore taacub edak axi?Turkiya muxalifatinin lideri, cenab Baykal yaxshi dedi: Yerevana getmakdansa Bakiya gedib match seyr etmayi daha ustun tuturam. Goy bunu Gul ila Erdogan ishitsin, deyasan onlarin gulaglarini bashga cur chirk baglayib.


Kimdən: Qarabagi Haradan: Agdam
02.09.2008 14:55

Prinsipcə elə də böyük şey yoxdur burda deyerek keçmek olmaz bu məsələnin üstündən.Çünki bugunun sabahi varşSabah ermenistan prezidenti də istanbula gelcek futbola baxmaga,sonra Ortaq nese abide açılışı,sonra birgə bəyanatlar,sonra voleybol oyunu və bununla da Ermeni-Türk ortaq görüşmələri başlayacaq.
Deyesen cox pessimist oldum.


Kimdən: Mübariz Haradan: Bonn
02.09.2008 13:51

Bäli soyuya bilär älbättdä. Rusya ermänistanla birläshib bizim torpaqlarmizi ishqa edib ermänilärnän birläshib xalqimizi qätl edib Azärbaycanin Prezindenti Rusyadan äl chäkmäk istämir . Birdä iistiyirlär här käs bunlarin chaldiqlarinnan oynasinlar. Indi nä demäk olur sän özün dost düshman demädän get här käslä dost ol. Türkiyäyädä deynän bunu elämä.Bunlar deyäsän Türkiyä dövlätini oyuncaq sayirlar . Biraz neft verib iki dövlät bir millät deyä deyä Türkiyäyi sonu bälli olmaz siyasätinä hech kim alät edä bilmäz . Buna bashda Türkiyä dövlätinin Prezidenti Abdullah Gül vä Bash Nazir Tayib Ärdogan müsadä etmäz. Iran Türkiyäyi qazanmasini bildi .Neft qaz chixartmaq üchün Türk shirkätlärinä qapilarini achdi vä Türk dövlätinä necä dost olunacagini subut etti. Sän biraz neft ver ondan sonrada sagi solu bälli olmuyan siyasätinä alät et . Siz uduzdunuz Türkiyäyidä Qara Bagida


Kimdən: Xalid Haradan: Bakı
02.09.2008 13:16

Anlaya bilmirəm Türk prezidenti Ermənistana getməyini nə üçün Azərbaycanla razılaşdırmalıdır? Ermənstan Tüküyə üçün düşmən dövlətdir. Abdulla Gül bunu hamıdan yaxşı bilir. Lakin, siyasi vəziyyət belə tələb edirsə nə üçün də getməməlidir? Azərbaycanın dalana düşməsini isə Türküyədən yox,Azərbaycanın özündən soruşmaq lazımdır.Abdulla bəyə isə uğurlu futbol və xoş istirahət arzulayıram


Kimdən: sardar Haradan: baki
02.09.2008 09:15

Türkiyəni nə gədər cox sevsəmdə onun minnətini götürmək istəmirəm. Biz hər şeydən əvvəl həgigətən demokratik,SİVİL VƏ güclü dövlət gurmagla özümüzə güvənməliyik.


Kimdən: Muro Haradan: Naxçıvan
01.09.2008 22:29

Türkiyə Azərbaycana kiçik qardaş kimi baxır. Amma öz mənafeyini həmişə üstün tutur, hətta Azərbaycanı bu tipli məsələlərdə bir-iki dəfə satıb. Azərbaycanin Türkiyədən inciməyə haqqı olsa da İlham Əliyevin Abdullah Güldən inciməyə haqqı catmır. Bunu yəqin ki, siyasətdən başı çıxmayanlar da bilir. Hər halda bu hərəkət Azərbaycana ölümcül zərbə vurmayacaq. Bu siyasətdir oyunçu aparsın.

İsmarışlar 1-9 (9)