Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:37

Fövqəladə hallar xidmətinin rəisi həbs olundu


Serhiy Bochkovsky həbs olunur- 25 mart 2015
Serhiy Bochkovsky həbs olunur- 25 mart 2015

-

Kiyevdə məhkəmə Fövqəladə Hallar Xidmətinin keçmiş rəisi Serhiy Bochkovsky-nin iki ay müddətinə həbs olunması haqda qərar çıxarıb.

O, korrupsiyada və səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Məhkəmənin qərarına görə, S.Bochkovsky həbsə yollanmamaq üçün 1 milyon 200 min qrivna (55 min ABŞ dolları) girov qoymaqla azadlığa çıxa bilər.

Martın 25-də Ukrayna milisi hökumətin iclasını dayandıraraq S.Bochkovsky və onun müavini Vasyl Stoyetskiy-ni canlı yayımda qandallayaraq saxlamışdı. Daxili işlər naziri Arsen Avakov bildirib ki, hər ikisi ofşor şirkətlərlə bağlı korrupsiya sxemində ittiham olunur.

S.Bochkovsky Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə ötən ilin aprelindən rəhbərlik edirdi.

XS
SM
MD
LG