-
Ukraynanın Donetsk şəhərində kömür şaxtasında partlayış olub, azı bir şaxtaçı ölüb, ancaq onlarla şaxtaçının öldüyü güman edilir. Donetsk yaraqlıların əlindədir.
İnterfax bir nəfərin öldüyünü, 14 nəfərin xəsarət aldığını, 73 nəfərin yerin altında qaldığını xəbər verir. Hadisə Zasyadko şaxtasında baş verib.
Reuters yerli rəsmiyə istinadla yazır ki, “ilkin məlumata görə, 30-dan çox ölən var”.
Fövqəladə hallar üzrə rəsmi Yuliana Bedilo deyib ki, partlayışa artilleriya zərbəsi səbəb olmayıb.