Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:25

HÜQUQİ YARDIM XAHİŞİ BARƏDƏ



________________________________________

Sual Kimdən: Emil Amiraslanov
26.02.2011 17:29


salam olsun.mene HALAL DIPLOMUMU ALMAQCUN 2000 AZN ISTEYIBLER.OZUM TESTLE QEBUL OLMUSAM.TEHSIL NAZIRLIYINE ZENG ETDIM BIR MEMUR MENE DEDIKI BURA NIYE ZENG ETMISEN POLISE ZENG ET,DEDIM TEHSIL NAZIRLIYI DAHA MEKTEBVE UNIVERSITETLERE NEZARET EDE BILMIRSEN NEYE LAZIMDI MENE DEDIKI BES ELEDIDE BILMIRSEN VE DESTEYI YERE ASTDI
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
28.02.2011 14:06


Yaxşı olar ki, siz oxuduğunuz təhsil müəssisəsinin rəhbərliyinin yaxud sizdən rüşvət tələb edən şəxsin hərəkətlərindən yazılı şəkildə yaşadığınız ərazi üzrə prokurorluq orqanına müraciət edəsiniz


Sual Kimdən: Anonim
21.03.2011 16:05


Salam hormetli vekil,
bir shexs terefinden diger shexse verilen uzunmuddetli etibarname vaxti bitmeden legv oluna bilermi? Eger oluna bilerse xahish edirem proseduru izah edesiniz? Onceden teshekkur edirem.
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
22.03.2011 01:42


Salam
Etibarnamə verən şəxs istənilən dövrdə ərizə verərək notarial qaydada etibarnaməni ləğv etdirə bilər.

________________________________________
Sual Kimdən: Rezale Abbasova Haradan: Genceden
14.03.2011 17:32


1. Salam Fazil muellim necesiniz yadinizdadirsa Size gencede elliliyi olan ushaqlara mualicevi sanatoriyalara putyovkalarin verilmesi ve elliyi olan ushaqlara verilen guzeshtler haqqinda(pensiya,ish staji,usaqlari olke daxilinden kenara aparmaq ucun teyyare ve ya qatar biletlerinde guzeshtler ve s) ve s suallar yazmishdim xahish edirem bunu cavablandirasiniz
Bir de ki oyrenmek isterdim menim ozelleshmish bina menzilim vardir Lakin orada yashamiram demek olar ki suyu ve diger xidmetlerinden istifade etmirem menim orada yashamamai MIS ozu de bilir Men hemin menzile MIS-ne (JEK) xidmet haqqi kv.metraya gore kommunal xercler odemeliyemmi

2. Baqciliq bostanciliq ucun torpaq sahem vardir Katastor plan da almisham Torpaqa shehadetname almaq ucun Gence Dovler dasinmaz Emlak reyesti teshilatina dovlet rusumu varmi ve nece kecirmeliyem

Evvelceden teshekkurler Size ise uqurlar
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
01.04.2011 14:01


Salam
Əlil uşaqlarla bağlı qanunvericilikdə təyyarə,q atar biletlərinə güzəştlə bağlı qanunda bir müddəa tapılmadı. Aviareyslər əlil uşaqlar (yaxud ümumiyyətlə uşaqlar) ahıl insanlar üçün təyyarə biletlərinə güzəştlər nəzərdə tutur bu da həmin şirkətlərin özündən asılıdır.
Mənzildən istifadəəy görə xidmət haqqlarına gəldikdə qeyd edim ki, bu haqqlıar nazirlər Kabinetinin qərarında öz əksini tapıb və hər bir şəxs mənzildən istifadəyə görə nəzərdə tutulan haqqları ödəməlidir. Əgər mənzildə yaşamırsızsa, gərək əvvəlcədən MİS-nə bu barədə yazılı ərizə verəsiz ki sonradan xidmət haqqları ilə bağlı hər hansı problem ortaya çıxmasın .
2. mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarışın alınması üçün nəzərdə tutulan rüsum 30 manatdır. Amma digər xidmətlər üçün tairflər nəzərdə tutula bilər ki, xidmət haqqları da Reyestr xidmətinin özü tərəfindən müəyyən olunur

________________________________________
Sual Kimdən: ALI Haradan: BAKI
11.03.2011 22:25


SALAM HÖRMETLİ VEKİL
MEHKEMENIN QERARIYLA MENE DEYMIŞ ZIYANA GORE IKI ŞEXS MEN ÜMUMİ 1300 AZN ÖDEMELİDİ.ICRAÇI 5 AYDI PULU ALABILMIR.SIZDEN OYRENMEK ISTEYIREMKI GORUM ICRAÇI PROTOKOL YAZIB MEHEKMEYE QAYTRASA ONDA MEHKEME ONLARA YÜNGÜL CEZA VERERMI.BU ŞEXSLER PULU VERMİR ARXEİNDİLER KI MEHKEME ONLARA BU MEBLEĞE GORE HEÇNE EDE BİLMEZÇDEYİRLER PULU VERMİRİK.İCRAÇIYIDA SAYMIRLAR HEÇ ÇAĞIRANDA YANINADA GETMİRLER .
COX SAGOLUN
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
12.03.2011 17:05


Salam
Məhkəmənin qanuni qüvvəyə minmiş qərarını icra etməyən şəxslər məsuliyyət daşıyır. Bunun üçün icraçı məhkəməyə təqdimatla müraciət etməlidir və qərarı icra etməyən şəxslər İnzibati Xətalar Məcəlləsinin 313-1-ci maddəsinə görə, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə –
fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir.
yaxud Cinayət Məcəlləsinin 306-cı maddəsinə görə, 306.1. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə—
min manatdan üç min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
________________________________________
Sual Kimdən: məhərrəmov musa Haradan: zaqatala yuxarı-Tala k.
21.03.2011 22:14


Musa Məhərrəmov yuxarı-Tala k. Zaqatala
Hörmətli vəkil,mən və qardaşım Abid sahibkarlıq fəaliyəti ilə məşğul oluruq .Bizim fəaliyyətimizə mütəmadi olaraq 62 yaşı olan 1 saylı notariat kontorun müdürüailəsi övladı olmayan Vəvvədova Nəcibə Ramazan qızı vəzifəsindən sui istifadə edərək maniyyələr törədilir hətda bizi iş yerimizdə döyüllər,işçilərin yanında mənim və aləmin şərəfini ləyəqətini alçaldan sözlər işlədirlər.Üç ədəd Az.Resp.Ali Məhkəməsinin qərarları ilə mülkiyyətimizi müdafiyə etmişik (yuxarı-Tala beton məmulatlar sexi və qardaşımın M.Abidin mağazasını).
15fevral2007ci il №-6k-138/07 Baki şəhəri
05oktiyabr2009cu il 2(102)2750/2009 Bakı şəhəri
17sentiyabr2010cu il iş №2(102)-2570/2010 Baki şəhəri
Məhkəmələr hamısı eyni tərəflər arasında,eyni pridmet üstündə və eyni tələblərlə iddia qaldırılmışdır.Lakin bundan kifayətlənməyan məmur və onun tərafdarları 4-cü dəfə 17 mart 2011ci ildə yenidən eyni tərəf, eyni pridmet və eyni tələblə iddia qaldırıb Az.Resp.Ali Məhkəməsində İskəndər adlı hakim işə baxarkən Az.Resp.Ali Məhkəmələrin qərarlarına qiymət verməyib iş yenidən Şəki apelliyasiya məhkəməsınə qayıtmasını qərar oxudu.Bundan aydın olur ki,Az. Resp. Ali Məhkəməsində qanun 2-ci dərəcəli ışdir, 1-ci yerdə rüşvətdir.
Hörmətli Azadlıq radiosu hörmətli Vəkil xahiş edirəm bizə kömək edəsiniz. Yaşasın Azadlıq Radiosu
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
22.03.2011 01:40

Əgər iş Şəki Apellyasiya göndərilibsə və hazırda ona baxılırsa, yaxşı olar ki siz hüquqlarını müdafiə etmək üçün vəkil tutasınız, eyni zamanda Ali Məhkəmə hakiminin hərəkətlərini əgər qanunsuz hesab edirsinizsə, onun hərəkətlərindən məhkəmə Hüquq Şurasına şikayət edə bilərsiniz.
________________________________________
Sual Kimdən: Natiqz
26.04.2011 15:04


Salam,
Menim bir sualim var.Men xarici şirkətdə işləyirim,bir gızım var,oda menim himayəmdə, ayrılmışam yoldaşımdan.
İstiyərdim biləm ki, mənə hansısa müavinat düşür ya yox,tek uşaq saxladığıma görə?
Əvvəlcədən təşəkkür edirəm.

Lalə.
Cavab
Sual Kimdən: Fariz Namazlı Haradan: Bakı
09.05.2011 11:56


salam
hazırda uşaq pulu deyiıən müavinət yığışdırıldığına görə hər hansı müavinət ala bilməzsiniz, tək başına uşağı saxlasanız belə.
keçmiş həyat yoldaşınızdan uşaq üçün onun əmək haqqının1/4 hissəsi miqdarında aliment ala bilərsiniz.

________________________________________
Sual Kimdən: sabir Haradan: gəncə
04.05.2011 20:56


Polisin göndərişi əsasında ekspert həkim şikayətçini nevropotoloqa müayinə üçün göndərir, nevropotoloq şikayətçiyə qapalı-kəllə beyin zədələnməsi, beyin silkələnməsi diaqnozu qoyur. Ekspert həkim şikayətçidən tələb etdiyi pulu ala bilmədiyindən diaqnozu təsdiq etmir. Şikayətçi hansı zəruri hərəkətləri etməlidir, kimə və necə müraciət etməlidir?
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
04.05.2011 22:34

Çox güman ki şikayətiniz əsasında cinayət işi başlanılıb. Əgər aparılan ekspertizanın nəticələrinə şübhə edirsinizsə, o zaman Cinayət Prosessual məcəlləsinin 267.2-ci maddəsinə əsasən, təkrar ekspertizanın aparılmasını müstəntiqdən xahiş edə bilərsiniz. Və əvvəlki ekspertiza rəyi ilə tanış olarkən protokolda öz etirazınızı yaza bilərsiniz.

Sual Kimdən: Natiqz
25.07.2011 18:03


Salam Fariz müəllim.Zehmet olmasa mene izah edərdiniz bakı şəh appelyasiya məhkəməsinin qanuni qüvvəyə minmiş qərarını 1 ildən sonra Ali məhkəmə ləğv edə bilərmi? Onu da deyim ki qərarın cavabdeh tərəfindən vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi hissəsi tam icra olunubdur.İcradan təqribən 10 ay sonra cavabdeh Ali Məhkəməya muraciət edib esas da onu gostərib ki qərarı almayıblar,ancaq qərarı alması ilə baglı elimizdə rəsmi məktub var.

Sag olun
Rizvan

Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
26.07.2011 02:23


Salam
Məhkəmə qərarından (qətnaməsindən) şikayətlərin verilməsi üçün nəzərdə tutulan müddətin buraxılmasını məhkəmə üzrlü hesab edib qərardad çıxararsa həmin qərardaddan 10 gün ərzində şikahyət verə bilərsiniz .
Cavab
Sual Kimdən: Velisoy Haradan: Naxcivan
28.07.2011 04:51


Fariz müəllim,Appelyasiya məhkəməsinin hakiminin müddətin bərpası ilə bağlı qərardadı yoxdur.Ancaq Ali Məhkəmə kasasiya şikayətini təmin edib, amma bizim buraxılmış müddəti bərpa etmədən şikayətə baxılmaması ilə bağlı vəsadəti təmin etmədi.Konstitusiya məhkəməsinə müraciət ücün bu hal əsasdırmı,Ali Məhkəmənin qərarını ləvğ etmə baxımından?
Sag olun.
Rizvan
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
30.07.2011 15:03


Eger qarsi teref qerari tam icra edibse, demek ki qerardan xeberi olub, eks halda qerari icra etmezdi .
Ali mehkeme hele ki mahiyyeti uzre baxmayib o ancaq muddetle bagli mesleeye baxib.


Sual Kimdən: Hacıyev Fikrət Haradan: Gəncə Dövlət Universiteti
10.08.2011 00:45


Salam. Mən Qarabağ müharibəsi veteranıyam və Gəncə Dövlət Universitetində işləyirəm. Göygöl şəhərində 20 ildən çoxdur yaşadığım və qeydiyyatda olduğum evi 3 il əvvəl vəfat edən adamın adından vəsiyyətnamə ilə öz adıma çevirmək üçün məndən 500 manat rüşvət istədikləri barədə bir ildən çocdur ki, Respublika Prezidentinin rəsmi saytına, müxtəlif dövlət orqanlarına (o cümlədən 161 xidmətinə) dəfələrlə şikayət etmişəm. Bir il ərzində etdiyim şikayətlərin yeganə nəticəsi əmlak komitəsindən bu yaxınlarda aldığım məktub oldu. Məktubda bildirilir ki, AR Qanunun 15.1.1-ci maddəsinə əsasən 06.07.2010 tarixində dövlət reyestrindən arayışın verilməsindən imtina edilmişdir (icazə sənədləri olmadan özbaşına tikinti işləri aparıldığı səbəbindəm) və Xidmətin Gəncə Ərazi İdarəsinin əməkdaşları haqqında müraciətdə göstərilən qeydlər öz təsdiqini tapmamışdır.
Bu haqda mənə rəsmi məlumatın bir ildən sonra verilməsi və mənə 23.06.2010 tarixində adı çəkilən arayışı almalı olduğum haqqında qəbz verildiyini nəzərə alsaq, bu qərarın sadəcə rüşvət faktını cizlətmək cəhdindən başqa bir şey olmadığı aydın olur. Belə çıxır ki, əgər mən 23.06.2010 tarixində tələb olunan 500 manat rüşvəti versə idim, onda sakitcə arayışı alıb gedərdirm və 06.07.2010 tarixli bədnam qərar isə işıq üzü görməzdi. Dünyada analoqu olmayan daha bir fakt, korrupsiya ilə əlaqəli şikayəti rüşvət tələb edən təşkilatın özü araşdırır və şikayətçiyə ir ki, əməkdaşları haqqında göstərilən qeydlər öz təsdiqini tapmamışdır (maraqlıdır bəs Prokurorluq orqanları nəyə lazımdır).
Hörmətli Vəkil, rüşvətlə bağlı şikayətin haqqında şikayət olunan təşkilat tərəfindən araşdırılması hüquqi cəhətdən nə qədər doğrudur?
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
21.08.2011 12:22


Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsüinə görə, Vətəndaşların şikayətlərini baxılmaq üçün qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə göndərmək qadağandır.
Əgər sizin göndərdiyiniz şikayəti hərəkətlərindən şikayət etdiyiniz quruma göndərirlərsə və o bu şikayəti araşdırıb sizə irsə, hər iki qurumun hərəkətlərindən məhkəməyə müraciət edə bilərsiniz .
eyni zamanda cinayət işinin qaldırılmasına dair şikayət ərizəsi ilə hüquq mühafizə orqanlarına müraciət etmisinizsə, şikayət ərizəsi əsasında cinayət işlinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməyibsə, sizə sadəcə məktubla iblərsə, onun hərəkətlərindən məhkəmə nəzarəti qaydasında məhkəmə şikayət verə bilərsiniz.

________________________________________
Sual Kimdən: Natiqz
05.08.2011 20:13


Salam Fariz müellim!
Əgər polis müstəntiqi qəsdən (istəməyə hazırlaşdığı rüşvətin faiz söhbətinə getmədiyimiz üçün,əlavə olaraq yol pulu 500 manata boyun olmadığımız üşün ) araşdırma aparmırsa ,vaxtında verilən saxta arayışları materiala əlavə etmirsə, cinayətə əl atmışları məsuliyyətdən azad edirsə, 4 cinayət işinin başlanması haqqında rədd qərarını çıxarırsa dərdimizi kimə deyək?
Bu haqda PA-na və bütün hüqüq mühafizə orqanlarına müraciət etmişik.
Xahiş edirik ədalət və qanunun aliliyi uğrunda kömək göstərin.
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
14.08.2011 14:05


Əgər bir iş üzrə 4 dəfə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edirlərsə, işə baxan aidiyyatı polis idarəsinin müstəntiqlərinin həmin işi araşdırmasına etiraz edib, işin başqa ərazi üzrə araşdırılmasını tələb edə bilərsiniz .
________________________________________
Sual Kimdən: Natiqz
25.07.2011 18:10


Hörmətli Fariz müellim!
Hüquq mühafizə orqanları əməkdaşları Cənab Prezidentin Fərmanını pozmuş,saxta səndlər tərtib edərək istifadə edən ,özünü vəzifəli şəxs kimi göstərən və 20 nəfərə yaxın insana qarşı dələduzluq edən şəxslərə qarşı cinayət işi açmirlarsa biz dərdimizi kimə deyək? İki dəfə PA-a ,Baş prokrorluğa isə sayı hesabı yoxdur.
Hansı orqana müraciət edək?Azərbaycan Respublikasında elə bir orqan qalmayıb.
Xahiş edirəm kömək edin! Ədalət,insanlara kömək naminə!
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
02.08.2011 22:22


əgər cinayət işinin başlanılması barədə verdiyiniz ərizəyə baxılmırsa bu halda həmin orqanın hərəkətsizliyindən məhkəməyə şikayət verə bilərsiniz və məhkəmədən ərizədə göstərilən faktları araşdırmaq vəzifəsinin həmin qurumun üzərinə qoyulmasını tələb edə bilərsiniz.
________________________________________
Sual Kimdən: Natiqz
25.07.2011 18:04


Fariz müəllim əgər polis və prokurorluq orqanlarının bəzi korrupsioner və rüşvətxor əməkdaşları cinayət törətmiş şəxsləri cinayət məsuliyyətindən azad edirlərsə, (yəni 4 dəfə polis müstəntiqi tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, 3 dəfə isə bu iyrənc qərarlar prokurorluq orqanlarında ləğv edilmişdi.)xahiş edirəm deyin biz nə edək?
Xahiş edirik bir daha dələduzluğun qurbanlarının müdafiəsi üçün əlinizdən gələn köməkliyi əsirgəməyin.

