Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:24

S&P Rusiyanın bəzi regionlarının kredit reytinqini aşağı saldı


Standard & Poor’s beynəlxalq agentliyi Moskvanın, Sankt-Peterburqun, Başqırdıstanın, Yamal-Nenets və Xantı Mansı muxtar dairələrinin reytinqini aşağı saldı. "BBB"dən "BB+"ə. Eyni zamanda agentliyin sözügedən regionlar üçün proqnozu da neqativdir.

"BB+" səviyyəsinə "zibil" də deyilir.

Bundan əvvəl isə Rusiya Federasiyasının bütövlükdə reytinqi "BBB"dən "BB+"ə endirilmişdi.

XS
SM
MD
LG