Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:59

“Şərikli çörək” filminin rejissorunun 90 illik yubileyi keçiriləcək


Şamil Mahmudbəyov
Şamil Mahmudbəyov

Fevralın 4-də Dövlət Film Fondunda görkəmli kinorejissor Şamil Mahmudbəyovun 90 illik yubileyi keçiriləcək.

Dövlət Film Fondundan AzərTAc-a bildiriblər ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun dəstəyi ilə keçirilir.

Tədbirdə görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş etdiriləcək, sənət dostlarının xatirələri dinlənəcək.

Azərbaycanın əməkdar incəsənət xadimi, Respublika Dövlət Mükafatı Laureatı, kinorejissor Şamil Fərəməz oğlu Mahmudbəyov kinoda debütü “Əyri yolla qazanc” qısametrajlı bədii filmində olub. Bundan sonra o, “Romeo mənim qonşumdur” musiqili komediyasını, “Qaraca qız” kinonovellasını, müxtəlif janr və mövzuda “Torpaq. Dəniz. Od. Səma”, “Həyat bizi sınayır”, “Dərviş Parisi partladır”, “Şərikli çörək” və.s filmlər çəkib. Rejissor “Şərikli çörək” filminə görə 1970-ci ildə Azərbaycan Dövlət Mükafatına layiq görülüb.

XS
SM
MD
LG