Yusifli Nüsrət Həsrət oğlu və qeyriləri.
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
26.07.2011 02:28


Əgər işin araşdırıldığı idarə müstəntiqlərinin işin düzsgün aparılmadığı nəticəsinə gəlmisinizsə, işi aparan müstəntiqə etiar edə bilərsiz və işin başqa rayon ərazisində araşdırılmasını tələb edə bilərsiniz.


Sual Kimdən: Tolik Cekli
15.10.2011 18:21


Horm'tli v'kil? rw.v't' sovq etdikd' bir n'f'r h'r hans; birini o, diktafonla yazdığı məlumatı subut və fakt kimi istifadə edə bilərmi? Vəzifəyə keçirmək uçun məndən aldiqları 1500 AZN ala bilmirəm geri.Mən onlara subut edə bilmirəm. Bu dərddə olan tək mən yox, bashqaları da var.
Cavab
Kimdən: Fariz Namazlı Haradan: bakı
17.10.2011 17:48


Salam
təəssüf ki, əldə etdiyini diktafon yazısı qanuna zidd əldə olunmuş sübut növü sayılır, onun istintaqda yaxud məhkəmədə istifadə edilməsi qanunla qadağan olunur.

________________________________________
Sual Kimdən: allahverdi_72 Haradan: Masazır qəsəbəsi
27.09.2011 17:25


Salam. Abşthjy İcra Hakimiyyətinə 15.08.2011 şikayət ərizəsi ilə müraciət etmişəm. Amma bu günə kimi İcra Hakimiyyətindən bir səs-səmir çıxmayıb.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə də ünvanlamışdım.
Baş prokurluqda ərizə 09/1296511 nömrəsi ilə qeydə alınıb və 22.08.2011-ci il tarixində cavab məktubu mənə göndərilib. Müraciətə baxılması üçün Abşeron rayon İcra Hakimiyyəti başçısının Aparatına göndərilib.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzi əraziyə baxış keçirib, akt bağlayiblar və mənə 25/26-00245 nömrəli məktubunda lazımı tədbirlərin görülməsi üçün Abşeron rayon İcra Hakimiyyətinə 07.09.2011-ci il tarixli, 25/22-00242 saylı məktub ünvanlandırdıqların bildiriblər.

Lakin Abşeron rayon İH indiyədək heç bir qrumdan və heç Sual Kimdən məktub almadığını iddia edir.

Xahiş edirəm deyin görək bu vəziyyətdə nə edək?
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
02.10.2011 23:31


Salam
əgər siz hansısa cinayət faktının araşdırılmasını xahiş edirsizsə o zaman yaxşı olar ki onu aidiyyatı quruma göndərəsiniz. Yəni ya polis, ya prokurorluq orqanı, yaxud korrupsiyayla bağlıdırsa Korrupsiyaya qarşı mübarizə idarəsinə cinayət işinin başlanmasına dair Ərizə ilə müraciət edin. Bu halda həmin qurumlar həmin şikayəti icra hakimiyyətinə göndərə bilməzlər, onların səlahiyyətinə aiddirsə özləri araşdırıb qanunla müəyyən edilmiş qərarlardan birini qəbul etməlidir. yənmi ya cinayət işi başlanmalı, ya cinayət işinin başlanması rədd olunmalı, yaxud .ərizə aidiyyatı üzrə göndərilməlidir.
yaxud sizin şikayət birbaşa icra hakimiyyətinin səlahiyyətinə aid məsələ ilə əlaqədardırsa və siz də icra hakimiyyətinə və digər orqanlıaraq şikayət etmisizsə və icra hakimiyyəti şikayəti araşdırmaq istəmirsə, o zaman onun hərəkətlərindən inzibati iqtisadi məhkəməyə şikayət verə bilərsiniz ..
________________________________________
Sual Kimdən: Natiqz
02.11.2011 22:55


Salam.Men xarici olkeye Fransaya kocmek isteyirem yoldasim Fransa vetendasidir .Mene hansi senedler ve umimiyyetle neler teleb olunur menim fransaya kocmeyim ucun.Sizden xahis edirem mene bu barede etrafli melumat veresiniz.

Sara İbrahimova
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
04.11.2011 22:53


Salam .
Fransada hansı qaydada yaşayacaqsınız, ora neçə gün ərzində qeydiyyata düşəcəksiniz, Bu məsələlər Fransa qanunvericiliyi ilə tənzimlənir . ona görə yaxşı olardı ki siz Fransanın Azərbaycandakı səfirliyinə müraciət edəsiniz .

________________________________________

Sual Kimdən: Hacıyev Fikrət Haradan: Gəncə Dövlət Universiteti
26.11.2011 01:56


Kafedra müdirimdən TN qaynar xəttinə və Respublika Prezidentinin rəsmi saytına müraciət edib, rüşvət vermədiyimə görə təqib və təhqirlərə məruz qaldığımı bildirmişdim. Ancaq Prezidentə müraciət etdikdən bir gün sonra, kafedra müdirimlə mübahisə etdik və mübahisə zamanı mən onu rüşvətxor olduğu üçün tutdurmaqla hədələdim. Bu söxlərimdən heç yarım saat da keçməmiş "təsadüfən" dərs vaxtı telefonuma təhqiredici mesaj gəldi.Mesajın "işverən" sözü ilə başlaması (qalan hissəsini yazmaq mümkün deyil)bu təhqirin də kafedra müdirim tərəfindən təşkil olunduğunu sübut etdiyini düşünürəm. Ancaq polisə ərizə ilə müraciət etdikdə bildirdilər ki, zəng edən tələbə günahı öz üzərinə götürsə və heç kim tərəfindən öyrədilmədiyini iddia edərsə sadəcə 50 manat cərimə ilə cəzalandırılacaq. Kafedra müdirimin artıq 8 ilə yaxındır ki, məni təqib və təhqir etdirdiyini və bu haqda dəfələrlə hüquq mühavizə orqanlarına şikayət etdiyim nəzərə alınsa, bu şəxslər qanun üzrə hansı cəzaya məhkum oluna bilər?
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
27.11.2011 19:50


Sizin kafedra müdiri tərəfindən təhqir və təqib olunmağınızla bağlı sübutlar olmalıdır. Onun yalnız sizə təhqiredici mesajlar yazması hələ cinayət işinin başlanması anlamına glmir. çünki təhqir cinayətinin tərkibinin yaranması üçün təhqirin 2 və ya daha çox şəxs arasında edilməsidir. o cümlədən hansısa təqib olarsa, məsələn bu təqib ictimai təhlükəli olarsa və real olarsa o zaman hansısa cinayətdən və cəzadan danışmaq olar .
________________________________________
Sual Kimdən: ALİ AZERİ Haradan: BAKI
24.11.2011 01:12


SALAM
2009 APREL AYINDA MASIN BASKA MAIN TEREFINDEN ARXADAN VURULDU. MEHKEME QERAR CIXARDI IKI NEFER 2600 MANAT VERSIN 2010 MARTA AYINDA 1000 MANAT ALDIM 2011 NOAYBIR AYINDA 1000 MANATI ALDIM HELEDE 320 MANAT DAHA ALMALIYAM.DUZ 3 İLDİ QALMIŞAM BUNLARIN ELINDE .İNDİ MEN BU ADAMLARDAN VE ICRACILARIN BU İŞİ 3 İLDİ HELL EDEBILMEMELERINE GORE NE EDEBILERIM.AXI MEN O PULLA 3 İL NE İSE EDEBILERDIM BANKA QOYSAM XEYLAX XEYIR GOTURERDIM .MENE BU VEZIYETTE NE MESLEHET GORERSINIZ. KOMPENSASIYA KIM NE EDEBILERIM .COX SAGOLUN
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
25.11.2011 17:42


Salam.
Əgər məhkəmə qərarı icra şöbəsinin əməkdaşları tərəfindən icra olunmursa və icraçılar vəzifəsinə səhlənkar yanaşırsa, o halda onların hərəkətindən yaxşı olar ki əvvəl Ədliyyə Nazirliyinin İcra baş idarəsinə, daha sonra məhkəməyə şikayət edə bilərsiniz. Bu halda siz məhkəməyə müraciət edəcəyiniz halda sizə vurulmuş mənəvi ziyanın ödənilməsini də tələb edə bilərsiniz.
________________________________________
Sual Kimdən: ZƏRİFƏ Haradan: BAKI
22.11.2011 12:21


Salam.Mən bilmək istərdim ki, ruhi-əsəb disponserində qeydiyyatda olan,II qrup əlilliyə görə təqaüd alan şəxs dövlət idarə, müəssisə və ya təşkilatında hər hansı bir vəzifədə çalışa bilərmi?
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
25.11.2011 17:38


Salam.
Bəzi dövlət idarələri var ki, ora işədaxil olma zamanı ruhi-əsəb xəstəlikləri dispanserindən qeydiyyatda olub olmamaq haqqında arayış tələb olunur və təbii ki əgər şəxs II qrup əlildirsə və bu əlillik onun dövlət idarəsində işləməsinə hər hansı maneə olarsa, o halda onun işə girməsinə qadağa qoyula bilər.

________________________________________
Sual Kimdən: Anonim
21.11.2011 23:13


Salam!
31.11.2011-ci il tarixində ailə qurdum. Gəlin bakirə olmadı. Həmin gün iş aşkarlandı və qız adıyla gıtirdiyim gəlinim nə özü bakirə olmadığını hər kəsin içində toyun səhəri etiraf etdi. Mən insanlıq edib onu qəbul etdim. Bu gün isə artiq toydan 21 gün keçir qaynanam qızını aparmağa çalışır və məni hədələyir ki, qızım evinə bakirə gəlib.
Xahiş edirəm kömək edin, necə edim.Boşanma zamanı mən hansı iddia edə bilərəm-nə kimi hüququm var.Yaxud əks tərəf məni necə günahlandıra bilər.
Qeyd:
1. Nəzərə alın ki, qız özü etiraflarını toy gecəsinin səhəri yazılı mənə verdi. Həmçinin xalası oğlu tərəfindən zorlandığını da qeyd edib.
2. Həmçinin qızın kiçik məktəbli bacısı 2 il öncə şübhəli şəkildə həmin xalasının evində özünü asmışdı.
3. Qaynanamın öz qızlarını bilərəkdən məhv etməsi şübhə doğurur.
Mənə yol göstərin. Belə cinayətkar qadını yerində oturtmaq lazımdı. Neyləyim?
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
22.11.2011 14:18


Salam.
Boşanmaq üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edirsiniz.
İddia ərizəsinə
- nikah haqqında şəhadətnamənin surəti (notarial qaydada təsdiq olunmuş)
- yaşayış yerindən arayış (həm sizin, həm onun)
-dövlət rüsumunun ödənilməsinə dair qəbz (5 manat)
.
amma yoldaşınız əgər özü boşanmağa razıdırsa, məhkəməyə iddia verməyə ehtiyac yoxdur, VVAQ idarəsinə hər ikiniz ərizə verərək boşana bilərsiniz .
Bu işin sizə qarşı hər hansı problemi olmayacaq ..

________________________________________
Sual Kimdən: Habil
10.11.2011 22:52


salam menim sizden bir xaisim var oda ki mekteble baglidir. men lacin r-n 127 sayli texniki pese mektebinin 2 ci kursunda oxuyuram ama meni muellim bu gub mektebden cixartdi ozde sebebsiz mektebe verdiyim senedleride qeri vermirler eger meni mektebden cixardibsa senetlerim niyeonlarda qalmalidir ki hemde ki bu mekteb oz badinadir cunki dovlet bize orda oxumaq ucun nevacib verir bunlar ise o pullardan ozlerine gotururler mene komek ede bilersiz?
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
19.11.2011 22:07


Salam
yaxşı olar ki siz təhsil nazirliyinə şiakyət ərizəsi ilə müraciət edəsiz və məktəbdən qovulmağınızın qanunsuzluğunu bildirəsiniz və sənədlərin geri qaytarılmasını tələb edəsiniz . eyni zamanda peşə məktəbinin rəhbərliyinə yazılı ərizə ilə müraciət edəsiniz .
Əgər siz peşə məktəbindən qovulmağınızı qanunsuz hesab edirsinizsə, o halda məhkəməyə ümraciət edə bilərsiniz.

Sual Kimdən: Shahin Rzayev
23.02.2011 15:33


Salam,

Sizi narahat eden siravi Azerbaycan vetendashi Shahin Rzayevdir. Bele bir sualim var:

- Eger vetendashla MTK arasinda muqavile esasinda (Paychi qisminde chixish eden vetendash olmaqla) menzil deyeri tam odenilmek sherti ile alinirsa ve muvafiq odenishi tesdiq eden MTK-nin medaxil qebzi varsa, bu anlashma qanunsuz sayila bilinermi? Bele ki, menzil podratchi shirketden alinib ve vesait onlara odenilib, sadece muqavile ve medaxil qebzi vetendasha menzilleri tiken MTK terefinden verilib ve notarial qaydada qeyde alinmayib, bele ki, menzil alinan zaman tikilme merhelesinde idi. Yeni demek isteyirem ki, eger gelecekde podratchi ile MTK arasinda problem yaranarsa, vetendash bundan zerer gore bilermi?

Onceden minnetdaram,
R. Shahin

Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
04.03.2011 15:51


Podratçı ilə MTK arasında yarana biləcək hər hansı mübahisəyə görə mənzil alan vətəndaş məsuliyyət daşımır. MTK ilə vətəndaş arasında bağlanan müqavilə notarial qaydada təsdiq olunmur, ona görə də sizin MTK ilə aranızda olan anlaşma qanunsuz sayıla bilməz.
----------------------------

Sual Kimdən: Gunel aliyeva
05.03.2011 15:56


Salam vekil, size 1 sualla muraciet etmek isterdim.
Men islediyim sirket xarici ozel sirketdir. Bu sirket tenderi uduzduguna gore mayin 1i baglanir. Her 1 isciye 3 ayliq kompensasiya verilecekdir. Men aprelin evveli analiq mezuniyyetine cixacam, bilmek isteyerdim ki, mene nece gunluk analiq mezunuiyyeti dusur ve mene de 3 ayliq kompensasiya dusur ya yox?
Hormetle,
Gunel

Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
06.03.2011 14:36


Əgər müəssisə ləğv olunursa, işçilərə işdən çıxma müavinəti və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir (Əmək Məcəlləsinin 77-ci maddəsi)
Məcəllənin 144.3-cü maddəsinə görə, Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.
Yəni müəssisə ləğv olunmaqla sizinlə bağlanan əmək müqaviləsinə xitam verilərəkən sizə anaklıq məzuniyyətinə görə pul əvəzi verilməyəcək

Fariz Namazlı
Media hüququ İnstitutu
hüquqşünas

________________________________________
Sual Kimdən: Nata Haradan: Baki
04.03.2011 21:33


Salam .Men sorusmaq isterdim ki, heqiqi hqrbi xidmetde olan ve hele ehtiyata buraxilmagina 6-7 ili qalmis zabit avtamatik olaraq xidmet etdiyi herbi hisseye ucota dusur? Ve onun ne vaxtsa evle temin olunmasi ne derece de realdir? Cox tesekkurumu bildirirem.
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
20.03.2011 13:17


Hərbi qulluqçu ehtiyatda olmanınm son yaş həddinə çatdıqda hərbi uçotdan çıxarılır.
"Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 13-1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri onların mülkiyyətinə bir dəfə pulsuz verilir.

------------------------------------

Sual:
Kimdən: kemale abdulla Şəhər: baki
men supermarketden bazarliq edirem.Dunen kassada qizin menim hesabimi almamish bashqa mushterilerinde erzaqlarini menim erzaqlarima qarishdirmasi mende biraz shubhe dogurdu.Eve gelende cekle erzaqlari yoxladimki gorum aldiqlarim yerindedir ya yox.Cekde 6man 11qepik mebleginde elave erzaq adi gordum ki men ele bir shey almamisham.Geri markete qayitdim,fikirleshdimki uzrxahliq ederler sehvleri ucun.ordaki veziyyet bashqa cur idi.soyuqqanliliqla ola biler dediler pulumu geri qaytarmagi hec fikirleshmediler.kameraniz var acin baxin gorek niye bele olub deyende az qaldilar meni borclu cixarsinlar.mende bele qenaete geldimki bu tesaduf deyil.Belkede hec birinci deyil ozlerinin dediyi kimi bashqa mushterilere qarshida olub bele hallar.kassa ceklerininde ustunde ne woin nomresi nede telefon nomresi var.bele cixmirmi bu kassa qeydiyyatda deyil?eker bunlar bele hallara tez-tez yol verirlerse demek bu menim 1-ci aldanmagimda deyil hec.mene maraqlidi bu barede cinayet mesuliyyeti varmi?men hara muraciet ede bilerem?evvelceden teshekkur edirem.

Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
Əgər alıcılara verilən çeklərdə VÖEn nömrəsi yoxdursa, bu nəzarət hesablama kassasından vurulan çek deyil. Ola bilər ki, siz qeyd etdiyiniz kimi həmin supermarket vergi ödənişlərindən yayınır. Bununla bağlı həmin supermarketin yerləşdiyi ərazi üzrə ərazi vergi idarəsinə müraciət edə bilərsiniz. Onların araşdırmasından sonra vergidən yayınma halı müəyyən olarsa, həmin supermarketin rəhbəri məsuliyyətə cəlb oluna bilər



Sual:
Kimdən: babek elibeyov
Salam .necesiniz???men sizden S?n?dl?rin leqalla?d?r?lmas? v? ya "Apostil" ?sulu il? t?sdiq edilm?si ???n Xarici Isler Nazirliyinde (Dovlet rusumu haqqinda Azerbaycan Respublikasinin qanuna esasen) teleb olunan dovlet rusumunun qiymetini oyrenmek isteyirem. Bu barede melumat verseniz size cox minnetdar olaram.....birde men rusumu hansi banka odeye bilerem? cunki X?N bunun ucun 20 azn isteyirler ve hemdeki X?N olan beynelxalq bankin kassasina odemeye gonderib qebiz verirler.lakin men bildiyime gore Azerbaycanda leqallasdirma-XIN 4 azn olmalidir...Evvelceden minnetdaram. Sag olun.....

Cavab
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
Salam
Dövlət rüsumu haqqında Qanunun 16.5-ci maddəsinə görə, Azərbaycan Respublikasında sənədlərin leqallaşdırılmasına görə dövlət rüsumu 4 manat, xarici ölkədə 50 ABŞ dollarıdır. Bu rüsumu istənilən bankda ödəmək olar.


Sual:
Kimdən: Elçin Şəhər: Bakı
Mənim sualım ondan ibarətdir ki, Avropa İnsan Haqqları Məhkəməsinə göndərilən şikayətin(28.10.2009)kommnikasiya mərhələsi nə vaxt başlayır?(şikayətin Avropa Məhkəməsinə çatması haqqında cavab məktubu da almışıq)
Çox sağ olun,
Hörmətlə:Elçin

Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: bakı
Avropa Məhkəməsində şikayətlər üzrə kommunikasiya mərhələsinin nə vaxt başlaması bilinmir. Bu 2 il də ola bilər, 1 il də yaxud daha uzun müddət.
Adətən işgəncə ilə bağlı şikayətlərə daha tez baxmağa başlayırlar, digər şikayətlərdə isə ərizəçilər uzun müddət gözləməyə mcəbur olur


Sual:
Kimdən: Femida Şəhər: Bakı
Üşağa qulluqla əlaqədar qismən ödənişli sosial məzuniyyətdə olan işçi ikinci uşağa görə sosial məzuniyyət və bununla bağlı müvafiq ödəmələrə dair işəgötürənə müracit edə bilərmi? Qanuna görə bu qayda necə tənzimlənir?

Əvvəlcədən təşəkkür edirəm.

Cavab
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
Qadına uşağı 3 yaşına çatanadək ona qulluğa görə məzuniyyətdə olduğu dövrdə digər uşaq üçün hamiləliyə və doğuşa görə məzuniyyət verilməsi zəruriyyəti yaranarsa, bu zaman uşağa qulluğa görə məzuniyyətin verilməsi barədə işəgötürənin əmri ləğv edilir və müavinətin ödənilməsi dayandırılır. Həmin tarixin sonrakı günü hamiləliyə və doğuşa görə məzuniyyətin verilməsi rəsmiləşdirilir və bu müddətdə qadına müəyyən olunmuş qaydada hamiləliyə və doğuşa görə müavinət verilir. Hamiləliyə və doğuşa görə məzuniyyətin başa çatdığı müddətin sonrakı günündən qadına uşaqlara qulluğa görə qismən ödənişli məzuniyyətin verilməsi yenidən rəsmiləşdirilir.

Sual:
Kimdən: uafaganja Şəhər: Gence

Salam Elil usaqlari olan ailelere qanunlar her bir sahe uzre *tibbi,sosial ve s) hansi guzeshtler vardir ve hansi Qanunlara esaslanir Saq olun

Cavab

Kimdən: Fariz Namazlı Şəhər: Bakı
Əlil uşaqların sosial müdafiəsi Uşaq hüquqları haqqında və Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında
Azərbaycan Respublikası Qanunlarında nəzərdə tutulur. Uşaq hüquqları haqqında Qanuna görə Sağlamlıq imkanları məhdud uşaqların novbədənkənar, müvafiq icra hakimiyyəti orqanı
tərəfindən muəyyən olunmuş qaydada tibbi, defektoloji və psixoloji yardım almaq hüququ vardır.
Dovlət bu uşaqların sosial və psixoloji reabilitasiyasına, imkanlarına uyğun təhsil almalarına, peşə secmələrinə, əməyə cəlb olunmalarına koməklik gostərir, uşaq sağlamlıq imkanları məhdudluğunun qarşısını almaq üçün müvafiq tədbirlər görür
Digər qanunda da əlillər üçün müəyyən güzəştlər nəzərdə tutulub. Məsələn, əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. I qrup əlillərə mənzillər növbədənkənar verilir. I qrup əlilə (əlillik səbəbindən asılı olmayaraq) qulluq edən şəxsin bu qulluq müddəti onun ümumi əmək stajına daxil edilir.
Dövlət əlillərin təhsil alması və peşə hazırlığı keçməsi üçün lazımi şəraitin yaradılmasına təminat verir.
Müvafiq icra hakimiyyəti orqanları sosial təminat və müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə əlil uşaqların və yeniyetmələrin məktəbəqədər təlim-tərbiyəsini, dərsdənkənar vaxtlarda tərbiyəsini, fərdi psixoloji-tibbi-pedaqoji və ya tibbi-sosial ekspert komissiyasının qərarına əsasən tədris proqramları üzrə məktəbəqədər, orta, texniki-peşə, orta ixtisas və ali təhsil almasını Azərbaycan, Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada təmin edirlər.
Əlillərin təhsili və peşə hazırlığı müxtəlif formalarda, o cümlədən evdə tədris formasında və fərdi dərs planları üzrə həyata keçirilir.


Sual:
Kimdən: Qurban Şəhər: Neftcala

Hörmetli:Vekil. Men neftcala rayonunda yashayiram.Bacim sosial veziyyetine göre iki az yashli ushaqi ile Baki sheherinde kirade qalaraq supurgeci ishleyirdi.Heyat yoldashi rehmete getmishdir.Yaver adli sexsin oglu cib avtomobili ile vuraraq hec bir yardim göstermeden hadise yerinden qacmishdir.Bacim kömeksiz qalaraq yerindece rehmete getmish.
Onun az yashli ushaqlari qaldi.Nizami rayon mehkemesi surucuye icbari ish verdiler.Biz ushaqlar ucun tezminat ödemeklerini isteyirik.Lakin buna mehkeme qanunsuz pul alaraq onlardan onlarin xeyrine hell etdi.Bu az yashli ushaqlar kimsesiz olaraq qaldilar.
Men sizden xahish edirem bize meslehet veresiniz nece etmeliyik.
Yaverin 5 nömreli xestexananin yaninda böyuk bir restorani var.O öz u zengindir mehkemeye pul verdi.Ushaqinida cixartdi.

Cavab

Kimdən: Fariz Namazlı Şəhər: Bakı
Mülki Məcəllənin 1121-ci maddəsi ailə başçısının ölümünə görə onun ailə üzvlərinə zərərin ödənilməsi qaydalarını müəyəyn edir. Maddəyə görə,
1121.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır:
1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər;
1121.1.2. şəxsin ölümündən sonra doğulmuş uşağı;
1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq;
1121.1.4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər.
..
1121.3. Zərərin əvəzi aşağıdakılara ödənilir:
1121.3.1. yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək;
1121.3.2. on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək;
1121.3.3. əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə - ömürlük;
1121.3.4. əlillərə - əlillik müddəti üçün;
1121.3.5. ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə - qulluq etdikləri on dörd yaşına çatanadək.

Sual:
Kimdən: Arife Şəhər: Baki Ehmedli
Hörmetli:Vekil cok teshekur edirem cavabiniza göre.Lakin bu mehkemeden menim xeberim yok hacan olub.Gizledilib menden.Mende hec bir qerar yoktur.Men sonradan bilmishem.Mehkemede sorushublar nece baci qardashsiniz.Qardashim söylemish 2-baci 1 qardash.Mehkemede buna esasen qerar vermish.Lakin 1 qardashimla menim adimi mehkemeden gizletmishler.Nizami rayon mehkemesi pul alaraq bunu etmish.

Cavab

Kimdən: Fariz Namazlı Şəhər: Bakı
Siz Nizami rayon məhkəməsinə yazılı ərizə ilə müraciət edin və göstərin ki, məhkəmənin qətnaməsini alın, əgər qərarı sizə verməsələr, o zaman məhkəmə hüquq Şurasına müraciət edin.
Qətnaməni aldıqdan 1 ay ərzində apellyasiya şikayətini göndərin və eyni zamanda apellyasiya şikayətinin buraxılmasının üzrlü hesab olunmasına dair vəsatət də verin.

Fariz Namazlı
Media hüququ İnstitutu
hüquqşünas
fariz_@mail.ru

Sual:
Kimdən: Milashka
Mecburi kockunem , dovlet ishine duzelmishem , emek haqqimizdan vergi tutulur. Tutulmamasi ucun hansi senedi teqdim etmeliyem ? qabaqcadan minnetdaram oxudugunuz uchun.

Cavab

Kimdən: Fariz Namazlı Şəhər: Bakı
Vergi Məcəlləsinin 102.4-cü maddəsinə görə, məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin gəlirlərindən vergi tutulmalı olan 55 manat məbləğində azaldılır.

Sual:
Kimdən: SÜLEYMANOVA NURAY Şəhər: BAKI
Salam!
Bir yaşlı qadin mene müraciet edib soruşur.
Men bilmek isteyirem ki, || qrup eliller Vaenni Abarona terefinden ayda neçe manat teqaüd alır?
EVVELCEDEN MINNETDARAM!

Cavab

Kimdən: Fariz Namazlı Şəhər: Bakı
sualı dəqiq yazmamısınız, çox güman ki II qrup müharibə əlilinə ödənilən təqaüdfün məbləğini soruşursunuz, II qrup əlil üçün bu təqaüd 70 manat təşkil edir.


Sual:
Kimdən: ALI Şəhər: BAKI
SALAM.HORMETLI VEKIL MEN IKI ILDI MASINIM VURULDUGUNA GORE MEHKEMELERDE SURUNUREM MEHKEMELR QERAR CIXARSADA ICRACILAR PULUMU ALIB VERE BILMIR.MEN UJE XESTELIK TAPMISAM GET GELDEN YORULMUSAM.SIZE SUALIM BELEDI MEN BU VEZIYETE DUSMEYIME GORE MENE ZIYAN VURMUS INSANLARIN MENE BU QEDER EZIYET VERDIGI UCUN VE YA AZERBAYCAN DOVLET ORGANLARI MENIM ISIME MESULIYETSIZ OLDUQLARI UCUN MENEVI TEZMINAT KOMPENSASIYA IDDIASI QALDIRA BILEREMMI.BELE BIR ISE BASLASAM AZERBAYCAN QANUNDA BUNA IMAKN VERECEKLERMI YOXSA MEHKEMELR USTUNE BIRDE MENI GUNAHKAR CIXARDARLAR.BU MESELEYE MUNASIBET BILDIRMEYINZI XAHIS EDIREM.DEMEK ISTEYIREM KI MEN HELEDE 2300 MANAT PULUMU BU BOYDA DOVLET ALIB VEREBILMIR.
HORMETLE ALI

Cavab

Kimdən: Fariz Namazlı Şəhər: Bakı
Əgər icraçılar məhkəmə qərarının icrası ilə bağlı tədbir görmürlərsə, o zaman siz icraçıların qanunsuz hərəkətlərindən məhkəməyə şikayət edə bilərsiniz və təbii ki, qərarın icra olunmamasına görə sizə vurulmuş ziyanın ödənilməsini tələb edə bilərsiniz. Bu həm maddi, həm mənəvi ziyan ola bilər.

Fariz Namazlı
Media hüququ İnstitutu
hüquqşünas

Sual:
Kimdən: ALI Şəhər: BAKI
HORMETLI FARIZ BEY
DEMEK ISTEYRISINIZ KI AZERBAYCANDA MENEVI ZIYANA GORE NEYSE TELEB ELEMEK OLARMI.BIR COX VEKILE SORUSDUM BIZIM QANUNLARDA BELE BIR SEY YOXDU DEDI
COX TESSEKUR EDIREM
HORMETLE ALI

Cavab

Kimdən: Fariz Namazlı Şəhər: Bakı
Azərbaycan qanunvericiliyi vurulmuş mənəvi ziyana görə kompensasiyanın tələb edilməsini nəzərdə tutur. Mülki Məcəllənin 221.1-ci maddəsinə görə, Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
Konstitusiya Məhkəməsinin zərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin də mövcudluğu müəyyən edilib.
Eyni zamanda Ali Məhkəmənin Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli qərarında da mənəvi zərərin əvəzinin ödənilməsi qaydaları müəyyən olunub.
Göründüyü kimi, qanunvericilikdə vurulmuş mənəvi zərər görə kompensasiyanın ödənilməsi qaydaları göstərilib, problem yalnız məhkəmələrin bu ziyana görə iddiaları təmin etməməsidir.

Fariz Namazlı
Media Hüquqları İnstitutu
hüquqşünas

Sual:
Kimdən: Azeri oglu. Şəhər: Baki
Salam hormetli vekil.
Meni bele 1 sual narahat edir.
Men elm ishchiyem.Ishlediyim yerde men elmi qrantlarda ishtirak edirem.
Bu il yeni qrantda ishtiraka bashladim.gorduyum ish muqabilinde men pul verilir.Pul ise mene verilen mashimin pul kartina muhazibat shobesinde dovlet mashimla brge verilir.Bu zamn menim mashimla birge qrantin pulundanda dovlet rusumu tutulur .BU NE QEDER QANUNUDUR>MUMKUNSE qanunu genish ve maddesile yazin.

Cavab

Kimdən: Fariz Namazlı Şəhər: Bakı
elmi qrantda iştirak məsələsi fərqli ola bilər, dəqiq yazmamısız ki hansı qaydada iştirak edirsiniz? Ola bilər əmək haqqına əlavə formasında həmin məbləğ sizə verilir, yaxud ayrıca müqavilə bağlanır.



Sual:
Kimdən: ALI Şəhər: BAKI
SALAM.MENIM PROBLEMIM VAR DOGRUSU BU IKI ILDI MENIM BASIMA BELADI.BAKI APELASYA MEHKEMESININ 26/02/2010 CU IL TARIXLI 2(103) 667/2010 SAYILI QETNAMESI ILE QISMEN DEYISDIRILMIS VE DIGER HISSEDE QUVVEDE SAXLANILMIS SURAXANI RAYON MEHKEMESININ 04.09.2009 CU IL TARIXLI 2(010)-1593/2009 SAYILI QETNAMESINE ESASEN MENIM XEYRIME CAVABDEHLER SEMISTAN VE ALMAZ MUSTEREK QAYDADA DEYMIS ZIYAN 2 294 MANAT MEBLEGINDE PUL TUTULMASI QET EDILMISDIR.YUXARIDA YAZDIGIM KIMI HER SEY ACIK ASKAR OLMASINA BAXMAYARAQ HELEDE MEN BU MEBLEGI IKI ILDI ALABILMIREM .ICRACILAR OZ VEZIFELERINI YERINE GETIRMIR VE MEN BU VEZIYETTE NE EDIM CARESIZ QALMISAM .MENE YOL GOSTERMEYINIZI XAHIS EDIREM.
MENE DEYILEN BIR SEYIDE YAZIM MEHKEME ICRACILARI DEYIR KI 19.02.2010 TARIXINDE 1000 MANAT MEBLEGINDE PUL VESAITI SURAXANI RAYONU Mİ SOBESININ DEPOZIT HESABINA GOYULUB.AMA MARAGLI SEYDI KI MEN BU PULU DA HELEDE ALABILMIREM .KAPITAL BANKDA OZ ADIMA TEZE HESAB ACTIM KI ORA KOCURSUNLER PULU AMA ONU BILE ALABILMIREM
XAHIS EDIREM MENE BU MESELEDE YARDIM EDESINIZ.TESEKKUR EDIREM
HORMETLE ALI

Cavab

Kimdən: Fariz Namazlı Şəhər: Bakı

Yaxşı olar ki, siz qətnaməni icra edən icraçı qrupuna yazılı şəkildə ərizə ilə müraciət edəsiniz və qətnamənin icra olunmasını tələb edəsiniz. O zaman sizə rəsmi qaydada cavab verəcəklər və həqiqətən depozitə pulun qoyulub-qoyulmaması məlum olacaq, yaxud icraçıların hərəkətlərinin qanunsuz olduğunu iddia edirsinizsə, o halda Ədliyyə Nazilriyinin İcra Baş idarəsinə müraciət edə bilərsiniz. Əgər bu hallarda sizin müraciətlərə cavab verilməsə, yaxud tələbiniz təmin olunmasa, o zaman icraçıların qanunsuz hərəkətlərindən məhkəməyə şikayət verə bilərsiniz

Fariz Namazlı
Media Hüququ İnstututu
hüquqşünas


Sual:
Kimdən: Emzar AMEAdan Şəhər: Baki
Salam hormətli vəkil.Mən AMEAda elmi işçi işləyirəm.Bu yaxınlarda 1 qrant layihəsində iştiraka başlamışam.Men bilmek istərdim qrantdan aldığım puldan hasi rüsum tutula bilər.onuda deyim qrant dovlet terefinden verilir.

