Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:26

ABŞ və Avropa Birliyi ukraynalı pilot Savchenkonu azad etməyə çağırırlar


Jen Psaki
Jen Psaki

ABŞ və Avropa Birliyi yenidən Rusiyanı ukraynalı pilot Nadia Savchenkonu azad etməyə çağırıblar.

Moskva məhkəməsi bu günlərdə onun həbs müddətinin mayın 13-dək uzadıb.

Savchenko 76 gündür ki, təcridxanada aclıq aksiyası keçirir.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherinin sözçüsü Maja Kocijancic fevralın 26-da bəyanat yayaraq bu qərarı pisləyib və bildirib ki, onun səhətinə görə, Rusiya cavabdehlik daşıyır.

O Savchenkonu təcili azad etməyə çağırıb və qeyd edib ki, bu atəşkəslə bağlı Minskdə əldə edilmiş razılaşmanın şərtlərindən biridir.

Minsk razılaşmasında hərbi əsirlərin dəyişdirilməsi də nəzərdə tutulur.

ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki də fevralın 25-də yaydığı bəyanatda bu şərtlərə toxunur, Birləşmiş Ştatların Savchenko ilə sərt davranış və onun səhətindən dərin narahat olduğu bildirilir.

Savchenko ötən ilin iyununda Ukraynanın şərqinsdə separatçılar tərəfindən tutularaq Rusiyaya verilib.

Moskva onu 2 rusiyalı jurnalistin ölümündə əli olmaqda ittiham edir.

Savchenko ittihamı rədd edir .

XS
SM
MD
LG