Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Cəmiyyət

Polis dindarları məscidə buraxmır

Polis açıqlama vermir

29.08.2008

Avqustun 29-da polis İçərişəhərdə «Ləzgi» məscidi kimi tanınan «Aşurbəy» məscidində ibadət etmək istəyən dindarları geri qaytarıb. Deyib ki, məsciddə yer yoxdur. Geri qaytarılanlar «Əbu Bəkr» məscidinin dindarlarıdır.

Dindarlar «Azadlıq» radiosuna deyiblər ki, məsciddə yer olsa da, polis onları qəsdən içəri buraxmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məsəlini şərh etməyib.

«Aşurbəy» məscidi
Məscidə gedən yolları bağlayan polis əməkdaşları isə bildiriblər ki, bunu dindarların təhlükəsizliyi, onların məsciddən kənarda, küçədə namaz qılmalarının qarşısını almaq üçün edirlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov isə «Azadıq» radiosuna deyib ki, bir neçə gün əvvəl dindarlara xəbərdarlıq ediblər ki, cümə namazını məscidin içərisində qılsınlar. «Əbu Bəkr»də baş verən hadisədən sonra həmin məscidin də dindarları «Aşurbəy» məscidinə gəldiyindən hər cümə bu məscidin qarşısından keçən yol dindarlarla dolu olur. Hadisə yerindəki polislər «Azadlıq» radiosuna deyiblər ki, bu, ətrafdakıların hüquqlarını pozur.

Avqustun 17-də «Əbu Bəkr» məscidinə qumbara tullayıblar. Rəsmi məlumata görə, iki nəfər həlak olub, 19 nəfərsə yaralanıb.

Bir neçə gündür ki, «Əbu Bəkr» məscidinin dindarları ayrı-ayrı polis bölmələrinə çağırılaraq zorla saqqallarının qırxıldığını iddia edirlər. Amma Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğu bu məlumatı təkzib edir.

 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-10 (10)
Kimdən: Muhsin Haradan: Azərbaycan
03.09.2008 17:13

Allahın məscidlərində Onun (Allahın) adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə (dağılmasına) çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!

(əl-Bəqərə, 114)


Kimdən: UmmAbduLLah Haradan: Canada
02.09.2008 07:01

AsSalamu aleykum wa rahmatuLLahi wa barakatuHu. Azerbaycanin demokratik bir olke olmasina dushunurem uzun iller lazimdir. Demokratik ideyalarin ashilanmasina da ilk once bizim eli deyenekli ve davranishlari bazar adamini xatirladan bu polislerden ashilanmalidir. ALLAH onlarin qelbine Ona qarshi qorxu salsin. Amin.
AsSalamu aleykum.


Kimdən: pasha Haradan: almaniya
30.08.2008 14:13

asalamualeykm.Vallah Azerbaycan dunyada analogu olmayn hadiselerne doludur.Azerbaycan xalginin boyuk ,dahi shexsiyetleri saggali olublar.Nizami Gencevi;Seyid Ezim Shirvani,Mehhemed Fizuli.eyer bizim polisiiz o dovurde yashasediler onlarin saggalrin girxardilar.meschid meselesinde ise 70 il komunistler meschidlerin gapisinda keshik chekdiler sonu ne oldu belli.inshalah bunlarin sonu geler bir gün .gardashlar cesaretli olun ve dua eleyun.Allah komeyuvuz olsun.


Kimdən: abdullah Haradan: baki
30.08.2008 12:00

Məscidlrdə namaz qilmağa qoymayanlara bu ayəni çatdırın "Allahın məscidlərində Onun adının zikr edilməsinə ma¬neçilik törə-dənlərdən və on¬ların viranə qal-masına çalışan¬lardan daha zalım kim ola bi¬lər? Əslində onlar oraya qorxa-qorxa daxil ol¬malı idilər. Onlar üçün dünyada rüs¬vayçılıq, axi¬rətdə isə böyük bir əzab vardır." (əl-Bəqərə, 114)


Kimdən: Dəmirov Haradan: Bakı
30.08.2008 11:40

- "Zalımlara" müraciətlə:
Bu günə dək Möminlər Ləzgi məscidinin çölündə namaz qılıblar. İndi nə oldu ki, imkan vermirlər orda namaz qılmağa?!
Maşaallah Qardaşların sayı o gədər artıb ki, heç bir məscidin içinə yerləşmirlər. Əgər çöldə namaz qılmağımızı istəmirsinizsə, onda məscidlərin sayını artırın.
P.S.
Allahın Nurunu siz söndürəcəksiz?