Cavab

Kimdən: Fariz Namazlı Şəhər: Bakı
Əgər sizə verilən qrantdan gəlir əldə edirsinizsə, gəlir vergisi verməlisiniz

Sual:
Kimdən: Rövşanə Şəhər: Bakı şəhəri
Məhkəmənin qətnaməsi ilə mənə dəyən zərərin əvəzi cavabdeh tərəfindən naturada eyni növlü və keyfiyətli əmlakla iddiaçı kimi mənə ödənməlidir.Lakin aylardır Rayon İcra şöbəsi Məhkəmənin İcra Vərəqəsini müxtəlif bəhanələrlə icra etmir.
İndi mən onların hərəkətsizliyindən ərizə ilə məhkəməyə müraciət etmək istəyirəm.
Soruşuram “mən məhkəməyə konkret olaraq hansı tələbi qoymalıyam”. sağ olun

Cavab

Kimdən: Fariz Namazlı Şəhər: Bakı
xüsusi iddia icraatı qaydasında vəzifəli şəxsin hərəkətsizliyindən şikayət verirsiz məhkəməyə və sonda tələb hissədə icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab olunması və onun üzərinə məhkəmə qətnaməsini icra etmək vəzifəsinin qoyulması tələbini yazırsınız. Bu halda Mülki prosessual məcəllənin 296-300-cü maddələrinə istinad edirsiniz.

Fariz Namazlı
Mdia Hüququ İnstitutu
hüquqşünas


Sual:
Kimdən: Gulare Şəhər: Baku
10.10.2010 19:44 Salam. Mənə maraqlədır: Evi kirayə verək istəyirəm. Buna gorə vergi ödəməliyəmmi? Hara müraciət etmək lazımdir? Nə qədər?
Təşəküür edirəm

Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
01.11.2010 12:35 Evi kirayə vermək istəyirsinizsə yaşadığınız yer üzrə vergi orqanında qeydiyyatdan keçməlisiniz. Bunun üçün vergi orqanına uçota alınmanız məqsədi ilə ərizə ilə birlikdə şəxsiyyətinizi təsdiq edən sənədin sürətini və yaşadığınız haqqında məlumatı təqdim edirsiniz. Vergi orqanı ərizə daxil olduğu gündən sonrakı 2 gün müddətində qeydiyyatı həyata keçirməli və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnamə (VÖEN) verməlidir. Uçota alınma ödənişsiz həyata keçirilir.
Əgər evi kirayəyə verirsinizsə, sadələşdirilmiş vergi üzrə uçota durursunuz. Sadələşdirilmiş vergi təqdim edilmiş işlərə, xidmətlərə sizin əmlakın kirayəyə verilməsindən əldə etdiyiniz vəsaitin məbləğindən Bakı şəhərində 4 faiz, Digər şəhər və rayonlarda, Naxçıvan Muxtar Respublikasında 2 faiz üzrə müəyyən olunur.
Əgər evi obyekti kimi icarəyə verirsinizə o zaman Gəlir vergisi ödəmələsiniz. Bu halda gəlir vergisinin məbləği vergi tutulan aylıq gəlirin məbləği 2000 manatadək olduqda 14 faiz, 2000 manatdan çox olduqda 280 manat + 2000 manatdan çox olan məbləğin 30 faiz müəyyən olunur.

Fariz Namazlı
Media Hüququ İnstitutu
hüquqşünas


------------------------------------------------

Sual:

Kimdən: Rauf Şəhər: Bakı
30.10.2010 17:39 Hörmətli ekspert,
yeni tikilmiş binaların qazlaşdırılması ilə bağlı bir sual vermək istərdim. Binanın istifadəyə verilməsindən bir neçə il ötməsinə baxmayaraq, sakinlərə qaz verilmir. MTK rəhbərliyi bu istiqamətdə çalışdığını, lakin onlardan rüşvət istənildiyini bildirir. Bu qaydada sakinlər hər qışı soyuq mənzillərdə keçirir. Bundan əlavə, bina rəsmi təhvil verilmədiyi üçün sakinlərə mənzillərin kupçası da verilməyib. Bilmək istərdik ki,
* Ümumiyyətlə, bu məsələdə cavabdeh MTK və ya hansı dövlət qurumudur?
* Bu barədə şikayətlə hansı instansiyalara müraciət etmək olar?

Əvvəlcədən minnətdaram

Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
01.11.2010 12:42 Sizi MTK ilə bağladığınız müqavilədə mənzilin sizə tam kommunal şəraitə uyğunlaşdırıldığı barədə müddəa varsa, yəni MTK sizə istilik, qaz və su təchizatı ilə təmin etməyi öhdəsinə götürübsə o zaman Siz MTK-ya qarşı iddia qaldıra bilərsiniz.

Fariz Namazlı
Media Hüququ İnstitutu
Hüquqşünas

-------------------------

Sual:

Kimdən: Aysen Şəhər: baki
10.10.2010 19:41 salam. bilmek isterdim. iddiaya elave menevi iddia erizesini baxilmadan cavabdeh rettedib menim erizeme baxilsin dediyinde mehkeme reddedilmelimi? yoldasim samaxiya qeydiyatdadir,vekaletnamesini valideyinine verib,yoldasim ve valideyinleri 3-de cavabdehdir.cavabdeh cavabdehin yerine cavab vere bilermi?yoldasim mehkemede istirak etmesi ucun ne ede bilerem

Cavab:
Kimdən: Fariz Namazli Şəhər: Baki
29.10.2010 15:54 Etibarnamə ilə səlahiyyətləri müəyyən olunmuş şəxs etibar edənin əvəzinə məhkəmədə çıxış edə bilər. Əgər oğul ilə atanın hüquqi mövqeyi arasında ziddiyyət yoxdursa, o zaman bir cavabdehin digər cavabdehə etibarnamə verməsində hər hansı qanunsuzluq yoxdur.

Menevi ziyanla bagli iddia erizenize elaveni mehkeme yekunda ish uzre toplanmish subutlara qiymet vererek hell edir
Fariz Namazlı
Media Hüququ institutu
hüquqşünas
fariz_@mail.ru

--------------------------------------------

Sual:

Kimdən: Abiyeva S Şəhər: Bakıdan
10.10.2010 19:41 Salam. Məni narahat edən bir sualım var. Bilmək istəyirəm, əgər bir uşağın atası məhbusdursa,o polis orqanlarında işləyə bilməz və nəyə görə o atasının günahını ömrü boyu daşımalıdır?

Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
23.10.2010 14:27 Salam
Daxili işlər orqanlarında xidmət keçmə haqqında ƏSasnamənin tələblərinə görə, İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə yol verdiyi ciddi nöqsanlara, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, xidmətə tam yararsız olmasına, ləyaqətsiz hərəkətlərə görə daxili işlər və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər daxili işlər orqanlarında xidmətə qəbul oluna bilməzlər.
Burada xidmət keçmək istəyən şəxsin atasının məhkum olması məsələsi öz əksini tapmayıb, lakin Daxili işlər orqanları şəxsin işə qəbulunda bu amili də nəzərə alırlar qanunda nəzərdə tutulmasa da

Fariz Namazlı
media HÜququ İnstitutu
hüquqşünas

---------------------------------------------------
Sual:

Kimdən: Natiq
10.10.2010 19:41 SALAM SIZI MEN KIEV SHERINDEN NARAHAT EDIREM. MENIM BU SUALIMA COX XAISH EDIREM AYDINLIG GETIRESIZ. EGER AZERBAYCAN VETENDASHI AZERBAYCANDA 2 DEFE ONA HOKM OXUNUBSA 1 CI DEFE XULIGANLIG 2 CI DEFE NARKOTIK BELE BIR VETENDASHIN HERBIDE YERI VAR? TEVELLUDU 1976. SIZDEN COX XAISH EDIREM SUALIMI CAVABLANDIRASIZ EVVELCEDEN TESHEKKUR EDIREM!
HORMETLE NATIQ.

Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
22.10.2010 10:36 Hərbi xidmətə çağırışın əsasları haqqında Qanunun 21-ci maddəsinə görə, Dinc dövrdə ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər. bundan əlavə, aşağıdakı şəxslər müddətli həqiqi hərbi xidmətə çağırılmırlar:
a) ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə növündə cəza çəkən vətəndaşlar;
b) əvvəllər törətdiyi cinayətə görə məhkumluğu üzərindən götürülməmiş, yaxud məhkumluğu ödənilməmiş vətəndaşlar;
v) barəsində olan cinayət işi üzrə təhqiqat və ya istintaq aparılan, yaxud barəsində olan cinayət işinə məhkəmədə baxılan vətəndaşlar.
Əgər qeyd etdiyiniz vətəndaş hazırda cəzasını çəkirsə yaxud cəzasını çəkib qurtarıb, lakin məhkumluğu üzərindən götürülməyibsə, o zaman müddətli həqiqi hərbi xidmətə çağırılmır.

Fariz Namazlı
Media Hüququ İnstitutu
hüquqşünas

fariz_@mail.ru

-------------------------------------------------------------

Sual:

Kimdən: Duman Şəhər: Aloha From Hell
01.11.2010 20:20 evvala Salam.... demeli sualim beledi ki.... eger kucede ve ya diger yerde polis meni saxlayarsa menim sessiz qalma huququm varmi?..... 2ci sual men kucede ve qeyri bir yer sevgilimle opushuremse hansisa qanunu pozmus olurammi?... evvelceden tesekkurler.....

Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
06.11.2010 17:45 salam
Polis sizi küçədə yaxud hər hansı yerdə saxlayırsa sizin nə üçün saxlandığınızın səbəbini bilmək hüququnuz var. O cümlədəjn polis sizin tutulmağınızın yaxud saxlanılmağınızın əsaslarını bildirməlidir.
ikinci sualla bağlı qeyd edim ki, ümumiyyətlə İnzibati Xətalar Məcəlləsində küçədə yaxud başqa ictimai yerdə öpüşmək kimi hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmur.

Friz Namazlı
Mdia Hüququ İnstitutu
Hüquqşünas
------------------------------------------------------------------------------------

Sual:
Kimdən: banu Şəhər: baki

07.10.2010 13:33 Salam.qaynanam, baldizim(3-usagi da.yoldasi hepisdedir bizle birge yasayir.(ozlerinin evleri var )) aileme mudaxile edirdi.ailem dagilmasin deye butun sertlerini qebul etmisdim.valideyinlerimlede elaqeni kesdim. baldizim mene el qaidirib meni doyurdu,barmagimi cartlatmisdi.yoldasim gelende oz etdik lerini menim adima qoyub dahacox teziqe ve tehqire meruz qoyurdu. indi ayrilmisiq.cezasini almasi ucun qanunla ne edim.

Cavab ------------------------------------------
Sizə qarşı zorakılıq tətbiq edənlərin məsuliyyətə cəlb olunması üçün yaşadığınız yer üzrə polis orqanına müraciət edə bilərsiniz.
Fariz Namazlı
media Hüququ İnstitutu
hüquqşünas

****************************************


Sual - Kimdən: Məlikova Südabə Şəhər: Bakı şəhəri
18.08.2010 02:32 Salam. Çox təəsüf ki, mənim maddi imkanım çatmır vəkil tutmağa, haraya müraciət etmək olar ki, mənə vəkil təyin etsinlər (əgər ümumiyyətlə bizim ölkədə belə qurumlar varsa). Çox saqolun

Cavab - Kimdən: Fariz Namazlı (hüquqşünas Media hüququ İnstitutu)
26.08.2010 12:25 Əgər sizin maddi vəziyyətiniz vəkil tutmağa imkan vermirsə o zaman siz Vəkillər Kollegiyasına müraciət edə bilərsiniz ki sizə dövlət hesabına vəkil ayırsınlar.

**************************************************************

Sual - Kimdən: Rövşən İsmayılov
26.07.2010 17:50 Hörmətli vəkillər!
Mən Yasamal rayonda orta məktəbdə müəllim işləyirdim. Məktəb direktorunun koorrupsiya ilə bağlı cinayətləri barədə şikayət etdiyim üçün məni 30 iyun 2010-cu il tarixdə işdən çıxarıblar. Çox yerə müraciət etmişəm. Hamı deyir ki, məhkəməyə müraciət et. Mən 2-ci qrup müharibə əliliyəm. Özüm və ailəm aldığım pensiya hesabına dolanırıq. Hətta vəkil tutmağa belə imkanım yoxdur. Məni işdən çıxarmaqla haqsızlıq ediblər. Bəs mən nə edim?

Belə görürəm ki, bizim respublikada qanunlar ancaq imkanlıları müdafiə edir. Mənə kömək edin. Xahiş edirəm.

Ünvanım: Bakı şəhəri, Yeni Yasamal, Əsəd Əhmədov kü-çəsi, ev-22, mənzil 18. Cavab

Cavab - Kimdən: Fariz Namazlı (hüquqşünas Media hüququ İnstitutu)
26.08.2010 12:29 Yaxşı olardı ki, siz işdən çıxarıldığınız zaman 1 ay ərzində məhkəməyə müraciət edərək işə bərpa olunmağınızı tələb edərdiniz. hazırda məhkəməyə müraciət etsəniz, 1 aylıq müddətə ötürdüyünüzə görə iddianız rədd edilə bilər. Bunun üçün həmin müddəti buraxmağınızın üzrlü hesab olunmasını məhkəmədə sübut etməlisiniz.


**************************************************************


Sual - Kimdən: Natig Esgerov Şəhər: Rusyadan
07.07.2010 11:38 Salam eziz hugugcular. Bagislayin meni belke duz yazmaq mene cetindi 20 ildi Turkiyede yasiyirdim. Indi Rusette is imkani yarandi ve burada yasayiram. Azerbaycanla isti elaqelerim yoxdu onun ucun haqlarimida bilmirem. Ailə vəziyyəti haqqında arayış haradan ve nece alabilerem ? Cavab

Cavab - Kimdən: Fariz Namazlı (hüquqşünas Media hüququ İnstitutu)
10.07.2010 12:53 Yaşayış yeri ilə bağlı arayışı yaşadığınız yer üzrə Mənzil İstismar Sahəsindən (JEK deyilən yerdən) ala bilərsiniz.
Sadəcə Ailə vəziyyətini bir az izah edəsiniz, çox güman evli yaxud subay olmağınızı nəzərdə tutursunuz, o zaman Qeydiyyat İdarəsindən (ZAQS deyilən yerdən) arayış ala bilərsiniz.


**************************************************************


Sual - Kimdən: Fikrət Hacıyev Şəhər: Gəncə Dövlət Universiteti
27.06.2010 04:59 Artıq 5 aydan çoxdur ki, universitetimizdə baş verən korrupsiya faktları barəsində Respublika Prezidentinin rəsmi saytına və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın rəsmi saytına dəfələrlə müraciət etmişəm. Etdiyim şikayətlər universitet rəhbərliyinə çatdırılsa da, mənə heç bir rəsmi cavab göndərilmir. Nəticədə işdən qovulmaqla hədələnir, təqib və təhqir olunuram. Sizin məsləhətinizlə məhkəmə yolu ilə rəsmi qurumları mənim şikayətlərimə cavab verməyə məcbur etməyə çalışdım. Bunun üçün 21.06.2010 tarixində “Biri Türkiyə vətəndaşı olmaqla Gəncə Dövlət Universitetinin iki tələbəsindən rüşvət alınaraq, onların nəinki dərslərə, heç imtahanlara belə gəlmədikləri halda, qanunsuz olaraq kursdan kursa keçirilmələri və V sinif səviyyəsində hesab əməllərini belə yerinə yetirə bilmədiyinə görə universitetdən xaric olunmuş tələbənin daha yüksək reytinqli ixtisasa “bərpa” olunması ilə əlaqədar müraciətlərə vaxtında cavab verilməməsi və həmin müraciətlərdə göstərilən korrupsiya faktlarının araşdırılmaması ilə əlaqədar, müraciətlərə cavab verilməsinə və göstərilən korrupsiya faktlarının araşdırılmasına dair” iddia ərizəsi ilə universitetimizin yerləşdiyi Nizami rayon məhkəməsinə müraciət erdim.

Ancaq cavabdeh kimi Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Respublika Prezidentinin rəsmi saytının “Prezidentə müraciət” şöbəsini göstərdiyimdən, mənə bildirdilər ki, cavabdeh təşkilatların yerləşdiyi Səbayıl rayon məhkəməsinə müraciət etməliyəm. Ancaq Bakıya gedib, həftələrlə məhkəmə süründürmələrinə dözməyə nə maddi, nə də fiziki imkanlarım olmadığından nə etməli olduğumu bilmirəm. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın konkret korrupsiya faktı üzrə müraciətə Konstitusiyanın 57 maddəsinə uyğun olaraq vaxtında cavab verməyə məcbur etməyin başqa bir yolu varmı?

Cavab - Kimdən: Fariz Namazlı (hüquqşünas Media hüququ İnstitutu)
06.07.2010 12:19 Təəssüf ki qanunla bunun başqa yolu yoxdur, əgər siz məhkəmə yolu ilə sizə cavab verilməsini təkid etmək istəmirsinizsə, dövlət orqanlarının qanunsuz hərəkətlərinə göz yummağınız məsləhətdir.


**************************************************************


Sual - Kimdən: Dashqin Şəhər: Baki
19.06.2010 11:46 Salam: Azerbaycanin qanunlari cherchivesinde Islami tehqir edene qarshi ceza varmi?

Cavab - Kimdən: Fariz Namazlı (hüquqşünas Media hüququ İnstitutu)
06.07.2010 12:44 İslamı təhqir edənlərə qarşı təəssüf ki Azərbaycan qanunvericiliyində hər hansı məsuliyyət nəzərdə tutulmayıb, nə Cinayət Məcəlləsi, nə də İnzibati xətalar Məcəlləsində bununla bağlı norma yoxdur. lakin bunu vətəndaşın şəxsiyyəti, onun şərəf və ləyaqəti ilə əlaqələndirib Cinayət Məcəlləsində nəzərdə tutulan Təhqir maddəsinə uyğun olaraq şikayət etmək olar, lakin burda şəxs həmin hərəkətin bilavasitə ona zərər vurmasını sübut etməlidir.

