Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:34

Yəməndə oğurlanmış iranlı diplomat buraxılıb


İran və Yəmən bayraqları
İran və Yəmən bayraqları

-

İranın dövlət mediası xəbər verir ki, 2013-cü ildən Yəməndə girov saxlanan iranlı diplomat evinə qayıdıb.

Nour-Ahmad Nikbakht martın 5-də Tehranın Mehrabad aeroportuna çatıb.

Nikbakht 2013-cü ilin iyulunda Yəmənin paytaxtı Sanaa-da şübhəli Al-Qaeda yaraqlıları tərəfindən oğurlanıb.

İran xarici işlər nazirinin müavini Hossein Amir Abdollahian deyib ki, Nikhbakht-ın azadlığa çıxması üçün “çətin və mürəkkəb əməliyyat” aparılıb.

Sentyabrda Yəməndə Huti şiə yaraqlıları hakimiyyətə gəlib. Tehran yaraqlıları dəstəkləmədiyini deyir.

Bu ilin yanvarında İran səfirliyi yaxınlığında bir iranlı diplomat güllələnib, o, xəstəxanada keçinib.

XS
SM
MD
LG