Şriftin ölçüsünü dəyiş   |  Çap et

07.09.2008

Venesuela Rusiyayla hərbi təlim keçirəcək

Venesuela noyabrda Rusiyayla birgə hərbi təlim məşqləri keçirəcək.
 
Bu barədə Venesuela hərbi dəniz qüvvələrinin nümayəndəsi bildirib.
 
Kontr-admiral Salvador Kammarata Bastidas deyib ki, təlim məşqləri noyabrın 10-14-ü arası Venesuela sularında keçiriləcək.
 
Onun sözlərinə görə, təlim məşqlərində Rusiya Hərbi Dəniz Donanmasının 4 gəmisi və təxminən 1000 əsgər iştirak edəcək.
 
Venesuela tərəfdən isə təlimə sualtı qayıqlar, hərbi hava qüvvələri cəlb olunacaq.

Azadlıq Radiosu © 2008 RFE-RL, Inc. | Bütün hüquqlar qorunur