-
TQDK abituriyentlər üçün ilk sınaq imtahanını aprelin 5-də keçirəcək. İmtahana yazılış martın 11-dən başlayır.
Yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.
Digər sınaq imtahanları aprelin 12 və 19-u və mayın 3-də olacaq.