İspaniya Kubokunun ilk finalçısı bəlli oldu.
"Barcelona" klubu "Villareal"ı 3-1 məğlub edərək finala yüksəlib.
Qolların ikisini Neymar vurub.
Bu, cavab oyunu idi, "Barcelona" ilk qarşılaşmada da eyni hesabla qalib gəlmişdi.
Final oyunu mayın 30-da keçiriləcək. "Barcelona"nın rəqibi "Espaniol"-"Atletico" qarşılaşmasının qalibi olacaq.