Kimdən: Adil Haradan: Baki
30.08.2008 11:01

15 ildir ki, Ləzgi məçidində cümə günləri bayırda namaz qılınır. Bu 15 ildə heç kimə mane olunmadı indi kiməsə mane olunur? Nəinki Ləzgidə hətda Şəhidlər məscidindədə Çöldə namaza icazə vermədilər. Ay hörməti yalnız öz aralarında olan polislər! Dünyanın hər bir yerində cümə günü məscidlərdə yer çatmır ona görədə camaat çöldə namaz qılır. Nə oldu oranın polisləri təhlükəsizliyi dindarları incitmədən qoruya bilirlər amma siz yox. Həmdə Məkkədə hamımız bilirik ki, hecc və ramazanda birdən birə 5-6 milyon insan eyni zamanda namaz qılır. Rəsmən həmin məsciddən verilən informasiyaya görə orada 2000 polis olur.Ay qardaş hər 3000 nəfərə 1 polis düşür.Ləzgi məcidin də isə indiyə kimi ən çox 1000 nəfər adam olub. Dünyada hamı ərəb polislərini qeyri peşəkar polis kimi tanıyır. Bəs onda biz? Cümə günü ora yığılan polislərin sayı 50-60 nəfərə çatırdı. Bir informasiyada yəqin çox maraqlı olar. Əbu bəkr məcidində həmişə 2-3 polis növbə ilə öz xidməti borcun yerinə yetirirdi.Partlayış zamanı onlardan xəbər çıxmadı.Yəqin müdürlərindən icazə almışdılar. Bir də mən Hüquq mühafizə orqanlarının rəhbərlərinə məsləhət görərdim ki süravi çavuşlara mədəniyyətdən və idmandan bir az dərs keçsinlər ki, vətəndaşlar ilə münasibtə əxlaqlı olsunlar.Eləcə də bir az qarınları ərisin.


Kimdən: Orxan Haradan: Azərbaycan Demokratik Respublikası
30.08.2008 04:57

Mübariz bəy, sizin mübarizliyinizi alqışlayıram. İrtica içində yaşayan bir türk kimi hər tərəfdən sıxışdırılmış, haqları tapdalanmış, yalqız bir insana çevrilmişəm.
Ancaq! Heçnə əbədi deyil! AR-dəki polis bəlkə də Keçmiş Sovet ölkələri arasında ən görkəmsizidir. Lakin, hesab edirəm ki, bu düzələcək. Özüdə ki, hazırki hökumət ilə yox. Azad Düşüncə Ruhu ilə!

P.S Şükür ki, azad düşüncə ruhuna sahib gənclər var! -> "Dalğalan ki, ölkəmiz pisliklərdən təmizlənsin!"


Kimdən: Ramin Haradan: Chicago
29.08.2008 22:26

Man shaxsan o dindarlarin tarafdari deyilam, amma onlarin har hansi bir dina azad haqqlari var. Istadiklari mascida gedib istadiklari vaxt azad haqqlarindan istifade etmaya huquqlari var. O ki qaldi o polislarin camaata qarshi olan davranishina, o video lenti onlarin ozuna gostarmak lazimdir ki oz haqiqi uzlerini gorsunlar. Etika, tarbiya, anlayish va hormat gostarmak kimi anlayishlari rushvat naticasinda rutba bashina goyulan polis ishcilarimiza, tasaduf olsun ki oyradilmir. Onun gunahi isa kimdadir? Ozumuzda! Chicago polisi sana tahqiramiz va ya agressiv shakila danishsa, sabahsi gun onu nainki maashini alindan alarlar, ya rutbasini dushurdarlar, ya da birbasha ishindan azad edarlar. Bizdakilar isa camaati doymakla hormat qazanir.


Kimdən: Rashad Haradan: Baki
29.08.2008 22:08

Bu da bizim hokmetin dini tolenrantligi. Her ne olursa olsun mominlerin, ALLAHa secde edenlerini mescidden qovmaqdansa, onlarin mescide ibadet etdiyi zaman tehlukelerini temin etmek yani bele cetindir? Qiyamet gununde bu emellerin sahibleri goresen ne cavab verecekler?


Kimdən: Mübariz Haradan: Bonn
29.08.2008 19:10

O polisin danishmaq tärzinä baxin elä bil dagda heyvana säslänir kimi insanlari aciliyir. Deyir olmaz nä olmaz ? insanlar öz haqqini istiyir . Onsuzda bu xalqin här sheyini älindän almishsiniz qalmishdir birdänä dini. Xalqin dinindä yavash yavash älindän alirlar. Polisin orda olmasi älbättäki normaldir . Mesciddä partlayish olmush polisindä här sheyi öz kontrolunda tutmasi lazimdir. Insanlarmizin can güvänliyini saxlamaq üchün nä gäräkirsä eylänmälidir . Ancaq insanlarin dini ishdärinä qarishmaq hech bir shäkildä qabul edilä bilmäz. Män uzun illärdir Almanyada Mescidä gedib gäliräm hälä bir däfädä mescidin qabaginda polis görmädim. Olsalarda mütläqä kiminsä can güvänliyini qorumaq üchün dururlar hech kimädä qarishmazdar. Ümümiyätlä alman polisdäri biri qanunu pozmadigi müddätcä insana hech bir söz söylämäzdär .Bir sheydä söylädiklärindä cenab deylä hitab edärlär.Nä sorunun olsa ilgilänärlär. rüshvät almazlar üstärnä bagirsan säninlä sakit danishirlar qarshisinda sinirli vä yaxut däli oldugunu göz önünä alaraq sakinäshdirmäyä chalishirlar üzdärini äzib büzmäzdär chox mehriban olmaga chalishirlar bir söznän sänin can güvänliyinin qoruyucusu olduglarini sänä subut edärlär vä onlara chox güvänmäni istärlär. Polis dedinmi belä olar. Yoxsa xalqin bashina axqam käsilib xalqi qorxuya salmaq üchün dubinka aparib döymäk tähqir etmäk daha nä bilim nä etmäk nä zamandan polisdik olmush

İsmarışlar 1-10 (10)