Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:35

Hacı Sabirə yeni vəzifə verildi


Hacı Sabir Həsənli
Hacı Sabir Həsənli

-

Bakı İslam Universitetinin rektoru, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Sabir Həsənli paytaxtda yeni tikilən «Heydər» məscid kompleksinə rəhbər təyin edilib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə Qafqazinfo-ya məlumatı təsdiqləyib.

Onun dediyinə görə, hələ ki, «Heydər» məscidinə axund təyinatı olmayıb.

Yeni məscid 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb.

Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub. Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına «Quran» ayələri yazılıb. 55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən hündürlüyü 35 metr olan ikinci günbəzi var.

XS
SM
MD
LG