Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:36

Polis şöbəsində intihara cəhd edilib


Foto: Arxiv
Foto: Arxiv
-
Aprelin 11-də Lənkəran rayon polis şöbəsində saxlanan Cəmil Babayev özünü polis şöbəsinin ikinci mərtəbəsindən atıb.

O, ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Cəmil Babayevin qardaşı Aqil Babayev AzadlıqRadiosuna bildirib ki, qardaşını polis şöbəsində döyüblər:

«Bundan sonra o, özünü polis şöbəsinin 4-cü mərtəbəsindən atıb. Canında salamat yer yoxdur. Qardaşımın vəziyyəti ağırdır».

Əvvəllər də məhkum olunan Cəmil Babayev oğurluqda təqsirli bilinir.
XS
SM
MD
LG