Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:10

Naxçıvanda əhalinin sayı 2 faiz artıb


Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisinizsə, «Şərq qapısı» qəzetini oxuyun!


Sayı: 245(20.403) 29 dekabr 2011
CARİ İLİN İLK ON BİR AYI ÜZRƏ MUXTAR RESPUBLİKANIN SOSİAL – İQTİSADİ İNKİŞAFI

Naxçıvan Muxtar Respublika Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar – noyabr aylarında muxtar respublikada əhalinin gəlirləri 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 48,7 faiz artaraq 1 milyard 372 milyon 173 min 700 manat, onun hər bir nəfərə düşən həcmi isə 45,8 faiz yüksələrək 3315,3 manat təşkil etmişdir. Bu dövr ərzində əhali əmanətlərinin həcmi üzrə 18,5 faizlik artım müşahidə olunmuşdur. Aparılan məqsədyönlü iqtisadi siyasət muxtar respublikada əhalinin rifahının davamlı yüksəlişinə əsaslı zəmin yaratmışdır... 1 dekabr 2011-ci il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 8222 nəfər və ya 2 faiz artaraq 417692 nəfər təşkil etmişdir...

STOMATOLOQLAR ÜÇÜN SEMİNAR

...Mərkəzi Uşaq Xəstəxanası stomatologiya şöbəsinin müdiri İldırım Heydərov “Dişlərin anomaliyası”, həkim – stomatoloqlardan Aysel Rəhimova “Dişlərin inkişafının pozulması”, Elşən Hüseynov “Diş kariyesi, diş kisəsi və dişin sərt toxumasının xəstəlikləri”, Rövşən Babayev “Uşaqlarda paradont xəstəliklərinin profilaktikası və müasir müalicə prinsipləri”, Naxçıvan Dövlət Universiteti Tibb fakultəsinin tələbəsi Tural Hümbətov “Dişlərin travması”, Mərkəzi Uşaq Xəstəxanasının həkim – stomatoloqu Natəvan Rzayeva “Stomatologiyada dezinfeksiyaedici məhlulların və sterilizasiyanın istifadəsinə müasir baxış” mövzularında məruzələr etmişlər...

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Naxçıvan Muxtar Respublikasının Sosial – iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla icra olunur.
- Şəbəkə nədir?
- Naxçıvan Muxtar Respublikası N saylı hərbi hissə 2012- ci il üçün tələb olunan ərzaq və tərəvəz məhsullarının satın alınması üzrə təkliflər sorğusu elan edir.
- Cari ilin son müsahibə mərhələsi.
- Xalq – ordu birliyi
- Fransa parlamentinin göz yaşları ermənilər üçün tökülmür.

XS
SM
MD
LG