-
Prezident İlham Əliyev martın 2-də Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçisi Pedro Agramunt-un başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AzərTAc-ın məlumatına görə, görüşdə Azərbaycan ilə Avropa Şurası arasında qarşılıqlı faydalı əməkdaşlığın önəmi vurğulanıb, bu əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmməruzəçilərin deputatlar və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə də görüşü nəzərdə tutulub. Onların səfəri martın 4-nə kimi davam edəcək.