Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:58

İraq hökuməti Tikrit ətrafını İD işğalından azad etməyə başlayıb


Şiə könüllüləri Tikrit ətrafında.
Şiə könüllüləri Tikrit ətrafında.

İraqın hökumət ordusu xəbər verir ki, onun 30 min əsgərlik birləşmələri Tikrit şəhəri ətrafında bütün cəbhə boyunca hücuma keçərək bir sıra məntəqələri İslam Dövləti yararqlılarından geri alıb.

Hücum əməliyyatlarında qoşunları İraqın hərbi hava qüvvələrinin qırıcıları dəstəkləyir.

Bu da xəbər verilir ki, İranın İnqilab Keşikçiləri Korpusunun qüvvələri də hökumət qoşunlarının əməliyyatlarında iştirak edirlər.

Bağdadın şimalında yerləşən strateji Tikrit şəhəri İD tərəfindən keçən iyun ayında zəbt edilib.

İraq təhlükəsizlik qüvvələrinin verdiyi xəbərlərə görə ordu Tikrit Universiteti yaxınlığındakı əl-Tin və qərbdə yerləşən əl-Əbeyd rayonlarını İD qüvvələrindən geri ala bilib.

Tikritdən şimal və cənubda da döyüşlərin getdiyi xəbər verilib.

Son məlumatlara görə döyüşlərdə 5 əsgər və 11 yaraqlı həlak olublar.

Salahuddin əyalətində yerləşən Tikrit şəhəri hazırda İD-in nəzarətində olan ikinci İraq şəhəri Mosula gedən yolun üstündə yerləşir və Tikritin ələ keçirilməsi Mosulun geri alınmasında həlledici rol oynayacaq.

XS
SM
MD
LG