Dinlə

Canlı efir

Növbəti veriliş

Sorğu

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət alıb-vermədən yaşamağın yolunu nədə görürsünüz?

Rubrikalar / Təbriz Ekspress

«Mən türkəm» deyəni məhbus edirlər

«Əslində bunlar heç bizə millət gözündə baxmırlar»

30.07.2008
İyulun 17-də Təbriz Universitetinin qarşısında həbs olunan beş gəncə qarşı hansı ittihamların irəli sürüldüyü bəlli deyil. Təbriz Universitetinin Mexanika fakültəsinin magistraturasında son imtahanından çıxan Səccad Radmehr, hüquq fakültəsinin tələbələri Fəraz Zehtab və Aydın Xacei, eləcə də Daryuş və Şahruh Xatəmi qardaşlarının qohumları ilə görüşlərinə də icazə verilməyib.

Aydın Xaceinin ailəsi onun harada saxlandığını Ettelaatın Təbrizdəki təcridxanasından məhbus üçün paltar gətirmələri xahiş olunanda öyrənib.

«Mənim qardaşımı Ettelaat oğurlayıb. Özbaşlarına oğurlayıblar. Heç bir sənəd də göstərməyiblər. Gəldilər evimizə tökülüb, axtardılar, amma heç nə tapa bilmədilər. Əsli Kərəm nağılını, İran türklərinin tarixi kitabını götürdülər, bizə də başqa məlumat verməyiblər ki, nə üçün tutublar, niyə tutublar, neçə gün qalmalıdı...»

Məhbusun qardaşı Ramin Xacei deyir ki, həbsə səbəb Aydın bəyin milli hüquqlar uğrunda mübarizə aparmasıdır.
«Burda hər kəs «yaşasın Azərbaycan» desə, ya «yaşasın mənim dilim» desə, ya da sadəcə desə «mən türkəm, türki yazmalıyam, türki oxumalıyam, onu məhbus edirlər, həbsxanaya basırlar. Bizim Aydın bəy də onlardan biridir».

Ramin Xaceinin sözlərinə görə, onun qardaşı bundan əvvəl milli hüquqlar uğrunda mübarizəsinə görə iki semestr tədrisdən uzaqlaşdırılıb. Elə Səccad Radmehr də magistrlik işini altı aylıq qadağadan sonra müdafiə edə bilib. Səccad Radmehrin təhsil hüququnun pozulması ilə bağlı İran Azərbaycanındakı Universitetlərdə imza kampaniyası başlanmış, tələbənin özü və dostları onun imtahana buraxılması tələbilə bir neçə gün aclıq aksiyası keçirmişdi. Geniş miqyaslı kampaniya nəticəsində Universitetin rəhbərliyi Səccad Radmehrin buraxılış imtahanına və müdafiəyə girməsinə icazə vermişdi. Lakin tələbənin sevinci elə müdafiədən həbsə qədər – bir neçə dəqiqə sürməliymiş.

Ramin Xacei deyir ki, qardaşının və dostlarının təhsildə olan problemləri də elə Azərbaycan mədəniyyətini təbliğ edən dərnəklərdə üzvlüyü ilə bağlı olub.

Səccad Radmehrin bacısı İlahe Radmehr 2006-cı ilin may hadisələrindən sonra tələbələrə qarşı təzyiqlərin artdığını deyir.
İlahə Radmehr də, Ramin Xacei də deyirlər ki, həbs olunan gənclərin heç bir günahı yoxdu.

İlahə Radmehr:
«Qardaşımgil heç bir haqqı nahaq eləməyib, heç bir cızıqdan çıxmayıb, heç bir yanlış iş görməyib. Hər halda çıxacaqlar onlar da. Biz onlara da inanırıq, inandıqlarına da».

«Əslində bunlar heç bizə millət gözündə baxmırlar. Bunlar bizim – 30 milyon azərbaycanlının dilini yerli-dibli danırlar. Deyirlər, sizin diliniz Pəhləvidən gəlmiş dildi, haqqınız yoxdu, deyəsiniz «mənim dilim var», bu danılmalıdı, aradan getməlidi. Hər kimsə istəsə də, bunun qabağında dayansın, bunlar onu öz gücləri ilə aradan götürməyə çalışırlar. Bu yolda da çoxlarını öldürüblər. Bir neçə həftə bundan qabaq Aydın bəyin yoldaşlarından biri Fərhad Mohseninin ölüsünü göldən tapdıq. Onu da Ettelaat oğurlamışdı». 

Daha öncə həbs olunmuş milli hüquqlar uğrunda fəal Fərhad Mohseninin bir neçə həftə öncə meyitinin tapılmasını xatırladan cənab Xacei deyir ki, qardaşının başına bir iş gələrsə, nə edəcəklərini bilmir:

«Bəşəri hüquq ayaq altında tapdanır burda. Ona görə də, dəqiq bilinmir, bunlar bir şey edəcək Aydıngilə, ya yox. Amma bir dəfə zəng olub evə, ondan bilirik ki, hələ diridi. Amma bilmirik sonra başına nə gəlir. Anamız çox israr edir ki, heç olmasa, oğlumu görüm, bilim ki, diridi. Amma burda görüş qadağandı».

