Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:27

İran nüvə danışıqalrı: “Ümumi bəyanat” gözlənilir


ABŞ dövlət katibi John Kerry və Britaniyanın xarici işlər naziri Philip Hammond İranla danışıqlarda.
ABŞ dövlət katibi John Kerry və Britaniyanın xarici işlər naziri Philip Hammond İranla danışıqlarda.

İranla P5+1 qrupu kimi tanınan Qərb ölkələrinin danışıqlarında sazişin əldə olunması üçün qoyulmuş möhlət başa çatmaq üzrədir və xarici işlər nazirləri tezliklə “ümumi bəyanat”ın açıqlanacağını bildiriblər.

ABŞ rəsmiləri isə əlavə ediblər ki, sazişin imzalanması üçün son möhlət martın 31-də başa çatsa da, müddət aprelin 1-dək uzadıla bilər.

ABŞ rəsmiləri bunu da bildirmişdilər ki, danışıqlar aprelin 1-dək yalnız onlardan praktik nəticə gözlənilirsə, uzadılacaq.

P5+1 qrupuna daxil ABŞ, Britaniya, Fransa, Çin, Rusiya və Almaniya bu danışıqlarda İranın nüvə silahı istehsalına can atmayacağı barədə öhdəlik götürməsinə çalışırlar.

İran əvəzində Tehran üzərindəki ağır iqtisadi sanksiyaların dərhal qaldırılmasını istəyir.

İsveçrənin Lozanna şəhərindəki “Beau-Rivage Palace” otelində bağlı qapılar arxasında keçirilən danışıqlardan ümumi əhval-ruhiyyənin yaxşı olduğu barədə məlumatlar sızır.

Demək olar, bütün ölkələrin danışıqçıları sazişə çox yaxınlaşıldığını bildirirlər.

Associated Press agentliyi isə xəbər verir ki, artıq “anlaşma çərçivəsi” üzərində iş gedir.

İranla Qərb arasında Tehranıən nüvə proqramına dair yekun sənəd iyunun 30-dək imzalanmalıdır.

XS
SM
MD
LG