Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Verilişlər / Can Bakı

Rasim Balayev: «Bu mənim zamanım deyil»

«Yaxşı ki deputat olmadım»,- deyən Rasim Balayev hesab edir ki, demokratik ölkədə azad söz boğulmamalıdır

18.08.2008

«Bu, mənim zamanım deyil. Mən ya 100 il bundan əvvəl yaşamalıydım,  ya da 100 il sonra. İndi ətrafda baş verənlər mənə yaddır». «Can Bakı»nın qonağı olan Rasim Balayev belə deyir. O, indiki komik aktyorların əksəriyyətinin fəaliyyətini qənaətbəxş hesab etmir:
 
«Adamı güldürmək üçün nə günlərə düşmək olar?! Bu, komizm, bu, sənət deyil».
 
Bu yaxınlarda 60 illiyini qeyd edən xalq artisti deyir ki, onun çəkilmək istədiyi filmlərin yaxın illərdə Azərbaycanda reallaşacağına ümidi yoxdur:
 
«Bəlkə də nə vaxtsa çəkiləcək. Amma həmin vaxt yəqin ki, mən qoca olacağam».
 
Aktyor bildirir ki, bir-birinin ardınca populyar filmlərə çəkiləndə qadınlardan xeyli eşq məktubları alıbmış:
 
«Onlardan bəzilərini indi də saxlayıram. Amma hiss edirdim ki, çoxu ötəri hisslərdir, filmin təsiri altında yazıblar».
 
Rasim Balayev deyir ki, sənətə vurğunluq olanda karyera da olur, hörmət də:
 
«Mən 20 il ərzində ildə 3-4 filmdə çəkilmişəm. Amma uzun müddət kirayə qalırdım, hər gün işə dolu avtobusda sallana-sallana gedirdim. Hamı da mənə baxıb təəccüblənirdi. Amma o vaxt bundan narahat olmurdum».
 
Aktyor deyir ki, indi tragikomik rol oynamaq arzusundadır:
 
«Təsəvvür edin ki, bu adam namusla, vicdanla işləmək istəyir, amma ətraf mühit onu tragikomik hala salır».
 
«Yaxşı ki deputat olmadım»,- deyən Rasim Balayev hesab edir ki, demokratik ölkədə azad söz boğulmamalıdır. 
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-2 (2)
Kimdən: Intigam Haradan: Almaniya
20.08.2008 23:31

Kash ki, Iqtidar ve Muxalifet cebhesinde , yani siyasetde, ictimiyyetde Rasim Balayev kimi shexsler daha cox olsa milletin ne derdi var... O zaman Azerbaycanin iqtisadiyatini ac qurt kimi parcalamaq deyil, veteni leyaqetle temsil ederdiler. Size helal olsun, eziz ulvi senetkar. Mence medeniyyet sahesinde calishanlarin bir coxu sizden numune goturmelidir. Elcede bashqa sahelerde de hemcinin.....


Kimdən: Azer Haradan: Moskva
19.08.2008 09:31

Ele adamlar var ki, danishanda ozunu de, senetini hormetden salir. Rasim Balayeve senetkar kimi meftun idim, AzTV-deki Sexsen Siz veilishinde onu diggetle dinledim. Ehsen Size, Rasim Balayev! Hiss olunur ki, oynadiiniz Nesiminin, Babekin ve s. meneviyyati ile sizinki uygun gelir. Boyuk felsefeniz var. Arzu edirem ki, Siz bundan sonra da arzuladiginiz rollari yaradasiniz ve insanlarin gelbini oxhayasiniz! Size Tanridan can sagigi arzu edirem.

İsmarışlar 1-2 (2)