Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:04

Atəşkəs rejimi 64 dəfə pozulub


-
Erməni silahlı birləşmələri fevralın 1-də atəşkəs rejimini 64 dəfə pozub.

Bu haqda xəbər yayan Azərbaycan Müdafiə nazirliyi bildirir ki, Ermənistan ərazisindən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Aşağı Əskipara, Tovuz rayonunun Koxanəbi, Ağdam və Əlibəyli kəndləri və Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelər minaatan və iriçaplı pulemyotlardan atəşə tutulub.

Nazirlik bildirir ki, Azərbaycan ordusunun Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazilərindəki mövqeləri də atəşə məruz qalıb. Qeyd edilir ki, bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub.

XS
SM
MD
LG