-
Fevralın 27-də Bakıdakı «Real-S» adlı marketdə aparılan yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu aşkar edilib.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin məlumatında deyilir ki, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı üzə çıxıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barədə tədbirlər görülür.
Bundan əvvəl də bir neçə mağazada belə hallar qeydə alınıb.