**************************************************************

Sual - Kimdən: şəkili balasi Şəhər: madə in şəki
09.06.2010 23:01 prokurorluq orqaninda açilan cinayət işini maddə polis orqanina aid olduğu uçun polis orqanina göndərilib.əgər mən baş prokurora muraciət etsəm işi yenidən prokurorluğa qaytara bilər ? əvvəlcədən öz təşəkkurumu bildirirəm

Cavab - Kimdən: Fariz Namazlı (hüquqşünas Media hüququ İnstitutu)
06.07.2010 14:48 Cinayət Prosessual Məcəlləsinin 215.7-ci maddəsinə görə, 215.7. Cinayət işi üzrə ibtidai istintaqın hərtərəfli, tam obyektiv aparılması üçün işin aidiyyəti olan istintaq orqanından digər istintaq orqanına verilməsinə aşağıdakı müstəsna hallarda Azərbaycan Respublikası Baş prokurorunun əsaslandırılmış qərarı əsasında yol verilir:

215.7.1. cinayət işinin istintaqı aid olan orqan tərəfindən cinayətin qeydiyyatdan gizlədilməsi müəyyən edildikdə (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən zəruri tədbirlər görülməmişdirsə, o cümlədən göstərilən hallar aradan qaldırılmamışdırsa və təqsirli şəxslər məsuliyyətə cəlb olunmamışdırsa);

215.7.2. cinayət işinin istintaqı aid olan orqan tərəfindən işin istintaqı zamanı təqsirləndirilən şəxsin qanunsuz həbsdə saxlanılması və ya ona işgəncə verilməsi müəyyən edildikdə;

215.7.3. cinayət işinin istintaqı aid olan orqan tərəfindən bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda şəxsin müdafiəçi ilə təmin edilməməsi müəyyən olunduqda;

215.7.4. cinayət işinin istintaqı aid olan Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri, yaxud onun yaxın qohumu həmin iş üzrə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxs, mülki iddiaçı, yaxud mülki cavabdeh olduqda.

Başqa hallarda işin araşdırılmaq üçün başqa quruma göndərilməsi nəzərdə tutulmayıb.


**************************************************************


Sual - Kimdən: Ceyhun Şəhər: Bakı
02.06.2010 10:03 Protokol qaydaları hansı hüquqi normativ sənədlərlə müəyyən edilir?
Müvafiq komissiyanın iclasında, iclasın katibi həmin komissiyanın tərkibindən seçilməlidir yoxsa kənardan da seçilə bilər?

Əvvəlcədən təşəkkür edirəm.

Cavab - Kimdən: Hüquqşünaslar -Bəhruz Kərimli, Ərşad Hüseynov
05.06.2010 19:49 Sualda hansı protokol qaydalarının nəzərdə tutulduğu məlum deyil. Ümumiyyətlə, bütün dövlət orqanlarında kargüzarlıq, prosessual fəaliyyətlər protokollaşdırılır. Protokol qaydaları hansı icraat, hansı normativ aktla tənzim olunursa protokollaşdırma da həmin sənədlə tənzim olunur.

Məsələn, mülki prosessual məcəllədə prosessual hərəkətlərin protokollaşdırılmasında, yaxud məhkəmə iclasının protokolunun tərtib edilməsi elə məcəllənin özü ilə tənzimlənir. O cümlədən də başqa qanunvericilik aktları.

Burada sualın ikinci hissəsi var. Müvafiq komissiyanın iclasında iclasın katibi həmin komissiyanın tərkibindən seçilməlidir, yoxsa kənardan. Çox böyük ehtimalla burada dinləyici ola bilsin seçki komissiyalarını nəzərdə tutur, ya başqa ictimai komissiyalar nəzərdə tutulur. Əlbəttə ki, bütün hallarda katiblər komissiyanın üzvləri sırasında seçilir, kənardan seçilmir.

**************************************************************


Sual - Kimdən: vusalnesibov Şəhər: baki
29.05.2010 23:12 Fariz muellim salam.Iddia erizesinin qebul olundugu 14 gun( 2 hefte) Iddiaya baxilacaq 1 aya daxildirmi? Cavab

Cavab - Kimdən: Fariz Namazlı (hüquqşünas Media hüququ İnstitutu)
31.05.2010 16:01 İddia ərizəsi məhkəməyə daxil olduğu vaxtdan bir ay ərzində boşanma işlərinə baxılır.


**************************************************************


Sual - Kimdən: Emin Şəhər: Semkir
23.05.2010 00:06 salam. men semkir seherinde 5 km radyisunda tele yayimla meshqul olmaq istedim.ama teleradio yayim shurasi lisenziya almaqi teleb edir.
bilmek isterdimki Icra hakimiyyetinin icaze vermeye selahiyyeti varimi ev seraitinde heveskar yayimla mesqul olmaqa?evelceden teshekkurler.

Cavab - Kimdən: Şəfa Camalzadə (Hüquqşünas, Hüquqi Yardım Mərkəzi)
03.06.2010 20:56 Hörmətli, Emin müəllim!
Sualınıza birmənalı şəkildə belə cavab vermək olar ki, Azərbaycan Respublikasında tele yayimla məşğul olmaq üçün mütləq Teleradio Yayim Şurasindan lisenziya almalısınız. Qanunvericilikdə yerli icra hakimiyyəti orqanlarının belə səlahiyyəti nəzərdə tutlmayıb.

**************************************************************


Sual - Kimdən: Femida Şəhər: Bakı
21.05.2010 17:18 Hörmətli Fazil müəllim, ilk növbədə sualları cavablandırdığınıza görə sizə öz minnətdarlığımı bildirirəm.

Misal üçün “oğurluq, dələduzluq və ya şəxsiyyətin təhqir edilməsi” kimi cinayət hadisəsi baş verirsə zərərçəkmiş şəxs bu hallarla bağlı birbaşa məhkəməyə müraciət etmək hüququ varmı?

Bu prosesual hərəkətlər qanunvericilikdə necə müəyyən edilir?

Cavab - Fariz Namazlı (hüquqşünas Media hüququ İnstitutu)
22.05.2010 09:43 Əgər siz hesab etsəniz ki oğurluq və dələduzluq cinayəti baş verib bununla bağlı siz cinayətin baş verdiyi ərazi üzrə polis idarəsinə şikayət ərizəsi ilə müraciət edə bilərsiniz.

Şəxsiyyətin təhqir edilməsi ilə bağlı qeyd edim ki, Cinayət Məcəlləsində təhqir və böhtana görə cinayət məsuliyyəti nəzərdə tutan iki maddə var və bu tip işlər üzrə səlahiyyətlər məhkəməyə aiddir. Yəni siz xüsusi ittiham qaydasında şərəf və ləyaqətin müdafiə olunmasına dair məhkəməyə şikayət verə bilərsiniz və bu halda siz öz tələblərinizi əsaslandırmalısınız.


**************************************************************


Sual - Kimdən: Femida Şəhər: Baki
19.05.2010 11:01 1.Qanunvericiliyə əsasən cinayət işlərinə hansı müəəyən edilmiş hallarda xitam verilir? 2. Hər hansı bir cinayət hadisəsi baş verirsə maraqlı şəxs (zərər çəkmiş) cinayətkarın cəzalandırılması iddiası ilə birbaşa məhkəməyə müraciət etmək hüququ varmı?

Əvvəlcədən təşəkkür edirəm.

Cavab - Fariz Namazlı (hüquqşünas Media hüququ İnstitutu)
20.05.2010 15:45 Cinayət işlərinı xitam verilmə halları Cinayət Prosessual Məcəlləsində göstərilib. Məcəllənin 39-cu amddəsinə,
39.1. Aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir):
39.1.1. cinayət hadisəsi olmadıqda;
39.1.2. əməldə cinayət tərkibi olmadıqda;
39.1.3. cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə);
39.1.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin baş verdiyi anda onu törətmiş şəxs cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadıqda (həmin şəxsə qarşı tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi zəruri olan hallar istisna edilməklə);
39.1.5. şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə);
39.1.6. şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda;
39.1.7. şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda;
39.1.8. zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə);
39.1.9. zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə);
39.1.10. şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətdikdə (bu şəxslərə qarşı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi halları istisna olunmaqla);
39.1.11. cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda;
39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda.
39.2. Hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir.
39.3. Bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur.

2-ci sualla bağlı qeyd edək ki, əgər şəxs cinayət hadisəsinin baş verməsini hesab edirsə bununla bağlı aidiyyatı orqana şikayət ərizəsi göndərə bilər. Orqanın aidiyyəti isə baş verən cinayətin xarakteri ilə bağlıdır.


**************************************************************


Sual - Kimdən: shahin
10.05.2010 19:25 dubaydan ev üçün televizor noutbook və digər texnikani ordan bura baqajla göndərsəm gömrük rüsumu(tamojni) ödəməliyəm?ödəməliyəmsə nə qədər məbləğ? Cavab

Cavab - Kimdən: Müzəffər Baxışov, vəkil
22.08.2010 22:32 Əgər şəxsi istehlak mallarıdırsa, buna gömrük rüsumu ödənilmir. Amma komersiya məqsədilə göndərilmiş mallardırsa, onda gömrük rüsumu ödənilməlidir. Rüsumun məbləği ilsə Nazirlər Kabinetinin qərarları və Gömrük Tarifləri haqqında qanunla tənzimlənir. İndi studiyada həmin sənədlər əlimdə deyil, konkret məbləği deyə bilmərəm.


**************************************************************


Sual - Kimdən: Ceyhun Şəhər: Bakı
07.05.2010 09:25 1. Müvafiq dövlət strukturunun hər hansı bir işçisinin qeyri-qanuni hərkəti barədə məhkəməyə iddia ilə müraciət hansı qaydada olmalıdır? Məhkəmədə konkret olaraq işçi yoxsa həmin işçinin işlədiyi struktur barədə iddia qaldırılmalıdır? Mümkünsə hər iki iddianın (işçi və işçinin işlədiyi struktur) müraciəti qaydaları barədə izah verərdiz.

2.İddiaçı tərəfindən iddia ərizəsi məhkəmədən geri götürülürsə iddiaçı həmin iddia ilə yenidən məhkəməyə müraciət edə bilərmi?

Əvvəlcədən təşəkkür edirəm.

Cavab - Kimdən: Turan Bahadırbəyli (Hüquqşünas, Hüquqi Yardım Mərkəzi)
14.05.2010 12:53 Mülki Prosessual Məcəllənin 296-cı maddəsinə görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir.

Mülki Prosessual Məcəllənin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Siz məhkəmədə iddia qaldırmaqla həm ququmu, həm də həmin qurumun vəzifəli şəxsini cavabdeh qismində ərizənizdə qeyd edə bilərsiniz.
Mülki Prosessual Məcəllənin 149-cu maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə aşağıdakılar göstərilməlidir:

- ərizənin verildiyi məhkəmənin adı;
- işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları;
- iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, qanunlara və digər normativ-hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb;
- müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat;
- ərizəyə əlavə edilən sənədlərin siyahısı.

İkinci sualınıza cavab olaraq bildiririk ki, Mülki Prosessual Məcəllənin 152-ci maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

Lakin hakim tərəfindən işin icraatına xitam verilərsə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.


**************************************************************


Sual - Kimdən: Mehmet Akif Şəhər: Baku
06.05.2010 16:34 Selamlar.

Ben Bakıda yaşayapı çalışan bir Türkiye vatandaşıyım.Bundan 7 ay önce buralı bir zengine ismini açıklamak istemiyorum.Bir iş yaptım kendisi burada bir villa dikiyordu.Ben komputerde evin dış ve iç dizaynını yaptım.Herhangi bir ücret konuşulmadı o da sormadı.iş bittikten sonra kendisine ödemesi gereken ücreti söyledim.Ve son konuşmamız o zaman oldu...AO günden beri kendisi telefonlarımı açmıyor ve kendisine ulaşamıyorum...Bu kişiyle ilgili ben hukuki bir şey yapabilirmiyim.. Kendisi devlet memuru...Elimde villasının içten ve dıştan resimleri mevcut.artı yaptığım dizaynları var...teşekkürler şimdiden...

Cavab - Kimdən: Şəfa Camalzadə (Hüquqşünas, Hüquqi Yardım Mərkəzi)
21.05.2010 15:05 Hörmətli, Mehmet bey!

Sualınızdan belə aydın oldu ki, siz hansısa bir şəxs üçün intelluktual əməyinizi sərf edərək iş görmüsünüz, amma qonanarınızı almamısınız. Qeyd etdiyiniz şərtlər daxilində hətta məhkəmə qaydasında bu istiqamətdə sizin əldə edə biləcəyiniz bir şey yoxdur . Çünki qanunvericiliyə uyğun olaraq, sizin ondan nəsə tələb etməyiniz üçün əlinizdə sübutunuz olmalıdır. Belə sübut isə sizdə yoxdur. Buna görə də bu məsələnin həlli hüquqa deyil, həmin dizaynı sizdən alıb pulunu ödəməyən şəxsin vicdanına bağlıdır.

**************************************************************


Sual - Kimdən: Anonymous
23.04.2010 22:02 vesiyyetname tertib etmek ucun standart vesiyyetname formasini nece elde etmek olar? Torpaq sahibinin torpaq sahesini diger wexse vesiyyet etmesi ucun. Formani internetde tapa bilmirem. Tewekkurler

Cavab - Kimdən: Günel Əbdürəhimova (Hüquqşünas, Hüquqi Yardım Mərkəzi)
28.04.2010 22:37 Siz özünüz də evdə vəsiyyətnamə tərtib edib, aparıb notariat kontorunda təsdiq etdirə bilərsiniz və ya elə notariat kontoruna gedib vəsiyyətnamə qoymaq istədiyinizi bildirə bilərsiniz. O zaman notariat kontorunda vəsiyyətnamə iki şahid yanında sizin sözlərinizlə yazacaqlar və siz imza edəcəksiniz.

Belə ki, Notariat haqqında Qanunun 47-ci maddəsinə əsasən, notariuslar və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər.Vəsiyyətnamələrin nümayəndələrin vasitəsilə təsdiq olunması, eləcə də bir neçə şəxs adından bir vəsiyyətnamə təsdiq edilməsi qadağandır. Yalnız ərlə arvadın qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamələrinin təsdiq edilməsinə yol verilir. Vəsiyyətnamə təsdiq edilərkən vəsiyyət edəndən vəsiyyət olunan əmlaka mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməsi tələb olunmur.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.1-ci maddəsinə əsasən, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə yerli özünüidarə orqanı təsdiqləsin.

Həmin Məcəllənin 1180.1-ci maddəsinə görə, vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.

Həmin Məcəllənin 1186-cı maddəsinə görə, vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər.

Həmin Məcəllənin 1187.1-ci maddəsinə görə, vəsiyyət edən öz əli ilə yazdığı və imzaladığı vəsiyyətnaməni zərfə qoyub bağlayaraq üç şəxsin yanında notariusa (və ya digər müvafiq vəzifəli şəxsə) verə bilər; həmin şəxslərin orada olması onların zərfdəki imzaları ilə təsdiqlənir. 1187.2. Bu növ vəsiyyətnamənin saxlanması onun notariusda (və ya digər müvafiq vəzifəli şəxsdə) rəsmən depozitə qoyulması ilə təmin edilməlidir.

Əgər siz vəsiyyətnaməni evdə tərtib edib aparmaq istəyirsinizsə, o zaman aşağıdakı formada tərtib edə bilərsiniz:

Vəsiyyətnamə

Bakı şəhəri “ ”_________ 2010-cu il


Mən, ------- ünvanda yaşayan ------- (ad, soyad, ata adı) bu vəsiyyətnamə ilə aşağıdakı sərəncamı verirəm:

1. Mən nədə ibarət olmasından və ya harada yerləşməsindən asılı olmayaraq, ölümümə qədər mənə məxsus olan bütün növ əmlaklarımı, (və ya sadəcə konkret bir əmlakı vəsiyyət edə bilərsiniz) həmçinin (xüsusi əmlakın adının yerini yaza bilərsiniz) ünvanda yaşayan --------- (ad, soyad, ata adı) (həmin adamla qohumluq münasibəti varsa, onu da qeyd edə bilərsiniz) vəsiyyət edirəm.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı (vəsiyyət anlayışı) və 1193-cü (mirasda məcburi pay anlayışı) maddələri mənə izah edildi.

3. Hazırki vəsiyyətnamə iki nüsxədə tərtib edildi, biri ---- saylı notariat kontorunda saxlanıldı, digəri isə vəsiyyət edənə verildi.


İmza:___________


Aşağıda isə vəsiyyətnaməni təsdiq edən notarius öz qeydlərini edəcək.


**************************************************************


Sual - Kimdən: gulnara Şəhər: gence
23.04.2010 12:04 Salam Bu cetin amma vacib ish apardiqiniz ucun teshekkur edirem.

Qizimin 15 ilden artiq ish staji vardir. 2006-ci ilde azerbaycan vetendashi ile aile quraraq Turkiyede yashayir.heyat yoldashi ishleyir. Qizim ise 1 ushaq anasidir. Isteyir ki Turkiyede ferdi suretde sosial kartina siqorta odesin. AR DSMF-ye bu haqda muraciet ederek onun 15 il ish fealiyyeti dovrunde toplanmish sosial siqorta pulu haqqinda sened teleb etdik de hec bir melumat vermediler. Dediler ki karti aldiqin muddetde ne qazanibsansa o da vardir. Sizden xahish ederek mene aydinlashdirmanizi xaish edirem ki,

1. qizimin diger xarici olkede siqorta oluna bilmesi haqqinda hansi telebler senedler teleb olunur.

