Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:25

Həbsxanada ölən Rakhat Aliyevin qanında narkotik aşkar edilib


Rakhat Aliev
Rakhat Aliev

Avstriya prokurorluğu həbsxanada ölən Rakhat Aliyevin qanında narkotik maaddə aşkar edildiyini deyir.

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni Rakhat Aliyev fevralın 24-də həbsxanada asılmış tapılıb.

Onun 52 yaşı var idi.

Avstriya mətbuatının yazdığına görə, tibbi ekspertiza zamanı onun qanında “Barbiturates” maaddəsi aşkar edilib.

Bu vasitədən Avstriyada dərman kimi istifadə edilməsi qadağan olduğundan, onu həbsxana həkimininin yazdığını güman etmək çətindir.

Prokurorluq bildirib ki, dəqiq nəticələr yaxın günlərdə elan ediləcək.

Rakhat Aliyev ötən ilin iyunundan Avstriyada həbsdə idi.

Qazaxıstan onu 2007-ci ildə iki bankirin qətlində ittiham edir və dəfələrlə verilməsini tələb etsə də rədd cavabı alıb.

XS
SM
MD
LG