Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:11

Avropa İttifaqı Moskvadan Krım tatar telekanalının bərpasını tələb etdi


Avropa İttifaqının xarici siyasət idarəsi Rusiyanı Krım tatarlarının ATR telekanalının bərpasına çağırıb.

Son günlər ərzində ATR telekanalının binasında çoxsaylı reydlər keçirilib, əməkdaşlar hücumlara məruz qalıblar.

Avropa İttifaqının bəyanatında deyilir ki, Krım tatarlarının başqa media qurumları da qapadılıb.

“Biz ATR telekanalının yayın hüququnun dərhal bərpa olunmasını tələb edirik” – deyilir bəyanatda.

ATR Krımda rus və ukrayna dillərindən başqa tatarca verilişlər yayınlayan yeganə telekanal idi.

Lakin kanalın lisenziyası aprelin 1-də başa çatdıqdan sonra Roskomnadzor lisenziyanın uzadılması barədə qərar verməyib.

Bununla əlaqədar telekanalın kollektivi Rusiya prezidenti Vladimir Putinə müraciət edib.

Ukrayna hökuməti Krım tatarlarının televiziyasının öz tabeçiliyində olan ərazidən yayınlanmasını təklif edib.

ATR-in baş direktoru Lenur İslyamov deyib ki, onun telekanalı Ukrayna ərazisinə köçürmək planı yoxdur, beləki bu, tatarların deportasiyasına bərabər olardı.

Krımın Moskva tərəfindən təyin edilmiş rəhbərliyi lisenziyanın texniki məsələ olduğunu və bunun bilərəkdən şişirdildiyini bildirir.

Krımın rəhbəri Sergey Aksyonov deyib kİ, hazırda ATR kanalı ilə danışıqlar gedir.

XS
SM
MD
LG