Dinlə

Canlı efir

Növbəti veriliş

Sorğu

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət alıb-vermədən yaşamağın yolunu nədə görürsünüz?

Rubrikalar / Təbriz Ekspress

Hadi Saei medalını Azərbaycan xalqına bağışladı

Hadi Saei İran Azərbaycanının Bostan Abad şəhərindəndir

24.08.2008
Hadi Saei Pekin olimpiadasında qazandığı qızıl medalı Azərbaycan xalqına təklif etdi.
 
Hadi Saei Azərbaycan xalqına müraciətində bu iftixarı və qazandığı medalı İran və Azərbaycan xalqına və doğulduğu Bostan Abada təklif etdiyini deyib.
 
Hadi Saei: «Xalqın xeyir-duası ilə bu medalı ölkəmə gətirdiyim və İranın bayrağını qaldırdığım üçün çox sevinirəm. İsti və səmimi salamlarımı şanlı Azərbaycan xalqı və doğulduğum Bostan Abad və Qara Kohulə çatdırıram. Ümid edirəm ki, bu qiymətsiz hədiyyəni məndən qəbul edərlər».
 
Hadi Saei qazandığı medallarla İranın olimpiya tarixinə düşüb. O, İran Azərbaycanının Bostan Abad şəhərindəndir.
 
Saei 2000-ci il Sidney olimpiadasında bürünc, 2004-cü ilAfina olimpiadasında qızıl və 2008-ci il Pekin olimpiadasında qızıl medal qazanıb. İran prezidenti Əhmədinejad, ölkə parlamenti, İranın keçmiş dövlət başçısı Xatəmi və başqaları Hadi Saeni təbrik ediblər.
 
Bu arada Tehran bələdiyyəsinin sözçüsü Xosro Danişçu Tehran küçələrinin birinə Hadi Saeinin adının verilməsi barədə qərar qəbul edildiyini bildirib.
 
Hadi Saeinin bacısı Məhrvərz Saei də taekvandoçudur. O, 2006-cı ildə Qətərdə keçirilən Asiya oyunlarında burünc medal qazanıb.
 
Pekin olimpiadasında Azərbaycanı təmsil edən yeganə taekvandoçu Rəşad Əhmədov (80 kq.) yarımfinalda məhz Hadi Saeiyə uduzmuşdu. 
Bu forum dayandırılıb
    Növbəti 
Səhifə (2)
Kimdən: Ayxan Şəhər: Həmədan
01.09.2008 00:40
Hadi Saei nin Milliyəti Turkdur.O Guney Azərbaycanin Bostan Abad Şəhərindəndir.Məndə Bir Azərbaycan Turku Olaraq O Qəhrəmanimizi Urəkdən Təbrik Edib Sonra İsə Azadliq Radiosundan Guney Azərbaycanla Bağli Dəyərli Xəbər və Reportajlari Oçun Oz Minnətdarliqimi Bildirmək İstərdim.

Kimdən: ANAR Şəhər: BAKI
31.08.2008 07:37
Ə, indi bu medalı Azərbaycan Respublikası vətəndaşlarına təklif edib, yoxsa Azərbaycan ostanının əhalisinə?!
Hadi Saeinin milliyəti Türkdü? Əgər Türksə, fərq etməz, əslində.

Kimdən: Zakatalali Şəhər: Zakatala
30.08.2008 23:52
sag olsun qardashim. Biz Azerbaycanlilar seninle fexr edirik. tek qizil medala gore yox, hem de vetenperverliyine gore

Kimdən: Qarabagi Şəhər: Agdam
30.08.2008 23:01
Salam,
Halaldi bu oglana ki risk edib ele sozler soyleyib.Azerbaycan xalqi kelimesini isletmesi heqiqeten de cox huner dolu bir cesaretdi
Allaha emanet

Kimdən: Şəlala Şəhər: Muğan
27.08.2008 23:09
Mubariz Bəy Deməliyəm Ki O Donəm İran Devləti Nə Təkcə Azərbaycanin ərazi Butuvloyunun Qorunmasinda Yardim Etmədi Bəlkə əksinə Ermənistana Hər Tor Yardim Elədi . Onlar Silah Verdi.

Kimdən: meherrem Şəhər: baki
26.08.2008 21:02
men sevinirem ki,farslar azerbaycanlini yaxsi ki,fars kimi qeleme vermeyibler.

Kimdən: Mübariz Şəhər: Bonn
26.08.2008 14:30
Mändä bu shäxsi täbrik ediräm . Bälkä säfim var ancaq yenä söyläyäcäm. Män indiyä qädär basha düshmädiyim bir shey var . Qarabagda müharbä bashdiyanda dünyanin här täräfindän Müsülmanlar bizä kömäk etmäyä gäldilär. Allah rähmät eläsin bütün Shähidlärmizä än az 450 dänä Chechen shähid oldu Qarabagmiz üchün. Iqushdar Avarlar Chechenlär Äfqanlilar pashtunlar bizä kömäk üchün gäldilär. Nädän qomshumuzdaki Iranlilar bizä kömäyä gälmädilär män hälä bunu basha düshä bilmiräm? Bäziläri deyäcäk onlar Farsdir. Xeyir Iranin dini lideri Xamini öz bä öz azäri Türküdür o zamanlar än az bir nechädänä Nazirlärdä Azäri Türkiydilär.

Kimdən: Abdulfattah Şəhər: Baki
26.08.2008 13:09
Halaldi bu oglana. o kecen olimpiadada basqa cekide taekvondo cempionu oldu. indi ise basqa cekide. nezerinize catdirim ki, taekvondoda olimpiyadada yalniz iki cekide vurusurlar. ve bu igid her iki cekide ozunu sinadi ve sehv etmiremse kecen olimpiadada bizim diger cekide cixis eden olimpiacimiz Niyameddini meglub etmisdi

Kimdən: Benjamin Şəhər: Moskva
25.08.2008 19:03
@Lale
Azerbaycan xalqi deyende onun kimi nezerde tutmasi onemli deyil esa mesele odur ki Azerbaycan xalqi deyende hami bilir kim nezerde tutulur. Bir de ki iran kimi olkede bunu deye bilmek ozu de boyuk hunerdir her halda tebrikler

Kimdən: Lale Şəhər: Baki
24.08.2008 23:13
Bu melumatin ne qeder dogru olmasi mende shubhe dogurdu.Mence,o orda Irandaki azerileri,yeni mensub oldugu azligi(azliq olmayan azliq)nezerde tutub.Ozu de ki,bu oglanin adini kuceye vermeye hazirlasirlar,yeni bu hadise bu qeder tek terefli deyil.
Yene de sag olsun oz kokunu yaddan cixartmayib,azeri turku oldugunu...
    Növbəti 
Səhifə (2)
Şriftin ölçüsünü dəyiş - +