İlahə Radmehr deyir ki, onun qardaşının məqsədi sadəcə insan kimi yaşamaqdır. «İnsaniyyətin bütün qaydalarına uyğun yaşamaq qardaşımın hədəfi, inamıdır».
Bu forum dayandırılıb
     
İsmarışlar
Kimdən: Seymur Şəhər: Almaniya
07.08.2008 00:44
Hec bir zaman iran AZÄRBAYCANI kimi bir sözü qäbul etmiräm.Ora hälälik ki,Cänubi Azärbaycandir.Män inaniram ki,bir gün gäläcäk bütün Azäbaycan birläshäcäk vä möhtäshäm bir ölkä olacaq.Bu mänim än böyük arzularimdan biridir.Qaldi ki, farslara onlar zülmdän bashqa bir shey bilmäzlär.Onlarin äsl mäscidläri Evin häbsxanasi,ibadätläri isä edamlara tamasha etmäkdir.

Kimdən: Azerbaijani Şəhər: London-Ingiltere
06.08.2008 15:06
Boyuk derdim Guneyimdir 30 milyom esartde!? Gelecek o gun ki Guney Azerbaycanda azadliq ozu gorecek, zulum devamli ve ebedi qalabilmez. Kechen 20 ilde 30-dan chox milletler oz azadliqlarini elde ede bilib ve oz musteqil dovletlerini qura bilibler. Bizde bacarib bu ishi gore bileceyimize inaniriq. yashasin musteqil ve butov Azerbaycan.

Kimdən: Yashar Şəhər: meshgin shahar (xiyo)
02.08.2008 01:47
İranda Ariaçiliq ve Farsçiliq Siyaseti Baş tutub Gedir.Orda İnsan Huqulari Pozulur,Bir Qeyre Fars Millete Bağli Olan İnsanlar,Eyer Bizimde Tariximiz,Tarixi Şexsiyetlerimizi,Abidelerimiz Vardir dese yeni haqqini teleb ederse onu hebs gozleir. Burda Bizim Dilimize - Edebiyatimiza - Musiqimize-Tariximize Qadaga Qoyulub.30 Millon Guney Azerbaycan Turkleri Assimile Siyasetine Meruz Qalmiş ve Bu Milletin Haqqini Teleb Eden İnsanlarin Yeri Hebs Xanalar Olmush. Orada İshgence ve Olum Gozleir. Yeni En İlkin Haq Ochun Neler Odeirler...

Ele Shair Bolud Qaraçorlu Sehend Ne Guzel demiş :

Tаlеyimə sən bах!
Düşüncələrim yаsаq,
Duyğulаrım yаsаq,
Kеçmişimdən söz аçmаğım yаsаq,
Gələcəyimdən dаnışmаğım yаsаq.

Kimdən: sahand Şəhər: guney
31.07.2008 11:09
taleime sen bax düşücelerim yasaq
ne olur sesimizi düyaya yayin
sehend

Kimdən: Sehend Şəhər: Turkiye
31.07.2008 00:30
Mende Guney Azerbaycanli Soydaşlarimiza Olan Haqsizliqla Bağli Oz Fikirlerimi, Genc Şair Afiq Ağdaminin şerleri İle Çatdirmaq İsterdim,

Bir ürəyin fəryadı”

“Türkəm”-dedim,
Dinmə!-dedin,
Məni mənə yad eylədin.
Tariximi unutdurdun,
Əsrlərcə qan uddurdun.
“Türkəm”-dedim,qılıncını işə saldın,
Of demədən neçə-neçə canlar aldın.
“Türkəm”-dedim,iki böldün bir vətəni,
Ürəyimə dağlar çəkdin,diddin məni.
“Türkəm”-dedim,torpağımı qan bürüdü,
”Türkəm”-dedim,üstümə tanklar yeridi.
Cavidimə,Müşfiqimə”xain”dedin,
Öz yurdundan sürgün etdin,güllələdin.
Dərd vermisən,sevincimi kəm etmisən,
Sən Bozqurdu bir tülküyə yem etmisən.
Unutmuşuq,unutmuşuq...
Qaniçənə “baba”deyən biz olmuşuq,
Bir cəllada boyun əyən biz olmuşuq.
Onlar deyib,
Biz susmuşuq.
Onlar döyüb,
Biz susmuşuq.
Susa-susa uduzmuşuq...
Bu susmaqla sanma sənin bu dərdlərin yox olacaq,
Bu susmaqla Gülüstanlar,Türkmənçaylar çoxalacaq.
Susma,danış,ürəkli ol!Hünər göstər,
Azad olmaq ürək istər,hünər istər.
Bəsdir daha!Bu susqunluq,daha bəsdir,
Bu səs bizə Qarabağdan gələn səsdir.
Axı nə vaxtacan susmalıyıq biz,
Tarixi qan ilə yazmalıyıq biz!

Afiq Ağdami

Kimdən: Mübariz Şəhər: Bonn
30.07.2008 21:33
Farsizim özündän bashqa hech kimi qabul etmäk istämir.30 milyon nüfuzu olan bir xalqi necä danirlar, män hälä bunu basha düshä bilmiräm.Iranda xalqimiza zülüm edirlär.Bundan 1 il öncä ,Iran azärbaycani tähdid etti.Bu yaxinlarda, Bakida bashmiza bombalar düshändä aglimiz bashmiza gäläcäkmish.Bunlar bizim analarmizin,bacilarmizin ,ushaqlarmizin bashina bomba yagdiracaq, bizimdä durub baxacagmizimi sanir yoxsa bu farsizim.Hälä sizin häddiniz var, särhädimizdän ichäri addim atin.Bunlarin dostarina baxin hälä, ermänistan, Rusya, birdä Yunanistan.Qonshusunda ,Suriya xaric ,bir dänädä Müsülman ölkä olaraq dostari yoxtur...
     
Şriftin ölçüsünü dəyiş - +