Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:22

Əkrəm Əylisli: "Mənim qəhrəmanlıqla bağlı öz təsəvvürlərim var"


Əkrəm Əylisli
Əkrəm Əylisli
-

Macarıstanda erməni hərbçisini öldürdüyü üçün ömürlük cəza almış, Azərbaycana ekstradisiyadan sonrasa əfv edilmiş Ramil Səfərovla bağlı məsələyə yazıçılardan reaksiyalar.


Millət vəkili, yazıçı Aqil Abbas Teleqraf.com-a açıqlamasında Ramil Səfərovun Vətənə dönməsinə və əfv edilməsinə sevindiyini bildirdi:

“Mən Ramil Səfərovun azadlığa buraxılması ilə bağlı komitənin üzvü olmuşam. Onun azadlığa buraxılması münasibətilə millətimizə gözaydınlığı verirəm.

Möhtərəm prezidentimizə də uzun ömür arzu edirəm ki, bu işi belə sakit şəkildə həll edə bilib.

Heç bir hay-həşirsiz, səs-küysüz və uzun-uzadı müzakirəriz bu iş ağıllı şəkildə həll edıldi.

Bu məsələdə heç bir reklam rol oynamadı. Buna görə də prezidentimizi alqışlayıram”.

Şair Musa Yaqub: “Mən bu xəbəri sizdən eşitdim və çox sevinclə qarşıladım. Ona qarşı çox böyük ədalətsizlik oldu.

Ona ömürlük həbs vermişdilər. Amma heç olmasa, bu əfv məsələsi çox yerinə düşdü. Bu xəbəri hər birimiz çox böyük sevinclə qarşılamalıyıq.

Aqil Abbas
Aqil Abbas
Bir məqam da var ki, 67 adamı öldürənə 21 il, amma Ramil Səfərov kimi oğlumuza ömürlük həbs cəzası vermişdilər. Bu, ədalətsizlik idi".

Xalq yazıçısı Əkrəm Əylisli isə məsələ ilə bağlı fərqli fikirlər səsləndirdi : “Mənim qəhrəmanlıqla bağlı öz təsəvvürlərim, yanaşmam var.

Mən yazıçıyam və bu cür kampaniyalara qoşulmuram.

Çünki belə kampaniyalar bir-birini tez-tez əvəz edir. Mən yazıçıyam və öz sahəmin suallarına cavab verə bilərəm”.

Teleqraf.com

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG