Türkiyə polis kəşfiyat idarəsinin keçmiş rəisi 2007-ci ildə erməni jurnalist Grant Dinkin qətli ilə bağlı aparılan istintaq çərçivəsində həbs olunub.
Sphbət rəsmilərin bu məsələyə etinadsız yanaşmasından gedir.
Ramazan Akyurek fevralın 26-da Ankarada saxlanıb.
Grant Dink 1 millətçi gənc tərəfindən baş redaktoru olduğu Akos qəzetinin ofisi ətrafında güllələnib və həmin gənc 2011-ci ildə məhkum edilib.
Türkiyə prokurorluğu sonradan etinadsızlıqla bağlı yeni cinayət işi açıb.
Ramazan Akyurek hakimiyyəti korrupsiyada ittiham edən və hazırda ABŞ-da yaşayan dini xadim Fətullah Gulen ətrafında qopan qalmaqala görə işdən azad edilən yüzlərlə polis zabitindən biridir.
Yanvarda Grant Dinkin qətlinin qarşısını ala bilməməkdə şübhəli bilinən daha 2 polis zabiti həbs olunub.