2. Dovletler arasinda bu haqda hansi raziliqa veya senede esaslana bilerik.

3.Eger qizim Turk vetendashliqi goturersesiqorta ucun onda hansi telebler senedler ve s vacibdir.

4. DSMF hem birinci- azeri vetendashi olarsa- hem de ki 2-ci variantda -Turk vetendashi olarsa soaial siqorta ile elaqedar butun prossesirlari ve qanunlari mene izah edin.

5. Qizim 2 vetendashliq qebul ede bil;ermi?

6.Bunun ucun nhe etmelidir?

7.Turk vetendashi olarsa azerbaycxanda butun guzeshtlerini itire bilermi?

Cox saq olun Bir daha layihe.

Cavab - Kimdən: Müzəffər Baxışov, vəkil
22.08.2010 22:36 Bir qədər, qaranlıq sualdrı. Çünki 15 il sosial müdafiə kartına pul ödəyə bilməzdi. Həmin kartlar 2006-cı ildən tətbiq edilir. Amma iş stajı varsa, əgər qanuni şəkildə, əmək müqaviləsi əsasında işləyibsə, yəqin ki, onun staj məsələsində heç bir problemi olmayacaq. Əgər Türkiyə ilə Azərbaycanın sosial müdafiə idarələri arasında müvafiq müqavilə varsa, həmin müqavilənin müddəalarına əsasən bu vətəndaşın da problemi tənzimlənməlidir.

Sosial müdafiə ilə bağlı bütün sualların cavabı dövlətlər arasında müqavilə əsasında həll edilməlidir. Türkiyə ilə Azərbaycan arasında belə bir müqavilənin mövcud olub-olmaması haqqında mənim məlumatım yoxdur.

Türkiyə vətəndaşlığını qəbul etsə, bu ölkənin qanunvericiliyi əsasında hansı sənədlər lazımdırsa, onları da istəyə bilərlər.

İkili vətəndaşlığı olsa, Azərbaycanda güzəştləri əgər var idisə, itməyəcək.


**************************************************************


Sual - Kimdən: Elnare Semedova
21.04.2010 13:53 salam. Bilmek isteyirem ki analiq mezuneyyetinin muddeti ne qederdir. (156 gun ne qeder uzadilib) bele soz gezir ki 250 gune qeder uzadilib. bu ne qeder duzgundur

Cavab - Kimdən: Fariz Namazlı (hüquqşünas Media hüququ İnstitutu)
23.04.2010 10:32 Əmək Məcəlləsinin 126-cı amddəsinə görə, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir.

Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:

a) normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü);

b) doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü);

c) iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü).

Qey etdiyiniz məsələ ilə bağlı bu normalara heç bir əlavələr edilməyib


**************************************************************


Sual - Kimdən: Zaur

11.04.2010 14:42 Evvelceden size oz teshekkurliyimi bildirirem ki, siz oz deyerli vaxtinizi bize ayirirsiz.

Ve sualim ondan ibaret olacaq ki -- qanunla nece Millet vekilinden onun failetsizliyinden ve onun bacariqsizliqindan etiraz etmek olar..hemcinin eyer erazi uzire secilen Millet Vekili oz secicileri ile seckiden sonra gorushler kecirmirse bunu ondan ne cur teleb etmek olar ?
minnetdaram.. Hormetle Zaur

Cavab - Kimdən: Şəfa Camalzadə (Hüquqşünas, Hüquqi Yardım Mərkəzi)
04.05.2010 22:35 “Azərbaycan Respublikasi Milli Məclisi deputatinin statusu haqqinda” Qanunun III fəsli bütölükdə deputatın seçicilərlə iş aparmasına həsr olunub. Belə ki, həmin Qanunun 18-20-ci maddələrinin tələblərinə əsasən,

Maddə 18. Deputatın seçicilərlə əlaqə saxlaması

Deputat seçicilərlə mütəmadi əlaqə saxlamalıdır.

Deputatın seçiciləri ilə görüşləri və başqa növ iş aparması barədə məlumatlar dövlət kütləvi informasiya vasitələrində işıqlandırılır.

Deputat seçiciləri qəbul etmək üçün Azərbaycan Respublikasının hər şəhərində və rayon mərkəzində (Bakı, Gəncə və Sumqayıt şəhərlərində isə - hər seçki dairəsində) rabitə vasitələri ilə təchiz edilmiş otaqla təmin edilir.

Maddə 19. Seçicilərin hüquqlarının, azadlıqlarının və mənafelərinin təmin edilməsi üçün deputatın fəaliyyəti

Deputat seçicilərinin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin təmin edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiyası ilə ona verilmiş səlahiyyətlər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları, məhkəmə hakimiyyəti orqanları, prokurorluq orqanları, yerli özünüidarə orqanları qarşısında məsələlər qaldıra bilər.

Deputatın bu fəaliyyətinin təmin olunmasında mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanları, prokurorluq orqanları, yerli özünüidarə orqanları ona köməklik göstərməlidirlər.

Maddə 20. Deputatın icra və məhkəmə hakimiyyəti orqanlarına, prokurorluq orqanlarına, yerli özünüidarə orqanlarına müraciətləri

Deputat seçicilərinin müraciətləri, ərizələri və şikayətləri əsasında, habelə ictimai rəyi öyrənərək zəruri hallarda müvafiq mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanlarına (məhkəmə orqanlarının konkret işlərlə bağlı fəaliyyətinə müdaxilə etməmək şərtilə), prokurorluq orqanlarına, yerli özünüidarə orqanlarına müraciət edə bilər.

Müvafiq mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanları, prokurorluq orqanları, yerli özünüidarə orqanları müraciət etmiş deputata 15 gündən gec olmayaraq cavab verməlidirlər.

**************************************************************

Sual - Kimdən: Aqil haciyev Şəhər: Maştağa
07.04.2010 11:34 Salam! Men 1999-cu ilden ailevi yataqxanada yasayiram. hemin idarede 7 ilə yaxin isledikden (1996-2002) sonra oradan basqa bir muessiseye kecmisem. yataqxanada 11 ildirki pasport qeydiyyatindayam. maraqlanmaq isteyirem ki, meni oradan cixara bilerlermi? huquq kimin terefindedir? aileliyem, iki azyasli usagim var. Diqqetinize gore size evvelceden minnetdaram. sag olun. Cavab

Kimdən: Şəfa Camalzadə (Hüquqşünas, Hüquqi Yardım Mərkəzi)
09.04.2010 18:49 Hörmətli, Aqil müəllim!
Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (siz 1999-cu ildən yataqxanada yaşadığınız üçün sizin münasibətlərə 1982-ci ildə qəbul edilmiş Mənzil Məcəlləsi tətbiq olunacaq) 106-cı maddəsində yataqxanaların təyinatı belə müəyyən edilir ki, fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir.

Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan xəstələri yataqxanalarda yerləşdirmək qadağandır. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir.

Yataqxanadan çıxarmaya gəldikdə isə, həmin Məcəllənin 108-ci maddəsinə əsasən, işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar.

Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər.

Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər.

Nəticə etibarılə, belə qənaətə gəlmək olar ki, əgər siz işlədiyiniz müəssisədən üzürlü səbəblər olmadan öz arzunuzla, əmək intizamını pozduğunuza və ya cinayət etdiyinizə görə işdən çıxarılmamısınızsa, başqa yaşayış sahəsi verilmədən heç kim sizi oradan çıxara bilməz.

Yeri gəlmişkən, onu da qeyd edim ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsində yataqxanalarda olan mənzillərin özəlləşdirilməsinə yol verilməməsi haqqında norma olsa da, təcrübədə demək olar ki, artıq bütün yataqxanalar özəlləşdirilib. Buna görə də, siz də öz mənzilinizin özəlləşdirilməsi, yəni mülkiyyət hüququ əsasında tatamilə sizə məxsus olması üçün daşınmaz əmlakın dövlət reyestri xidməti idarəsinə müraciət etməyiniz məqsədəuyğundur.

**************************************************************


Sual - Kimdən: Fikrət Şəhər: Göygöl
06.04.2010 02:06 Gəncə Dövlət Universitetinin baş müəllimiyəm. İllərlə universitet qapısını açmayan tələbələrə qiymət yazmadığıma görə, universitet rəhbərliyi tərəfindən cəzalandırıldığımdan, konkret korrupsiya faktları illə 1.02.2010 tarixində Korrupsiya ilə mübarizə üzrə Komissiyaya müraciət etmişəm. Ancaq nə bu şikayətimlə və nə də Respublika Prezidentinin rəsmi saytına etdiyim çoxsaylı müraciətlərə heç bir rəsmi cavab almamışam. Aldığım yeganə cavab yaşadığım Göygöl şəhərində polis və MTN əməkdaşlarının öyrətdikləri şəxslərin söyüş və təhqirləridir. Dövlət orqanlarının korrupsiya ilə əlaqədar şikayətimə rəsmi cavab verməyə necə məcbur etmək olar? Xahiş edirəm məsləhət verin.

Cavab - Kimdən: Fariz Namazlı (hüquqşünas Media hüququ İnstitutu)
07.04.2010 11:02 Korrupsiya halları ilə bağlı aidiyyatı qurumlara yazdığınız şikayətlərlə əlaqədar hər hansı rəsmi cavab almamısınızsa, həmin orqanların hərəkətləri ilə bağlı məhkəməyə müraciət edə bilərsiniz. və məhkəmədən şikayət ərizənizlə bağlı cavab vermək vəzifəsinin həmin qurumların üzərinə qoyulmasına dair qətnamə çıxarmasını xahiş edə bilərsiz.
Digər tərəfdən qeyd etdiyiniz təhqir və təzyiqlərlə bağlı Daxili işlər NAzilriyinə şikayət göndərə bilərsiniz

**************************************************************

Sual - Kimdən: ILHAM Şəhər: Baki
05.04.2010 16:58 Salam,
Men bilmek isteyirem, meselen hansisa bir memurun (notarius, JEK mudire ve s.) rusvet istediyini diktafona, telefona yazmaq qanunla qadagan olunurmu? Bu sonradan mehkemede subut kimi qebul edilermi? Evvelceden bilirem ki, bu menden rusvet isteyecek....

Cavab - Kimdən: Fariz Namazlı (hüquqşünas Media hüququ İnstitutu)
07.04.2010 10:39 Əslində rüşvətlə bağlı sövdələşmənin hər hansı səsyazma vasitəsinə yazılması qadağan olunmur sadəcə həmin yazının sonradan istintaq və məhkəmə orqanında sübut kimi sitifadə olunması məsələsi ortaya çxıır. Qanuna görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz və səs yazma aparıması üçün məhkəmənin qərarı lazımdır. Amma siz belə bir halı səsyazma vasitəsinə yazmısınızsa, şikayətlə birlikdə aidiyyatı qurumlara göndərə bilərsiniz. həmin yazının aidiyyatı qurumlar tərəfindən nəzərə alınması mümkündür.


**************************************************************


Sual - Kimdən: Vusal Nesibov Şəhər: Baki
02.04.2010 17:45 Fariz muellim sualima verdiyiniz dolgun cavaba gore minnetdaram. ALLAH sizden cox-cox razi olsun. Dediyiniz kimi bosanmaq haqqinda iddia erizesini oz imzamla tesdiqleyib mehkemeye teqdim etdim ve cavabdeh terefde xeberdarliq aldiqdan sonra bele mehkemeye gelmekden boyun qacirdi. Onu da deyimki terefler arasinda emlek mubahisesi yoxdur. O zaman nikaha hansi muddetde xitam verilir? Onceden tesekkurler...

Cavab - Kimdən: Fariz Namazlı (hüquqşünas Media hüququ İnstitutu)
03.04.2010 10:13 Salam. Əgər ər-arvad arasında əmlakla bağlı hər hansı mübahisə yoxdursa və hər iki tərəf nikahın pozulmasına razıdırsa, nikaha məhkəmə qaydasında bir ay ərzində xitam verilir. Əgər tərəflərdən biri nikahın pozlumasına razı olmasa, o zaman məhkəmə 3 ay barışıq üçün tərəflərə vaxt verə bilər.


**************************************************************


Sual - AYDIN Şəhər: BAKI (hüquqşünas Media hüququ İnstitutu)
02.04.2010 01:57 salam. mene bele bır maıl geldı apelasya mehkemesınden. sızden xahıs edırem mene deyesınız gorem heqıqetende menım sıkayet huququm yoxdurmu. demek ısteyırem kı bu qerardad 26 fevralda cıxdı mene qerar 17 martta verıldı men bu qerarı alıb yuxarı ınstansya mehkmesıne sıkayet temek ıstedım. mene sıkayet elemek ımkanı vermemıs menım qerarı aldıgım gun qerar ıcra olunur. sızce bu duzgundumu axı menım sıkayetım varsa qerar nece ıcra oluna bıler axı. bele cıxır kı ınsanları edam eleyıb sonra sıkayet mı eleyeceyık. xahıs eleyırem mene bu hakta yazasınız cox sagolun
gelen mektub asagıdadı:

Bakı Apellyasiya Məhkəməsinin elektron poçt ünvanına təkrarən daxil olmuş müraciətinizlə əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadı onun çıxarıldığı andan qanuni
qüvvəyə minir. Odur ki, barənizdə olan mülki işlə əlaqədar müraciətinizdə qeyd etdiyiniz avtomobilin üzərindən həbsin götürülməsinə dair Bakı Apellyasiya
Məhkəməsinin 17 mart 2010-cu il tarixli qərardadı icraya yönəldilmişdir. Bakı Apellyasiya Məhkəməsi 31 mart 2010-cu il.

Cavab - Kimdən: Amilə Orucova (Hüquqşünas, Hüquqi Yardım Mərkəzi)
05.04.2010 13:58 Bakı Apelyasiya məhkəməsinin qərardadları çıxarıldığı andan qüvvəyə minir və dərhal icraya yönəlir. Lakin bu sizin şikayət vermək hüququnuzu istisna etmir. Qərardad icraya yönəlmiş olsa da, siz qərardadda göstərilən müddətdə kassasiya şikayəti verə bilərsiniz. Müddət qərardadın sizə rəsmi qaydada verildiyi gündən hesablanır.


**************************************************************


Sual - Kimdən: Memmedov Azay Şəhər: Baki
31.03.2010 00:57 Salam. 1. Bizim 3 otaqli menzilde men, 2 bacim ve atam qeydiyyatdayiq.Menzil atamin adina ozelleshdirilib.Bizim bu menzile (atamizdan ferqli olaraq) qeydiyyatdan bashqa hansi huququmuz var?

2. Eshitdiyime gore 3il erzinde ozelleshmeni legv etmek olar.Bu ne derecede duzgundur?
3. Menzili ozelleshdirerken qeydiyyatda olan shexslerin hamisinin adina ozelleshdirile bilermi,yoxsa ancaq 1shexsin adina?

Cavab - Kimdən: Fariz Namazlı, (hüquqşünas Media hüququ İnstitutu)
31.03.2010 15:28 1. Əgər mənzil özəlləşdirilən zaman həmin mənzildə qeydiyyatda olan şəxslər mənzilə dair hər hansı hüquq irəli sürməyiblərsə, yəni özlərinin payçı kimi tanınmasını tələb etməyiblərsə, onların həmin mənzildə yaşamaq və mənzildən istifadə etmək hüququ var.

2. Özəlləşdirmə etibarsız hesab edilə bilər, əgər özəlləşdirmə qanunun tələblərinə zidd olaraq aparılıbsa, o zaman hüquqları pozulan şəxslər məhkəməyə müraciət edərək özəlləşdirmıənin etibarsız sayılmasını tələb edə bilərlər. Konkret olaraq özəlləşdirmənin etibarsızlığı ilə bağlı hər hansı norma nəzərdə tutulmayıb, lakin ümumi qayda götürdükdə iddianı 1 il ərzində irəli sürmək olar. Qeyd etdiyiniz 3 il müddəti orderin etibarsız hesab edilməsi üçün nəzərdə tutulub.

3. Mənzil özəlləşdirilərkən qeydiyyatda olan şəxslər birinin adına yaxud hər birinin adına paylı mülkiyyət kimi mənzili özəlləşdirə bilərlər. Əgər bir şəxsin adına mənzil özəlləşdirilərsə, mənzil həmin şəxsin tam mülkiyyətində olacaq, Əgər mənzil paylı mülkiyyət kimi özəlləşdirilərsə, o zaman digər şəxslərin də həmin mənzildə payı yaranır və onlar sonradan zərurət olarsa paylarının satılmasını tələb edə bilərlər ..


**************************************************************


Sual - Kimdən: Samir Şəhər: Baki
29.03.2010 09:59 Dovlet rusumu haqqinda Azerbaycan Respublikasinin Qanununa axirinci deyisiklik ne vaxt edilmisdir? tesekkur edirem!!!

Cavab - Kimdən: Amilə Orucova (Hüquqşünas, Hüquqi Yardım Mərkəzi)
29.03.2010 12:41 Dövlət Rüsumu haqqında Qanun 2002-ci il yanvar ayının 1-dən qüvvəyə minib. Bundan sonra qanuna bir neçə dəfə dəyişiklik olunub. Ən son əlavə və dəyişiklik isə 2009-cu il fevral ayının 2-i edilib.


**************************************************************


Sual - Kimdən: agsin Şəhər: guba
17.03.2010 16:06 salam. men ali mektebde oxuyuram. lakin imtahanlari ozum vere bilmirem. ona gore ki menden rusvet teleb edirler. bes men ne edim bilmirem.imtahanin en asagi giymeti 100-150 manatdir. umumiyyetle hamidan pul teleb edirler.

