Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:21

Erdogan:" İran əlini Yəməndən çəkməlidir"


Tayyip Erdogan
Tayyip Erdogan

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiyanın təyyarələri ikinci gündür ki, Yəmənin paytaxtı Sanaa və ölkənin digər əyalətlərində Huthi qrupunun mövqelərini vurmaqda davam edirlər.

Qərb agentlikləri yerli sakinlərə istinadla martın 27-si səhər saatlarında paytaxtdakı prezident sarayına zərbələr endirildiyini xəbər verirlər.

Həmçinin yerli sakinlər neft regionu olan Maribdəki hərbi obyektlər və Aden şəhərinin şimalındakı hava bazasına zərbələr endirilib.

Yəmən prezidenti Abdullah Rabbu Mansour Hadi martın 26-da ölkəni tərk edərək Səudiyyə Ərəbistanına gedib.

Huthi qrupu əsasən şiələrdən ibarətdir.

Səudiyyə ərəbistanı və onun müttəfiqləri hesab edir ki, bu qrupun arxasında İran durur.

Türkiyə prezidenti Rəcəb Tayyib Erdogan bildirib ki, İran əlini Yəməndən çəkməlidir.

Hazırda Paytaxt Sanaa və ölkənin bir sıra əyalətləri bu qrupun əlindədir.

Yəmənin səhiyyə rəsmiləri 2 gün ərzində azı 39 nəfərin öldüyünü deyirlər.

XS
SM
MD
LG