Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:19

Prezident Putin öz administrasiyasının maaşlarını 10 faiz azaldıb


Rusiya prezidenti Vladimir Putin öz administrasiyasındakı işçilərin maaşlarının 10 faiz ixtisar edilməsi barədə sərəncam verib.

Bundan bir qədər əvvəl millət vəkillərinin və nazirlik işçilərinin maaşlarının on faiz azaldılaraq əldə olunan vəsaitin fövqəladə fonda köçürülməsi təklifi verilmişdi.

Bu sərəncanmın nə vaxt qüvvəyə minəcəyi və cənab Putinin öz maaşına şamil edilib-edilməyəcəyi barədə məlumat verilməyib.

Təhliolçilərin fikrincə, bu addımla Rusiya rəhbərliyi əhaliyə ölkənin çətin dövr yaşadığını bildirmək isttəyir.

Rusiya parlamentinin spikeri Naryshkin millət vəkillərinin maaşlarının azaldılması təklifini irəli sürərkən vətənpərvərliyi səbəb kimi göstərmişdi.

Rusiyanın maliyyə naziri Anton Siluanov isə 2015-ci ildə nazirliklərin xərclərinin 10 faiz azaldılmasına çağırmışdı.

Dünya bazarında neft qiymətlərinin düşməsi və Ukraynaya görə Qərbin sanksiyaları Rusiya iqtisadiyyatını çətin vəziyyətə salıb.

Rusiyada supermarketlər əhalinin gündəlik tələbat mallarının qiymətlərinin dondurulacağı barədə elan veriblər.

Bütün bunlara baxmayaraq prezident Putinin populyarlıq reytinqi yüksək olaraq qalır. Son rəy sorğusu bu rəqəmin 86 faiz olduğunu göstərib.

XS
SM
MD
LG