Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:03

Benzinin qiyməti qalxsa... - [Video]


-

Polis

Facebook-dan birbaşa şərh yaz


Yol polisi dayanma-durma qaydalarını pozan avtomobillərin sürücülərini cəzalandırmağa başlayıb.

Yol polisi bununla tıxacların qarşısını almağı düşünür.

Yol qəzalarının qarşısını almaq üçün cərimələr də artıb.
Sürücülər isə şəhərdə dayanacaqların azlığından, olanların qiymətinin baha olmasından gileylidir.

Cərimələrin tətbiqi paytaxtda tıxacın qarşısını alacaqmı? Bakıda tikilən dayanacaqlar özünü doğruldacaqmı?
Bütün bunları Azadlıq FM-də müzakirə etmişik:
Ekspert Aydın Xudiyev:

- Azərbaycanda bahalı maşın sürən sürücülər maşınlarını park mərkəzlərində saxlamırlar. Dayanacaqların əksəriyyəti boş qalır. Gərək yeni qanun qəbul edilsin ki, sürücülər maşını dayanacaqlarda saxlasınlar…
- Bakıda maşınları küçələrdə, yollarda saxlayırlar. Bu da nəqliyyatın hərəkətinə problemlər yaradır.
- Tıxacların müxtəlif səbəbləri var. Bunlardan biri yollarda yas mərasimlərinin keçirilməsi üçün çadırların salınmasıdır.
- Biz Azərbaycanda benzinin qiymətinin artırılmasıyla bağlı müraciət etmişik. Əgər benzinin qiyməti qalxsa şəhərdə avtomobillərin sayı azalar. Bunu özəl maşınlara şamil etmək lazımdır.

Ekspert Fuad Cəfərli:

- Avropada, inkişaf etmiş cəmiyyətlərdə avtomobilləşmə stabilləşib. İnsanlar daha çox ictimai nəqliyyatlardan istifadə edirlər. Şəhərin, nəqliyyatın planlaşdırılmasının olmaması yollarda tıxac yaradır. Tixacdan hər kəs əziyyət çəkir. Tıxacın iqtisadiyyata vurduğu zərər milyonlarla hesablanır.
- Əgər maşınların parklanması üçün yer yoxdursa niyə maşınlar mərkəzə buraxılır? Niyə maşınlar satılır?
- Bakıdakı tıxacların səbəbi tədqiqatların, şəhər nəqliyyat sisteminin olmamasıdır.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov:

- Son günlərdə 200-300 sürücü dayanma-durma qaydalarını pozduğuna görə cəzalandırılıb. Biz çalışacağıq ki, yol sürücüləri arasında nizam- intizamı artıraq.
- Ölkə ərazisində baş verən yol qəzalarının çoxu yüksək sürətə görə olur. Biz radarları quraşdırmaqla sürücülərin təhlükəsizliyinə çalışırıq.

Verlişi tam dinləmək üçün:

XS
SM
MD
LG