Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:38

Türkiyədə keçirilən beynəlxalq hərbi təlimdə Azərbaycan da iştirak edir


Mi-17
Mi-17

Türkiyə, Azərbaycan, ABŞ, İspaniya, Macarıstan və Rumıniyanın iştirakı ilə beynəlxalq "İşıq-2015/1” hərbi xilasetmə təlimləri başlayıb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, Konyada keçirilən təlimlərdə məqsəd axtarış-xilasetmə, yaxın hava dəstəyi, dinamik hədəfləmə və digər planlar çərçivəsində birgə hərəkət və təlimlərin səviyyəsini yaxşılaşdırmaqdır.

Azərbaycan təlimlərdə 4 Mİ-17 vertolyotu və xüsusi təyinatlı tağımla iştirak edir.

Martın 30-da başlayan təlimlər aprelin 10-dək davam edəcək.

XS
SM
MD
LG