Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:01

Boris Nemtsovla vida mərasimi keçirilib


Foto arxiv
Foto arxiv

Martın 3-də Moskvadakı Saxarov mərkəzində qətlə yetirilən müxalifət lideri Boris Nemtsovla vida mərasimi keçirilib.

Nemtsov Troe-kurovsk məzarlığında dəfn ediləcək.

Jurnalist Vladimir Kara-Murza mərasimdə bildirib ki, Nemtsov həyarını, azad və inkişaf edən Rusiyaya uğrunda qurban verdi.

Mərasimdə Avropa Birliyi və ABŞ səfriləri, keçmiş siyasi xadim, Anatoliy Cubays, keçmiş baş nazir və Nemtsovun tərəfdaşı Mikhael Kasyanov, Yabloko partiyasının sədri Grigori Yavlinski, baş nazir müavini Arkadiy Dvorkovic, hökumət aparatının rəhbəri Sergey Prikhadko və Böyük Britaniyanın keçmiş baş naziri John Major də daxil olmaqla minlərlə adam iştirak edib.

Rusiya Federal İstintaq komitəsinin sözçüsü Vladimir Markin istintaqın bütün versiyalara baxdığını deyib.

Müxalifət lideri Boris Nemtsov fefvralın 27-də Moskvada naməlum adamlar tərəfindən qətlə yetirilib.

Bir çox tənqidçilər hesab edir ki, bu qətlin arxasında Rusiya hakimiyyəti durur.Kreml bu ittihamı rədd edir və qatillərin tapılacağını vəd edib.

Bu prezident Vladimir Putinin 15 əvvəl hakimiyyətə gəlməsindən sonra Rusiyada törədilən ilk belə hadisə deyil.

XS
SM
MD
LG