Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:34

Merkel Ukrayna danışıqlarına çağırır


Ukrayna silahlı qüvvələri Debaltseve yaxınlığında
Ukrayna silahlı qüvvələri Debaltseve yaxınlığında

-

Almaniyanın kansleri Angela Merkel Ukrayna, Rusiya və Fransa rəsmilərini martın 6-da Berlində Ukrayna böhranı üzrə danışıqların yeni raunduna dəvət edib.

Almaniya hökumətinin sözçüsü deyib ki, Merkel martın 2-də həmin ölkə liderləri ilə telefon söhbətində dəvəti səsləndirib. Petro Poroshenko, Vladimir Putin və Francois Hollande razılaşıblar ki, ATƏT Minsk atəşkəs sazişinə nəzarətdə daha güclü rol oynamalıdır. Buraya ağır silahların təmas xəttindən çəkilməsi də daxildir.

Onlar həmçinin bildiriblər ki, münaqişə regionunda əsir mübadiləsinə və humanitar yardıma ciddi ehtiyac var. Bunu Almaniya hökumətinin sözçüsü Steffen Seibert deyib.

Öncə, ABŞ Dövlət katibi John Kerry rusiyalı həmkarı Sergei Lavrov-a deyib ki, Moskva və Ukraynadakı rusiyayönlü separatçılar atəşkəsə əməl etməlidirlər. Yoxsa Rusiyanın laxlayan iqtisadiyyatı yeni “fəsadlarla” üzləşə bilər.

XS
SM
MD
LG