Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:47

Azərbaycan Qarabağın turizm imkanlarını təbliğ edir


Ermənistan Dağlıq Qarabağı öz ərazisi kimi təqdim edərək bütün dünya turistlərini ora dəvət edir
Ermənistan Dağlıq Qarabağı öz ərazisi kimi təqdim edərək bütün dünya turistlərini ora dəvət edir

Aprelin 18-də Bakıda açılan 6-cı Beynəlxalq Turizm və Səyahətlər sərgisində Dağlıq Qarabağa aid xüsusi guşə yer alıb. Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev deyir ki, bu addım siyasi önəm daşıyır. Onun sözlərinə görə, Ermənistan Dağlıq Qarabağı öz ərazisi kimi təqdim edərək bütün dünya turistlərini ora dəvət edir. Bu addımla Mədəniyyət və Turizm Nazirliyi həmin təbliğatın qarşısını almaq istəyir.


Cənab Qarayevin sözlərinə görə, sərgiyə ümumilikdə 18 ölkə qatılıb. Artıq «Turizm haqqında dövlət proqramı»nın qəbul edildiyini qeyd edən nazir bildirir ki, məqsəd yaxın 8-10 ilə Azərbaycana 3 milyona qədər turist cəlb etməkdir. Əbülfəz Qarayevin sözlərinə görə, bunun üçün bütün ölkə ərazisində turizm sahəsində yeni infrastrukturlar yaradılır.


Aprelin 18-də Heydər Əliyev adına İdman-konsert kompleksində turizm sərgisindən başqa 1-ci Beynəlxalq Otel Biznesi Sərgisinin də açılışı olub. Hər iki sərgi aprelin 20-nə qədər davam edəcək.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG