Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 19:33

Portuqaliya 5 əsr əvvəl qovulmuş yəhudilərin vətəndaşlıq almalarına icazə verib


İspaniyada səfərad yəhudiləri.
İspaniyada səfərad yəhudiləri.

Portuqaliya hökuməti ölkədən 500 il əvvəl qovulmuş yəhudilərə vətəndaşlıq əldə etmək hüququ verən qaydaları təsdiq edib.

5 əsr bundan əvvəl çox sayda səfərad yəhudisi öldürülümüş, zorla xristinalığı qəbul etmiş və ya ölkədən qaçmağa məcbur olmuşdu.

Parlament ölkə vətəndaşlığı barədə qanuna düzəlişləri iki il əvvəl qəbul etmişdi, lakin qanunun qüvvəyə minməsi üçün hökumətin təsdiqi lazım idi.

İnnən belə Portuqaliya ilə bağlarını isbat edə bilən səfərad yəhudiləri ölkə pasportunu ala bilərlər.

15-ci əsrdə minlərlə yəhudi əvvəlcə İspaniyadan, sonra isə Portuqaliyadan didərgin salınmışdı.

Avropanın başqa yerlərinə və Amerikaya pənah gətirmiş yəhudilər yeni icmalarda portəgiz dilinin müəyyən ləhcəsi ilə danışırdılar.

Portuqaliya hökuməti yəhudilərin bu ərazidə 12-ci əsrdə Portuqaliya krallığı yaradılandan əvvəl yaşadıqlarını təsdiq edib.

Vaxtilə minlərlə yəhudi sakini olan Portuqaliyada indi yalnız əşkinazi qrupuna aid 1000-dək yəhudi qalıb.

Qonşu İspaniyada buna bənzər qanun dəyişikliyi hələ də müzakirə edilir.

XS
SM
MD
LG