Fransada bazar günü keçirilmiş bələdiyyə seçkilərinin ikinci turunda aparılan exit-pollar keçmiş prezident Nicolas Sarkozy-nin sağ-mərkəzçi “Xalq Hərəkatı Naminə İttifaq” partiyasının qalib gəldiyini göstərir.
Təhlilçilər bələdiyyə seçkilərini 2017-ci ildə ölkənin yeni prezidentini seçəcək fransızların əhval-ruhiyyəsinin göstəricisi hesab edirlər.
İlkin nəticələrə görə Sarkozy-nin partiyası 60 yerli bələdiyyədə qalib gəlib. Bundan əvvəl bələdiyyə şuralarının yalnız 41-i sağların nəzarətində idi.
Hakim sosialistlər 30 bələdiyyədə məğlubiyyətə uğrayıblar.
Marie Le Pen-in ifrat sağçı “Milli Cəbhə” partiyası da yaxşı nəticələr göstərib, hərçənd millətçilərin heç olmasa bir bələdiyyə şurasına sahib ola biləcəkləri hələlik sual altındadır.
Le Pen seçkilərin nəticəsini gözləmədən martın 29-unu “tarixi gün” elan edib.
Yerli seçkilər Paris və Lionda keçirilməyib.