Cavab - Kimdən: Fariz Namazlı (hüquqşünas, Media hüququ İnstitutu)
18.03.2010 15:58 Ali təhsil ocaqlarnda baş veərn korrupsiya halları ilə bağlı ətraflı olaraq hüquqşünas Sevinc Əliyeva məlumat verib. Aşağıdakı sualllardan birində həmin məlumatlar qeyd olunub. Eyni zamanda bildirim ki, əgər sizdən imtahanlarda rüşvət tələb edirlərsə, həmin təhsil müəssisəsinin rəhbərliyinə, Təhsil Nazirliyinə (ərizə ilə, yaxud qaynar xətt vasitəsilə 496-34-82; 496-37-61 nömrələrinə zəng etməklə, yaxud email vasitəsi ilə qaynar-xett@edu.gov.az məktub göndərməklər) müraciət edə bilərsiniz.


**************************************************************


Sual - Kimdən: Fanat Şəhər: Bakidan
17.03.2010 15:36 Salam! men 1ozel muesssede de ishleyirem ve bu shirketde 6 aydi emek haqqi almiram,hech emek muqavilem de yoxdu,emek kitabcham da yoxdu,ishe giren de ne erize yazmisham,ne de emek muqavilemin ne inki sureti hech o da yoxdu.Men bu ozel muesssede "PUL ATMAQ" yeni emek haqqimi artiqlamasi ile goturmek fikrim var.yeni pulu artiqlamasi ile goturmek fikrim var.muessenin voeni var..yeni men bu hereketi etsem,mene kim ne ede biler_mehkem,polis,prokroturani nezerde tuturam? bu menim uchun tehlukelidi?

Cavab - Kimdən: Fariz Namazlı (hüquqşünas Media hüququ İnstitutu)
18.03.2010 16:12 Ümumiyyətlə cinayət törətmək hər zaman təhlükəlidir, ona görə yaxşı olar ki, qanuna zidd hərəkətlərə yol verməyəsiniz. Əgər işlədiyiniz müəssisə sizə işə görə haqq vermirsə, haqqınızı tələb edin. Əgər əmək haqqının verilməməsinə görə müəssisəni məhkəməyə verəsi olsanız, sizin üçün sübutlar təqdim etmək çətin olacaq, çünki sizin rəsmi əmək müqaviləniz yoxdur. Amma bundan əlavə, işçi kimi hüquqlarınızı pozulursa, Dövlət Əmək MÜfəttişliyinə müraciət edə bilərsiniz.


**************************************************************


Sual - Kimdən: Platin
15.03.2010 17:51 Salam. Mən sizə belə bir sualla müraciət etmək istəyirəm.

1987 - ci ildə mənim babama (atamın atası) növbə ilə Sahil qəsəbəsində mənzil verilib.

Bibim 1986 - cı ildə ailə həyatı qurub. Babam o vaxtı hələ ev növbəsində olduğuna görə bibimi köhnə yaşadığımız evdən qeydiyyatdan çıxartmayıblar (adam sayı nə qədər çox olsaydi veriləcək otaqların sayı o qədər artıq olacaqdı).

Ailə həyatı qurandan sonra bibimin 1 qızı dünyaya gəldi və avtomatik olaraq o da bizim yaşadığımız evə qeydiyyata düşdü (ana harda qeydiyyatdadırsa doğulmuş uşaq da həmin yerə qeydiyyata düşür).

Beləliklə 1987-ci ildə bizə mənzil veriləndə biz qeydiyyatda 8 nəfər idik. 5-nəfər bizim ailəmiz + babam + bibim və qızı. Buna görə babama 6 otaqlı mənzil verildi. O vaxtlar nə bibimin nə də bibimin yoldaşının bizə qarşı heç bir mənzil iddiası olmayıb. 1991 -ci ildə babam rəhmətə gedib və heç bir varislik kağızı filan yazmayıb. Ehtiyac olmadığına görə atam mənzili hələ də öz adına keçirtməyib. Evin kupçası, orderi hamsi hələ də babamın adınadır. İndi ailəmiz genişləndiyinə görə biz mənzili satmaq və daha geniş mənzil almaq istəyirik. Bunun üçün əvvəlcə atam mənzili öz adına keçirtməlidir. Mənzili öz adına keçirtmək üçün isə orada qeydiyyatda olan şəxslərin razılıq ərizəsi olmalıdir.

Sualım:
Atam mənzili öz adına keçirərkən və ya satmaq istəsə bibimə buradan hansısa pay düşürmü? Düşürsə bu necə hesablanır?
(Bibim ailə hayatı qurandan bəri rayonda yaşayır və orada özlərinin evləri var.)
Cavabınıza görə öncədən təşəkkür edirəm!!!

Cavab - Kimdən: Turan Bahadırbəyli (Hüquqşünas, Hüquqi Yardım Mərkəzi)
29.03.2010 12:48 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Özünüz də qeyd etdiyiniz kimi, atanızın həmin mənzili özəlləşdirməsi üçün orada qeydiyyatda olan şəxslərin razılıq ərizəsi olmalıdır. Siz sualınızda əvvəllər nə bibinizin, nə də bibinizin yoldaşının sizə qarşı heç bir mənzil iddiasının olmadığını vurğuladınız, ancaq hal-hazırda həmin şəxslərin mənzilə iddialarının, adıçəkilən mənzilin özəlləşdirilməsinə və satılmasına razılıqlarının olub-olmadığını qeyd etmədiniz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

Babanız vəsiyyətnamə qoymadığı üçün əmlak (mənzil) qanun üzrə vərəsəlik ilə həm atanız, həm də onun bacısınındır (bibinizin).
Əgər siz mənzilin yalnız atanızın adına keçirilməsini istəyirsinizsə, müvafiq rayonun notariat kontoruna müraciət edə və mənzildə qeydiyyatda olan şəxslərin razılıq ərizəsini də təqdim etməklə mənzilin atanızın adına keçirilməsi üçün vərəsəlik şəhadətnaməsi ala bilərsiniz.

Əks halda, yəni bibinizin mənzili yalnız atanızın adına keçirilməsinə razılığı olmadıqda (çox güman ki, bu, belədir), siz mübahisəni məhkəmə qaydasında həll edə bilərsiniz. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunun 5-ci bəndində deyilir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarının biri də bu haqda çıxarılan məhkəmə qətnaməsidir.

**************************************************************

Sual - Kimdən: Ceyhun Şəhər: Baki
12.03.2010 11:15 1.Mulki, cinayet ve inzibati ishlerle bagli mehkeme orqanina muraciet etmek ucun mueyyen edilmish muddet nezerde tutulurmu?
2.Msuliyyete icbari qaydada celb olma ne demekdir?
Evvelceden teshekkur edirem.

Cavab - Kimdən: Fariz Namazlı (hüquqşünas Media hüququ İnstitutu)
15.03.2010 12:11 Birinci sualla bağlı qeyd edim ki, hər bir iş üzrə qanunla müəyyən olunmuş iddia müddətləri nəzərdə tutulub, hüquqlarının pozulduğunu bildiyin yaxud bilməli olduğunuz vaxtdan həmin müddət ərzində məhkəməyə müraciət etmək olar. Cinayət işləri üzrə müddətlər əsasən istintaq və məhkəmələr üçün nəzərdə tutulur, yəni konkret müddətdə ibtidai istintaq yaxud məhkəmə baxışı sona çatmalıdır, lakin məhkəmə qərarlarından şikayət verilmə müddətləri şikayət verən şəxslər üçün nəzərdə tutulub. Əgər həmin müddətləri üzrsüz səbəbdəmn ötürsəniz, o zaman bu sizin şikayətinizin yaxud iddianızın rədd olunması üçün əsas ola bilər.

2-ci sualla bağlı bir az dəqiq yazsaydınız daha dəqiq cavab vermək olardı. əgər şəxs hansısa hüquq pozuntusunda təqsirli bilinibsə o zaman məsuliyyətə cəlb edilir

**************************************************************

Sual - Kimdən: Orxan Şəhər: Baki
07.03.2010 03:01 Siravi vetendash terefinden olke prezidentini korrupsiyada ittiham ederek mehkemeye vermek mumkundurmu? Mumkundurse,hansi mehkemeye ve nece bunu etmek olur? Cavab

Cavab - Kimdən: Turan Bahadırbəyli (Hüquqşünas, Hüquqi Yardım Mərkəzi)
17.03.2010 20:38 Azərbaycan Respublikası Konstitusiyasında və digər qanunlarda Azərbaycan Respublikası prezidentinin vətəndaşlar tərəfindən məhkəməyə verilməsi halı müəyyən edilməyib.

Bununla belə, Azərbaycan Respublikası Konstitusiyasının 107-ci maddəsinə (Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması) əsasən, Azərbaycan Respublikası Prezidentinin ağır cinayət törətdikdə vəzifədən kənarlaşdırılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 gün müddətində verilən rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürülə bilər. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 95 səs çoxluğu ilə qəbul olunmuş qərar əsasında Azərbaycan Respublikasının Prezidenti vəzifədən kənarlaşdırıla bilər. Bu qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri imzalayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi həmin qərarın imzalanmasına bir həftə ərzində tərəfdar çıxmazsa, qərar qüvvəyə minmir. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Milli Məclisinə müraciət etdiyi gündən başlayaraq 2 ay ərzində qəbul olunmalıdır. Bu müddətdə göstərilən qərar qəbul edilməsə, Azərbaycan Respublikasının Prezidentinə qarşı irəli sürülmüş ittiham rədd edilmiş sayılır.

**************************************************************

Sual - Kimdən: kiman
01.03.2010 21:06 əmlakım ,3,5.ha torpaq sahısi silahlı adamlar tərəfində başda Manuçar olmaqla alınıb.Məhkəmə Cinayət işinin açılmasını faydasız sayır ,RP,FHN, müracitlərimə cavab vermirlər, Mənim müssisə bu günə qədər qanunsuz ,sənədsiz işlədilir Mən kimə müraciət edim?

Cavab - Kimdən: Şəfa Camalzadə (Hüquqşünas, Hüquqi Yardım Mərkəzi)
03.03.2010 19:08 Əgər sizin torpağınız xüsusi mülkiyyət və ya digər əşya hüququ əsasında sizə məxsusdursa, onda siz Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsi üzrə cinayət işinin başlanması barədə polis orqanlarına müraciət edə bilərsiniz. Həmin maddəd deyilir: torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma, yəni torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və ya becərmə yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Əgər bu barədə kifayət qədər əsaslar varsa və polis orqanları cinyaət işini qaldırmaqdan imtina edirlərsə, onda bu barədə yuxarı orqanlara və məhkəməyə müraciət etmək hüquqnuz var.

Cinayət işinin qaldırılması barədə müraciətinizlə yanaşı, siz mülki qaydada da torpağınızı zəbt etmiş şəxslərin oradan çıxarılması barədə məhkəməyə müraciət edə bilərsiniz.


**************************************************************


Sual - Kimdən: Azer Memmedov Şəhər: Baki
24.02.2010 17:05 Salam men 12.03.2008 tarixde 37 sayli natariusda alqi-satqi muqavilesi baglayaraq ev aldim ve reyestr xidmetinden adima cixariw da aldim.Cixariw aldiqdan texminen 20 gun sonra apelyasiya mehkemesinden mene mektub geldi ki evde mehkeme mubahisesi var. Men evi aldigim qadina anasi vesiyyet edibmiw 2001 ci ilde evi 2006 ci ilde ise anasi rehmete gedib. Qadin evi mehkeme yolu ile adina kecirib sonrada mene satib. Indi qardawi iddia qaldirib ki menim mecburi payim var evi menim elimden almaq isteyir.Birdefe apelyasiya mehkemesi onun idiasini redd etdi kassasiya wikayeti verib apelyasiyanin qereardadini legv etdirdi iw yeniden baxilmasi ucun tekrar apelyasiyaya gonderildi.ikinci defe apelyasiya qadinin cixariwini legv etdi ve onun esasinda menimle baglanmiw alqi-satqi muqavilesini ve menim cixariwimi legv etdi lakin menim pulumun qayitmasi haqqinda hecne demedi tezeden men kasasiya wikayeti verdim yene apeliyasya mehkemesinin qerardadi legv olundu yeniden baxilmasi ucun apelyasiyaya dala qaytarildi .Sonuncu defe apelyasiya qadinin qardawinin wikayetini temin etdi mene bir soz demedi.Iwi rayon mehkemesine qaytardi ki varisler tezden celb olunsun ele baxilsin . Mene ise dediler sen gozle onlar oz aralarinda hell etsinler sonra sene qarwi idia qaldiranda sen vicdanli alici kimi mehkemye muraciet edersen ki oz aralarinda konpensasiya yolu ile razilawsinlar . Hal hazirda men evime gede bilmirem 1 ilden artiqdir . Men neynemeliyem ele vekil de tapa bilmirem ki desin senin iwini kokunden hell edirem . Butun mehkeme qerarlarinda meni vicdanli alici kimi gosterirler bilmek isterdim qanunla men indiden ozumu sigortalaya bileremmi ki onlarin hansinin udub uduzmagindan asili olmayaraq menlik bir wey olmasin.Men ne evi temir ede bilirem ne de sata cekinirem ki sonra nese olar. Evvelceden tewekkurumu bildirirem.

Cavab - Kimdən: Şəfa Camalzadə (Hüquqşünas, Hüquqi Yardım Mərkəzi)
03.03.2010 19:04 Əvvəla, onu qeyd edək ki, özünüzün də qeyd etdiyiniz kimi, sizin məslələniz kifayət qədər mürəkkəb, yəni vərəsəlik (hətta mirasda məcburi pay), əqdlərin etibarsızlığı, vicdanlı alıcılıq və sair məsələləri əhatə edir. Odur ki, sizin verdiyiniz bu qisa məlumat əsasında sizi qane edən cavabı alacağınızı sanmıram. Yaxşı olardı ki, bu barədə professional vəkilə müraciət edəsiniz.

Amma verdiyiniz məlumat əsasında onu deyə bilərəm ki, siz həqiqətən vicdanlı alıcısınız, yəni mübahisəli evi aldığınız zaman siz onu başqa şəxslərin hüquqları ilə yüklü olduğunu bilməmisiniz və satıcının mülkiyyət hüququna dair Çıxarışı olduğundan bunu bilə də bilməzdiniz.

Amma məhkəmə tərəfindən sizin çıxarışınızın və alqı-satqı müqavilənizin ləğv edilməsi məsələni daha da qəlizləşdirir və buna görə də sizin həmin prosesdə hansı prosessual statusda çıxış etməyiniz, onların hansı əsasla ləğv edilməsi və sair məsələlər açıq qalır.

Amma sizin üçün yaxşı olan hal ondan ibarətdir ki, əgər məhkəmə alqı-satqı müqaviləsini və çıxarışı etibarsız hesab edibsə, onda siz satıcıya verdiyiniz pulu və dəymiş ziyanın əvəzini geri tələb hüququnuz var. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

Yeri gəlmişkən onu da qeyd edim ki, bu iş üzrə sizin məhkəmə uduşunuz və məhkəmə qərarının icrası daha asan olacaq, çünki sizin pulunuzu qaytarmaq üçün ən pis halda mübahisəli mənzil üzrəində həbs qoyularaq satıla bilər.

**************************************************************

Sual - Kimdən: İctimai Birlik Şəhər: Bakı
25.02.2010 18:21 Üzvülüyümüzdə olan 12 yaşlı Göyçay rayon sakininin yaşadığı ev qəzalı vəziyyətdə olduğu üçün Göyçay Rayon İcra Hakimiyyətinə evin bərpasına dair yazılı müraciətimizə sözügedən İcra Hakimiyyəti evin bərpasını təmin etmək imkanları xaricində olduqlarını qeyd edərək yazılı cavablandırmışlar. Hər an uçma təhlükəsində olan evin bərpası üçün hansı addımları atmalıyıq?

Cavab - Kimdən: Turan Bahadırbəyli (Hüquqşünas, Hüquqi Yardım Mərkəzi)
12.04.2010 14:40 Siz mənzilin hansı səbəblərdən – mülkiyyətçidən asılı olan və ya asılı olmayan səbəblərdən qəza vəziyyətinə düşdüyünü qeyd etmədiniz. Siz mənzilin həqiqətən də qəzalı vəziyyətdə olduğunu və qəzanın səbəblərini müəyyənləşdirmək üçün müvafiq rayonunun Mənzil İstismar Sahəsinə ərizə ilə müraciət etməlisiniz. Müraciət etdikdən sonra həmin mənzilə baxış keçirilməli, akt tərtib edilməlidir. Yalnız bundan sonra həmin aktla birlikdə siz icra hakimiyyətinə müraciət etməlisiniz.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.

Qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün müvafiq icra hakimiyyətinə verilmiş ərizədə mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması göstərilməli, razılaşdırmanı həyata keçirən orqan isə bu müraciətə ən qısa müddətlərdə, lakin 10 gündən gec olmayaraq baxmalıdır. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər.

Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər.

Qəza vəziyyətində olan yaşayış binasının bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqləndikdə və mülkiyyətçi həmin binanın sökülməsi və yenidən tikilməsindən imtina etdikdə və ya sökülməni məhkəmə tərəfindən müəyyən olunmuş müddətdə həyata keçirmədikdə, həmçinin qəza vəziyyətində olan mənzil (yaşayış binası) açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina Mənzil Məcəlləsinin 31.1-31.3-cü və 31.5.-31.9-cu maddələrində müəyyən edilmiş qaydada dövlət tərəfindən alınmalıdır. Qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində Mənzil Məcəllənin müvafiq hallara uyğun olaraq 31-ci və ya 85-ci maddəsinin müddəaları tətbiq edilir.

