Sudanda BMT-nin ərzaq proqramı üçün çalışan vertolyot heyəti və sərnişinləri (6 nəfər) azad edilib.
Onları Sudanın Milli Azadlıq Hərəkatı adlanan təşkilat girov götürmüşdü.
Yanvarın 26-da vertolyot hökumətə qarşı vuruşan bu təşkilatın nəzarət etdiyi bölgəyə məcburi eniş etmişdi.