Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Verilişlər / İşdən sonra

«Jurnalistlərin əfv olunmamasının səbəbi siyasi sifarişdir»

Emin Hüseynov

22.08.2008

«Jurnalistlərin əfv olunmamasının səbəbi siyasi sifarişdir».

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov «İşdən sonra»ya belə deyir.

Onun sözlərinə görə, bu sifariş daha yuxarı səviyyədən gəldiyindən Əfv Komissiyası həbsdə olan jurnalistlərin adlarını siyahıya sala bilmir:

«Hətta Eynulla Fətullayev və Müşfiq Hüseynovun özləri və ailələri əfv olunmaları ilə bağlı dövlət başçısına və Əfv Komissiyasına müraciət ediblər. Amma nəticə yoxdur. Yəni məsələ həbsdə olan jurnalistlərin müraciətdən imtina etməsində deyil».

Hazırda müxtəlif ittihamlarla 4 jurnalist həbsdədir.

Ətraflı verilişin audiosunda