Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:55

Suriya: Cihadçılar İdlib şəhərini ələ keçiriblər


İslamçı Əhrar əş-Şəm qruplaşmasının döyüşçüləri İdlib yaxınlığında.
İslamçı Əhrar əş-Şəm qruplaşmasının döyüşçüləri İdlib yaxınlığında.

Suriyadan alınan xəbərlərdə deyilir ki, islamçılar ölkənin şimalındakı İdlib şəhərini hökumət qüvvələrindən alıblar.

Suriya İnsan Haqları Müşahidə Qrupu bildirib ki, Əhrar əş-Şəm, Cünd əl-Əqsa və Nüsrə Cəbhəsi qruplaşmaları İdlibə şənbə günü daxil olublar.

Beləliklə, indi İslam Dövlətiqiyamçılarının əlində Raqqadan başqa ikinci bir əyalət mərkəzi də var.

Xəbər verilir ki, qiyamçılar şəhəri almaq üçün hökumət qoşunları ilə dörd gün vuruşmalı olublar.

Müşahidəçilər qeyd edirlər ki, İdlibin itirilməsi prezident Assad-ın rejimi üçün ağır zərbə olub.

İdlib şəhəri paytaxt Dəməşqi Hələblə birləşdirəm strateji yolun yaxınlığında yerləşir.

Bundan bir neçə gün əvvəl Suriya qoşunları Busra və Deraa şəhərlərini itiriblər.

XS
SM
MD
LG