Ukrayna hakimiyyəti Rusiya müxalifətinin lideri Boris Nemtsovun qətlində əsas şahid olan ukraynalı model Anna Durytskanın hədələnməsi ilə bağlı cinayət işi açıb.
23 yaşlı Durytska Nemtsov fevralın 27-də Moskvada qətlə yetirilərkən onunla birlikdə olub.
Ukrayna prokurorluğunun martın 6-da verdiyi məlumata görə, Durytska polisə gələrək naməlum şəxs tərəfindən hədələndiyini bildirib.
Baş prokuror Viktor Shokin onun müdafiəsi üçün lazımi tədbirlər görülməsini göstəriş verib.
Prokurorluğun mətbuat xidmətindən France-Press agentliyinə verilən məlumata görə, onun təhlükəsizliyinin təmin edilməsinə bir neçə xüsusi təyinatlı polis əməkdaşı cəlb edilib.
Durytska hadisə vaxtı qatili və ətrafda olan maşının nömrəsini görə bilmədiyini deyir.