Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:02

İlham Əliyev Astarada səfərdədir


İlham Əliyev regionlara səfər zamanı
İlham Əliyev regionlara səfər zamanı
-
Senytabrın 5-də prezident İlham Əliyevin cənub bölgəsinə səfəri çərçivəsində Astara rayonuna da gedib.
O, əvvəlcə Astaranın mərkəzində Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.
Daha sonra Astara rayon Mərkəzi Xəstəxanasında yaradılmış şəraitlə tanış olub.
Astara rayon Mərkəzi Xəstəxanasının yenidənqurulmasına 2012-ci ildən başlanıb. Təmir işləri bu ilin avqustunda yekunlaşıb.
Yenidən qurma işlərinə, əlavə tibbi avadanlıq və inventarın alınmasına Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılmışdı.
Xəstəxanada poliklinika, hemodializ, şüa-diaqnostika, fizioterapiya və pediatriya, təcili tibbi yardım, laboratoriya şöbələri, həmçinin gigiyena və epidemiologiya mərkəzi, şöbələri ikinci mərtəbədə fəaliyyət göstərir.
Prezidentin bölgəyə səfəri davam edir.
İlham Əliyev dünən Masallı, Yardımlı, Cəlilabada, Biləsuvar və Salyanda da səfər edib.
Prezident Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə avtomobil yolunun açılışını edib.
Məlumat verilib ki, Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə və Siyaku-Rinə avtomobil yollarının inşasına 3,3 milyon manat vəsait ayrılıb.
Ümumi smeta dəyəri 2 milyon 680 manat olan Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə avtomobil yolunun tikintisinə cari ilin aprelində başlanıb və bu günlərdə başa çatdırılıb.
Yolun uzunluğu 13,5 kilometr, asfalt örtüklü hərəkət hissəsinin eni isə 6 metrdir. Yol boyunca 1 körpü və 20 su ötürücüsü tikilib.
Bu yol 24 min nəfər əhalisi olan 17 yaşayış məntəqəsini əhatə edir.
XS
SM
MD
LG