-
Doqquz gündən bəri İran-Azərbaycan sərhədində davam edən gərginlik noyabrın 15-də aradan qaldırılıb.
AzadlıqRadiosunun müxbiri xəbər verir ki, artıq Biləsuvar sərhəd-keçid məntəqəsində gözləməkdə olan yük avtomobilləri Biləsuvar-İran sərhədindən keçməklə Naxçıvana yola düşüblər.
Artıq 20-yə yaxın yük avtomobili İran sərhədindən keçib.
Bu il noyabrın 5-də Naxçıvanda Araz çayında sahilbərkitmə işləri aparan traktor İran ərazisindən atəşə tutulmuşdu.
Bu olaydan sonra – noyabrın 8-də İran tərəfi Azərbaycanla həmsərhəd Biləsuvar və Culfa keçid məntəqələrini bağlamışdı.