Şriftin ölçüsünü dəyiş   |  Çap et

30.08.2008

Vəhhabilərlə silahlı toqquşma olub

Hüquq-mühafizə orqanları Qusar rayonu ərazisində sələfilərə (vəhhabilərə) qarşı əməliyyat keçiriblər. Əməliyyatda Daxili Qoşunların bir əsgəri öldürülüb.

Qusar rayon Prokurorluğundan məlumatı təsdiqləyiblər, ancaq ətraflı məlumat verilməyib. Hüquq-mühafizə orqanlarının rəhbərləri hadisə yerindədir.

«Trend» agentliyinin məlumatına görə, Qusarın Dağıstanla həmsərhəd Həzrə kəndi yaxınlığında Azərbaycana qanunsuz keçmək istəyən vəhhabilərlə sərhədçilər arasında silahlı insident olub.

Azadlıq Radiosu © 2008 RFE-RL, Inc. | Bütün hüquqlar qorunur