Mənzil Məcəlləsinin 85-ci maddəsinə görə, sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir.


**************************************************************

Sual - Kimdən: Murad Şəhər: Baki
20.02.2010 21:24 Hörmetli Hügugshünaslar,
Amerikanin New-York sheherinde yashayan bir nefere bank hesabi ile men mashin göndermek ücün 2-3 il bundan gabag pul göndermishem. Hele de ne mashin gelib, ne de pul gayidib. O pulu mehkeme yolu ile geri almag imkani varmi?Sübut kimi bank köcürmelerinin senedleri durur hele de.

Önceden teshekkür edirem.

Cavab - Kimdən: Sevinc Əliyeva (Hüquqşünas, Hüquqi Yardım Mərkəzi)
23.02.2010 14:22 Əgər həmin şəxs ABŞ vətəndaşıdırsa, daimi olaraq həmin ölkədə yaşayırsa, həmçinin Azərbaycan Respublikasında hər hansı bir əmlaka sahib deyilsə, siz ABŞ-nın qanunvericiliyinə uyğun olaraq həmin ölkənin müvafiq məhkəməsinə müraciət edə bilərsiniz. Qeyd edək ki, əgər həmin şəxs sizin göndərdiyiniz pulu qəbul edib, lakin sizlə hər hansı əlaqə saxlamaqdan boyun qaçırırsa, bu halda onun əməlləri cinayət məsuliyyəti yarada bilər və siz artıq Nyu-York şəhərinin hüquq mühafizə orqanlarına məktub şəklində göndərilmiş şikayət ərizəsi ilə də müraciət edə bilərsiniz. Cinayət faktı barədə məlumatı yerli hüquq mühafizə orqanlarına vermək hüququnuz olsa da, həmin şəxsin ABŞ-da yaşaması bu müraciətin səmərəliliyini heçə endirir.

**************************************************************

Sual - Kimdən: Ferid Şəhər: Isvec
15.02.2010 14:54 Salam.men texminen 10 gun bundan once 20 deyeri coxda baha olmayan (maya deyeri 47 manat bir tel) telefon gondermisem poctla Tovuza telefonlar gedib cixib bakiya gomruk komitesi saxlayib ki, olmaz biz bunlari geri qaytarmaliyiq.men indi bilmek isteyrem men rusum olaraq tellerin pulunu odedikden sonra mene deye bilerlermiki biz geri qaytarmaliyiq yeni menim huququm nedi burda? YENI ionlar ne esasa menim malimi geri qaytara bilerlerki?eger men rusumu odedikden sonra?BIRDE eger melumatiniz varsa men cox xais edirem yaZA BILERSIZMIKI? GOMRUK RUSUMU NECE FAIZLE hesablanir?cox xais edirem cavabinizi e mailime yazin evvelceden tesekur edirem

Cavab - Kimdən: Şəfa Camalzadə (Hüquqşünas, Hüquqi Yardım Mərkəzi)
03.03.2010 19:07 Hesab edirəm ki, bu cür suallar hüquqi məsləhət almaq üçün hüquqşünasa yönələ bilən suallar sırasına aid deyil. Amma yenə də nəzərinizə çatdırım ki, bu məsələrlə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsindən - http://www.az-customs.net və Azərpoçt Dövlət Müəssisəsinin rəsmi internet səhifəsindən - http://www.azerpost.rabita.az/htmlaz/um.html lazımi məlumatlar ala bilrsiniz.

**************************************************************

Sual - Kimdən: Adam Şəhər: Sahibsiz Şəhərdən
12.02.2010 21:05 Ərizə ilə polisə müraciət etmişəm, rüşvət söhbətindən sonra ərizəm rədd olunub. Bu barədə prokurorluğa və digər yerlərə şikayət etmişəm, baxan yoxdu, nə etməliyəm?

Cavab - Kimdən: Fariz Namazlı (hüquqşünas, Media hüququ İnstitutu)
18.02.2010 16:08 Erize hansi esasla redd olunub? Bunu deqiqleshdirin zehmet olmasa.
Eger siz cinayet haqqinda xeber vermisinizse ve ola bilsin ki cinayet ishinin bashlanmasinin redd olunmasi haqqinda qerar qebul olunub, Bu zaman siz hemin qerardan hemin polis orqaninin yerleshdiyi mehkemeye shikayet ede bilersiniz, yaxud hemin erize esasinda umumiyyetle hec bir qerar qebul edilmirse bu halda da polis orqaninin qanunsuz hereketlerinden mehkemeye shikayet etmek olar


**************************************************************


Sual - Kimdən: Teymur Şəhər: Baki, Yeni Gunesli
12.02.2010 02:22 Salam, men Yeni Gunesli qesebesinde yasayiram. Burada Fovqelade Hallar Nazirliyinin hansisa qerarini esas getirerek 62 sayli JEK pul yigir. Mesele burasindadir ki, onlar bunu artiq "mutesekkil ssenari" uzre heyata kecirirler. Proses bele baslayir: Ise baslayan sakinin eyvaninin altini evvelce polis patrulu kesdirir. O, "ozununkunu" alib getdikden sonra, JEK muhendisi sahe muvekkili ile gelir ve sakine onun qeza-yangin cixisini bagladigini deyib FHN-nin muvafiq qerarini xatirladir. Sonra ise buna gore istedikleri meblegi alib gedirler. Bilmek isterdim eger bele bir qerar varsa, bes niye onun icrasini temin etmek evezine burda kutlevi sekilde pul yigirlar?

Cavab - Kimdən: Khaled Aghaliyev (hüquqşünas, Media hüququ İnstitutu)
13.02.2010 20:10 Hər hansı tikinti ishleri aparılarkən yeni tikilen obyektlər, yaşayış sahələri yanğından, digər qəzalardan mühafizə tədbirlərinin həyata keçirilməsinə mane törətməməlidir. Yəqin tikinti aparanlardan pul tələb edənlər FHN-nin müvafiq qərarını nəzərdə tutublar. Her shey qanunidirse, hec bir qerardan qorxmaq lazim deyil. Əgər Yeni Günəşlidə eyvanların genişləndirilməsi (sualdan belə anlaşılır) qəzalardan mühafizə tədbirlərinin həyata keçirilməsinə (əraziyə texnikanın daxil olması və.s) maneçilik yaratmaqla həyata keçirilirsə, zəruri sənədlər qaydasında deyilsə müvafiq qurumların müdaxiləsi (təbii ki, rüşvət tələb etmələri yox) qanunidir.

Aparılan tikinti işləri -
Vətəndaşların həyat və fəaliyyətinin əlverişli şəraitlə təmin olunması məqsədi ilə, məskunlaşma sistemlərinin səmərəli formalaşdırılması...., yaşayış məskənlərinin planlaşdırılması, tikintisi və abadlaşdırılması, onların ..... nəqliyyat infrastrukturunun inkişafı qaydalarını, şəhərsalma fəaliyyətinin hüquqi bazasını, fiziki və hüquqi şəxslərin şəhərsalma fəaliyyətində səlahiyyətlərini Şəhərsalma haqqında Qanun tənzimləyir. Həmin Qanunun 5-ci maddəsinə görə, yaşayış binaları şəhərsalma fəaliyyətinin əsas obyektləri sırasına daxildir. Dövlət şəhərsalma norma və qaydaları şəhərsalma fəaliyyətini tənzimləmə vasitəsi olmaqla, şəhərsalma sənədlərinin hazırlanmasını və həyata keçirilməsini müəyyənləşdirən təbii-iqlim milli ənənələri və yerli xüsusiyyətləri....., ....yanğına qarşı və digər mütləq tələbləri ifadə edən kəmiyyət və keyfiyyət göstəriciləri kompleksindən ibarətdir. Şəhərsalma fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslər dövlət şəhərsalma norma və qaydalarına əməl etməlidirlər.

Fiziki və hüquqi şəxslərin şəhərsalma fəaliyyəti qonşu torpaqların və başqa daşınmaz əmlak mülkiyyətçilərinin, sahiblərinin, istifadəçilərinin, icarədarlarının hüquqlarına və qanuni maraqlarına zidd olarsa, məhdudlaşdırıla bilər.

Yanğın və digər qəza çıxışları -
Yanğın təhlükəsizliyi haqqında Qanuna görə, fiziki şəxslər mövcud tikililərdə yenidən planlaşdırma, yenidənqurma, konstruktiv dəyişiklikləri müvafiq orqanlarla razılaşdırmaqla həyata keçirməli, özlərinə məxsus daşınmaz əmlak və onlardakı dəyişikliklər haqqında dövlət şəhərsalma kadastrı və monitorinqini aparan müvafiq icra hakimiyyəti orqanına tam məlumat verməlidir. Vətədaşlar tikinti işləri apararkən yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına, öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etməli, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirməli, onlara məxsus istehsal, təsərrüfat, yaşayış və başqa bina və tikililərdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət etmək və bunların pozulmasının qarşısını almaq məqsədilə müayinələr və yoxlamalar aparmaq üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada imkan yaratmalıdır. Dövlət yanğın nəzarəti … vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq, yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi haqqında göstərişlər vermək, yanğınların törənməsi və insanların təhlükəsizliyi üçün qorxu yaradan yanğın təhlükəsizliyi tələblərinin pozulması haqqında məlumat olduqda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada vətəndaşların yaşayış yerlərinə və başqa tikililərinə, torpaq sahələrinə daxil olmaq, yanğın törənməsi və ya insanların təhlükəsizliyi üçün qorxu yaradan yanğın təhlükəsizliyi qaydasının tələblərinin pozuntularını aşkar etdikdə ayrı-ayrı işlərin görülməsini tamamilə və ya qismən dayandırılması barədə qərar qəbul etmək və.s səlahiyyətləri var.

Vətəndaş yuxarda qeyd olunanlara əməl edibsə ona kiminsə, hansısa qurumun müdaxiləsi yolverilməzdir. Belə hal baş verərsə norma, qaydalara uyğun tikinti aparan vətəndaş məhkəməyə müraciət edə bilər.

Rüşvət tələb olunması ilə bağlı -
Bununla bağlı huquqcu Sevinc Eliyevanın bundan əvvəlki suallardan birinə cavabını oxumaq məsləhətdir.


**************************************************************


Sual - Kimdən: Əlibəy Şəhər: Şirvan
10.02.2010 02:20 Minimal inzibati cərimənin miqdarı nə qədərdir?

Cavab - Kimdən: Fariz Namazlı (hüquqşünas Media hüququ İnstitutu)
18.02.2010 16:25 Inzibati Xetalar Mecellesinin 25.3- cu maddesine gore, inzibati xətalara görə alınan cərimənin miqdarı üç manatdan az ola bilməz.



**************************************************************


Sual - Kimdən: ilyas Hasanov Şəhər: Baki
09.02.2010 16:33 Salam. Tanislarimdan birine pul borc vermisem.3 ile yaxindir ki,dolandirmaciqla mesguldur ve borcu qaytarmaq ucun vaxt isteyir.Teqvimde,vaxt vermediyim tarix qalmayib.Borcumu nece ala bilerem?

Bilirem,mehkemeye muraciet etmeyimi deyersiz...Eger mehkeme ona ceza kesse,onda men borcumu nece ala bilerem.?
Onceden tesekkurler

Cavab - Kimdən: Maya İmanova (Hüquqşünas, Hüquqi Yardım Mərkəzi)
18.02.2010 17:11 Tanışınıza borc verən zaman yazılı şəkildə borc müqaviləsi bağlamamısınızsa, mübahisənin mülki qaydada həll edilməsi sizin üçün çətin olacaq. İşin perspektivi tanışınızın sizdən borc aldığını etiraf etməsindən asılıdır. Məhkəmə baxışında tanışınız borclu olduğunu etiraf etməzsə iddia tələbiniz rədd ediləcək, şahid ifadələri belə mübahisələrin həllində mötəbər sübut hesab edilmir.

Amma əgər siz tanışınızın sizdən borc aldığını sübut edə bilsəz məhkəmədə, demək ki, qətnamə sizin xeyrinizə çıxarılacaq və siz həmin qətnamənin icrası zamanı pulunuzu ala biləcəksiniz.


**************************************************************


Sual - Kimdən: Kamal
08.02.2010 13:48 salam sizi mingecevir seherinde yasiyan kelbecer rayonundan mecburu kockun olan Imamaliyev Kamil narahat edir. Biz hala hazirda mingecevir seherinde nizami kucesinde yrlesen 4 sayli usaq bagcasinda qaliriq. Bu qis fesli gelenden bizim evden vedrler eskik olmuyub evimizin icine her yagis qar yaganda evimiz olur golmece icira hakimiyyetine kacqinkoma muraciet etmisik hec nede etmirler. Ozumde 1ci qurup qarabag eliliyem sehid ailesiyem nece yere muraciet etmisik hec kim baxmir xahis edirem bize komeklik edesiz.

Cavab - Kimdən: Maya Imanova (Hüquqşünas, Hüquqi Yardım Mərkəzi)
18.02.2010 17:13 “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir.

"Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə AR Prezidentinin 08 iyul 1999-cu il tarixli, 149N-li Fərmanının 2-ci bəndinin 1-ci abzasında göstərilir ki, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər.

Probleminizin həlli üçün göstərilən orqanlara yazılı şəkildə müraciət edin. Müraciətinizə cavab verilmədiyi və ya probleminiz həll edilmədiyi təqdirdə vəzifəli şəxslərin qanunsuz hərəkətindən məhkəməyə şikayət edə bilərsiniz.


**************************************************************


Sual - Kimdən: Nusrət Şəhər: Mingeçevir
06.02.2010 13:24 Prokurorluq və Polis orqnlarının qanunsuz hərəkətlərinin, birliklərinin qarşısını alan olacaqmı? Onlara nezaret eden varmı? Çünki onlar ozlerini ağa sayırlar.Rüşvetini ver işini gör.

Cavab - Kimdən: Amilə Orucova (Hüquqşünas, Hüquqi Yardım Mərkəzi)
18.02.2010 17:29 Əgər polisin və prokurorun tabe olduğu quruma şikayət etmisiniz və şikayətlərinizə baxılmayıbsa, bu halda Sizin konkret vəzifəli şəxsin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi ilə bağlı məhkəməyə müraciət etmək hüququnuz var.


**************************************************************


Sual - Kimdən: Tələbədən Şəhər: Universitetdən
03.02.2010 03:29 Muellimlerin tam ekseriyyetinin pul istediyini yeqin ki, bilmeyen yoxdur. Amma tutuaq ki, menden filan qeder isteyibler, men de vermek istemirem, sabah nece subut ede bilerem ki, o menden pul isteyirdi, vermedim, ona gore de bashima bu oyunlari achirlar? Kimi ve nece inandira bilecem?

Cavab Kimdən: Sevinc Əliyeva (Hüquqşünas, Hüquqi Yardım Mərkəzi)
04.02.2010 16:53 Əvvəla qeyd edək ki, həm rüşvət alma (passiv rüşvətxorluq), həmçinin rüşvət vermə (aktiv rüşvətxorluq)Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq olaraq 311 və 312-ci maddələri ilə cinayət məsuliyyəti yaradır. Lakin rüşvət alma cinayəti üzrə kimisə məsuliyyətə cəlb etmək çox çətindir. Belə ki, rüşvət alan yalnız birbaşa cinayəti törədərkən yaxalandıqda məsuliyyətə cəlb edilə bilər. Təcrübəmdə bir dəfə müəllimin rüşvət götürməyə görə məsuliyyətə cəlb edilməsi ilə bağlı prosesi izləmişəm. Belə ki, tələbə müəllimin ondan rüşvət tələb etməsini prokurorluq orqanlarına bildirmiş, prokurorluq orqanları əməliyyat qrupu yaratmış və tələbə əvvəlcədən nömrələri götürülmüş pul əskinazlarını müəllimə verib otaqdan çıxdıqdan sonra, əməliyyat qrupu dərhal müəllimin otağına daxil olmuş və pulu müəllimin cibində tapdıqdan sonra onu saxlamış və müəllim cinayət məsuliyyətinə cəlb edilmişdir. Beləliklə, yalnız şikayət və ya şahid ifadələri ilə bu cinayəti sübut etmək qeyri mümkündür. Lakin əgər siz imtahan suallarını yaxşı cavablandırdığınız halda müəllim sizə layiq olduğunuz qiyməti vermirsə, Siz şikayət ərizəsi ilə universitet rəhbərliyinə müraciət edib, sizin imtahanda verdiyiniz cavablarınızı təşkil edilmiş komissiya tərəfindən yoxlanılmasını tələb edə bilərsiniz.


**************************************************************


Sual - Kimdən: Araz Şəhər: Baki
01.02.2010 18:09 Bizim qohumlar unvanli sosial yardım almaq istəyirlər. Amma idarədən deyiblər ki, gərək uch ayını biz alaq ki, sizin bu ishi duzeldek. Bilmirem, onlara nece komek etmek olar. Xahish edirem, meslehetinizi verin

Cavab - Kimdən: Maya İmanova (Hüquqşünas, Hüquqi Yardım Mərkəzi)
08.02.2010 13:54 “Ünvanlı dövlət sosial yardımı haqqında” AR Qanunun 3-cü maddəsinə əsasən orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ünvanlı dövlət sosial yardımı almaq hüququna malikdirlər.

Ünvanlı sosial yardımın təyin edilməsi üçün üç aylıq məbləğin sizdən tələb edilməsi qanunsuzdur. Vəzifəli şəxslərin müvafiq qanunsuz hərəkətlərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət edə bilərsiniz.
XS
SM
MD
LG