Amerika xüsusi xidmətlərinin Moskvada qaçaq kimi yaşayan keçmiş casusu Edward Snowden-in rusiyalı vəkili bildirib ki, o vətənə qayıtmaq üçün ABŞ və Almaniya hüquqşünasları ilə işləyir.
ABŞ rəsmiləri bildiriblər ki, onlar Snowden-in qayıdışını dəstəkləyirlər, lakin o, Amerikada ona qarşı irəli sürülmüş ittihamlara cavab verməli olacaq.
Snowden-nin vəkili Anatoly Kucherena bu barədə məlumatı öz müştərisi haqqında yazdığı kitabın təqdimat mərasimində verib.
Birləşmiş Ştatlar Snowden-i kəşfiyyat sirlərini yaymaqda ittiham edir.
Snowden bildirib ki, o ABŞ-da ədalətli mühakimə olunacağına əmin olarsa, vətəninə qayıtmağı düşünür.