Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:16

Vurğun Əyyubun deputatlığa namizədliyi barədə qərar qəbul edilib


Vurğun Əyyub
Vurğun Əyyub

Müsavat Partiyası Məclisinin üzvü, Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin 1-ci müavini Vurğun Əyyubun deputatlığa namizədliyi barədə qərar qəbul edilib və sənəd partiya rəhbərliyinə təqdim olunub.

Bu barədə AzadlıqRadiosuna Vurğun Əyyubun özü məlumat verib.

Onun sözlərinə görə qərar Müsavat Partiyası Suraxanı rayon təşkilatında qəbul edilib.

Martın 27-də Suraxanı təşkilatının şurasında rayondakı 3 seçki dairəsindən 3 nəfərin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

30 saylı seçki dairəsindən Vurğun Əyyubun, 31 saylı dairədən Fəxrəddin Əhmədin, 32 saylı dairədən isə Xatirə Allahverdiyevanın namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

Vurğun Əyyub deyir ki, müavin olduğu Rifah hərəkatının seçkidə iştirak etmək hüququ yoxdur və seçkiyə Müsavat partiyasının üzvü kimi getmək fikrindədir.

Və əgər partiya məclisi buna etiraz eləsə, onda müstəqil şəxs kimi namizədliyini irəli sürəcək.

Azərbaycanda növbəti parlament seçkiləri bu ilin noyabrında keçiriləcək.

XS
SM
MD
LG