Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:13

ARDNŞ yeni istiqamət üzrə ixraca hazırlaşır


2012-ci ildə Gazprom-la sənədlrin imzalanması mərasimi
2012-ci ildə Gazprom-la sənədlrin imzalanması mərasimi

-

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) neft məhsullarının ixracı üzrə yeni istiqaməti müəyyənləşdirib. Bunu “Trend” informasiya agentliyinə ölkənin neft-qaz bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, söhbət neft məhsullarının Rusiya ərazisi ilə tranzitindən gedir.

Mənbə qeyd edib ki, hazırda ixracın Rusiyanın hansı limanları vasitəsilə həyata keçiriləcəyi məlum deyil, çünki bu, neft məhsullarının alıcılarından asılıdır.

ARDNŞ 2015-ci ilin yanvarında 127,33 min ton, 2014-cü ilin eyni dövründə isə 88,26 min ton neft məhsulları ixrac edib.

XS
SM
MD
LG