Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 15:06

Xədicə İsmayılın adı dünyada 10 qadın jurnalist siyahısında


Xədicə İsmayıl
Xədicə İsmayıl

Sərhədsiz Reportiorlar təşkilatı 8 mart Beynlxalq Qadınlar günü münasibəti ilə dünyanın müxtəlif yerlərindən olan 10 qadın jurnalisti anır.

“Qadın-Jurnalistlər, Öhtəlik və problemlər” başlıqlı yazıda təşkilat Azərbaycan, Suriya, İran, Əfqanıstan Serbiya, Birma, Konqo, Liberiya,Mərakeş və Meksika dan olan 10 qadın jurnalistin şəklini çap edib, korrupsiya, insan haqları və digər problemlərdən yazdıqlarına görə, onların üzləşdikləri problemlər, zorakılıq və təhlükələrdən yazır.

Bu onluğa Azərbaycandan hazırda həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayıl düşüb.

Yazıda deyilir ki, Xədicə İsmayıl hökumət səviyyəsində korrupsiya və maraq davasından yazdığına, araşdırmalar apardığına görə hazırda həbsdədir.

Hakimiyyət onu susdurmaq üçün 2012-ci ildə evində videokamera yerləşdirərək onu şantajla hədələdi amma jurnalis əlində olan vacib materialları çap elədi və buna görə, onunla haq-hesab çəkildi və hazırda cəfəng ittihamlarla həbsdədir.

Yazıda deyilir ki, hakimiyyət Xəıdicə İsmayılı həbsxanaya atsa da onu susdura bilmədi.

O həbsxanadan gizli yolla çıxardığı məktublarla hakimiyyəti tənqid etməkdə davam elədi ,ona qarşı çıxmağa çağırdı və nəticədə təkadamlıq kameraya salındı.

XS
SM
MD
LG