Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:45

Sharif: “Səudiyyə Ərəbistanına hədəyə sərt cavab veriləcək”


Sanaa aeroportu yaxınlığında yaşayış məntəqəsi dağıdılıb
Sanaa aeroportu yaxınlığında yaşayış məntəqəsi dağıdılıb

-

Pakistanın baş naziri Nawaz Sharif bildirir ki, Səudiyyə Ərəbistanının ərazi bütövlüyünə hər hansı təhlükəyə Pakistan sərt cavab verəcək. Sharif martın 26-da İslamabadda hökumətin iclasında danışıb. Səudiyyə Ərəbistanı Pakistandan xahiş edib ki, Yəməndəki Huti silahlılarına qarşı Körfəz koalisiyasına qoşulsun. Hökumətin iclasında da bu xahiş müzakirə olunub.

Nawaz deyib ki, Pakistanın Səudiyyə Ərəbistanı və Körfəz Əməkdaşlıq Şurası ilə sıx qardaşlıq münasibətləri var və onların təhlükəsizliyinə böyük əhəmiyyət verir.

İclasda qərara alınıb ki, martın 27-də Səudiyyəyə yüksək səviyyəli nümayəndə heyəti getsin və durumu qiymətləndirsin.

XS
SM
MD
LG