Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:56

Mart ayına olan hava proqnozu açıqlanıb


Foto: Arxiv
Foto: Arxiv

-

Mart ayında hava şəraitində keçid dövrünə xas olan tez-tez dəyişiklik müşahidə olunacaq.

Ay ərzində ölkə ərazisində ümumi temperatur rejiminin dəyişkən olmasına baxmayaraq, orta aylıq temperaturun iqlim normasına yaxın olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə iqlim normasından bir qədər çox olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, martda Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur 5-7 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 0-2 dərəcə şaxta, gündüzlər 8-13, ayın ikinci yarısının bəzi günlərində 17-19 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

XS
SM
MD
LG