Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:32

İran-Qərb danışqıları bir gün də uzadılıb


Dövlət katibi John Kerry Lozannadakı otağının pəncərəsindən baxır.
Dövlət katibi John Kerry Lozannadakı otağının pəncərəsindən baxır.

ABŞ dövlət katibi John Kerry və İranın xarici işlər naziri Mohammad Zarif çərşənbə axşamı gecə daha bir görüş keçiriblər.

Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier isə deyib ki, İran tərəfi danışıqlardakı fikir ixtilaflarını aradan qaldırmaq üçün “yeni tövsiyələri” təqdim etməli idi.

Xəbər verilir ki, danışıqlar həlledici mərhələyə çatdığına görə cənab Kerry və cənab Steinmeier Lozannada daha bir gün qalmaq qərarına gəliblər.

Başqa xəbərlərə görə Fransanın xarici işlər naziri Laurent Fabius kiçik fasilədən sonra Lozannaya qayıdır.

Danışıqlarda çətinlik yaradan məqamlardan biri də İrana sentrifuqlarda hansı nüvə tədqiqatlarının aparılmasına icazə verilməsi məsələsidir. İran tərəfi həmçinin BMT sanksiyalarının dərhal qaldırılmasını istəyir.

İran xarici işlər nazirinin müavini Abbas Araqchi bildirib ki, tərəflər əsas məsələlərdə razılığa gəliblər. Onun sözlərinə görə bu razılaşmaların kağız üzərinə köçürülməsi qalır.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov da deyib ki, razılaşma faktiki olaraq hazırdır və ya bütün əsas aspektlər üzrə razılıq əldə olunub.

XS
SM
MD
LG